07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Həndbol federasiyasının məlumatına görə…

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirakını başa vurub.Azərtac xəbər verir ki, yığmamız Maltanın Kospikua şəhərinin “Kottonera Sports Kompleks” Arenasında Kipr millisinə 17:25, Gürcüstana isə 25:30 hesabı ilə məğlub olub. Sonuncu oyunda Malta ilə qarşılaşan həndbolçularımız 27:24 hesabı ilə qalib gəliblər.Hesabında 2 xal olan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib.Qeyd edək ki, 2022-ci ildə Macarıstan və Slovakiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının növbəti təsnifat mərhələsinə Kipr millisi qrup lideri kimi adlayıb.xeber100.com

Yanvar 14, 2019 9:26

Güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə start götürən güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib.Güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Azərtac-a bildirib ki, 50-dək atıcının iştirak etdiyi turnirdə 10 metr məsafəyə tapançadan atəşaçma yarışında kişilər arasında Ruslan Lunyov (576 xal) və Nigar Nəsirova (568 xal) birinci yeri tutublar.Həmin məsafəyə tüfənglə atəşaçma yarışında kişilər arasında Ramiz Xəlilov (598,9 xal), qadınların mübarizəsində isə Jalə Bayramova (619,3 xal) ilk pillədə qərarlaşıblar.Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.xeber100.com

Yanvar 14, 2019 9:23

“Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.Milli.az xəbər verir ki, Super Liqa təmsilçisi gənc müdafiəçi Fatih Aksoyu sıralarına qatıb."Beşiktaş"ın yetirməsi olan futbolçu Sivas klubuna icarə əsasında keçib. Onunla 1,5 illik icarə müqaviləsi imzalanıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.21 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "Beşiktaş"ın heyətində 2 Super Liqa, 4 Avroliqa matçına çıxıb.xeber100.com

Yanvar 13, 2019 3:04

“Barselona” futbol klubu transfer çalışmalarına başlayıb

"Barselona" transfer çalışmalarını davam etdirir.Milli.az xəbər verir ki, "Valensiya"dan Jeyson Murillonu icarəyə götürən, "tuluza"dan Jean Klair Todibonu transfer edən Kataloniya klubu "Ayaks"ın gənc ulduzu Frenki de Yonqun keçidini elan etməyə hazırlaşır."El Mundo Deportivo"nun "De Yonq, "Barselona"ya hə dedi" başlığı ilə yayımladığı xəbərdə bildirilir ki, 21 yaşlı yarımmüdafiəçi kataloniyalılarla anlaşma əldə edib. Qeyd edilir ki, "Barselona" "Ayaks"ın 21 yaşlı ulduzunu "Bavariya", "Mançester Siti", "Yuventus" və PSJ kimi klubların əlindən alıb.De Yonq mövsümün sonuna qədər "Ayaks"da qalacaq və yayda "Barselona"ya qoşularaq 5 illik anlaşma imzalayacaq. Kataloniyalılar bu futbolçu üçün Hollandiya klubuna 75 milyon avro ödəyəcək.Qeyd edək ki, "Ayaks"ın 2015-ci ildə "Villeh II"dən 300 min avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 60 milyon avro qiymət qoyub. O, cari mövsümdə 27 rəsmi oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə verib.xeber100.com

Yanvar 13, 2019 2:57

“Vesthem” komandası “Arsenal”ı qəbul edib

İngiltərə Premyer Liqası 22-ci turunda “Vesthem” komandası “Arsenal”ı qəbul edib.Trend-in məlumatına görə, görüşdə hesab meydan sahiblərinin minimal fərqlə qələbəsi ilə başa çatıb – 1:0.Görüşdə yeganə qolu 48-ci dəqiqədə Rays vurub.Bununla da, “Vesthem” turnir cədvəlində 31 xalla 8-ci pillədə, “Arsenal” isə 41 xalla 5-ci qərarlaşıb.xeber100.com

Yanvar 13, 2019 2:51

“Qarabağ” klubu ilk yoxlama oyununa çıxacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.Milli.az xəbər verir ki, Ağdam təmsilçisini Rumıniyanın "Botoşani" klubu ilə qarşılaşacaq. Belek qəsəbəsindəki "Gloria Sport" otelinin qapalı meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 16-da Özbəkistanın "Paxtakor" klubuna qarşı keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.xeber100.com

Yanvar 12, 2019 3:16

“Monako” futbol klubunun məlumatına görə…

İspaniyalı futbolçu Sesk Fabreqas İngiltərənin "Çelsi" klubundan Fransa çempionatının komandası "Monako"ya keçib.Trend-in məlumatına görə, bu barədə "Monako"nun mətbuat xidməti xəbər yayıb.İspaniyalı yarımmüdafiəçi ilə bağlanan müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin təfərrüatları açıqlanmır.Qeyd edək ki, Fabreqas "Çelsi"də 2014-cü ildən çıxış edir. Komandanın heyətində o 198 oyun keçirib, 22 qol vurub və 57 məhsuldar ötürmə edib.İspaniya millisində futbolçu 110 oyun keçirib və 15 qola imza atıb.xeber100.com

Yanvar 12, 2019 3:10

“Qalatasaray” italiyalı hücumçu ilə müqavilə imzalayacaq

"Nitsa"nın heyətdə düşünmədiyi Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər.Milli.az xəbər verir ki, 28 yaşlı forvardın xidmətində "Qalatasaray" maraqlıdır. Türkiyə mətbuatının yazdığına görə, "cim bom" italiyalı hücumçunu müqavilə imzalamaq üçün İstanbula gətirib.Qeyd edək ki, Balotellinin Fransa klubu ilə müqaviləsi yayda başa çatacaq. O, cari mövsümdə "Nitsa"nın heyətində 10 oyunda meydana çıxıb, qol vura bilməyib.xeber100.com

Yanvar 12, 2019 3:00

“Sivasspor” futbol klubu “Lester Siti”nin hücumçusunu heyətinə qatıb

Türkiyənin “Sivasspor” futbol klubu “Lester Siti” komandasının hücumçusu Fusseni Diabateni heyətinə qatıb.Azərtac “Sivasspor”un saytına istinadla xəbər verir ki, 23 yaşlı afrikalı hücumçu cari mövsümün sonuna qədər icarə əsasında “Sivasspor”da forma geyəcək.Cari mövsümdə F.Diabate “Lester Siti”nin heyətində dörd oyunda meydana çıxıb.xeber100.com

Yanvar 11, 2019 11:42

Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq

Yanvarın 14-dən 20-dək Bakıda 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.Azərtac xəbər verir ki, baş məşqçi Samir Əliyevin rəhbərlik etdiyi komanda toplanış müddətində 3 yoxlama oyunu keçirəcək. Yığma yanvarın 15-də Avropa çempionatının elit-raunduna hazırlaşan U-19-la, yanvarın 17-də və 20-də isə müvafiq olaraq “Baku City” və “Keşlə-2” komandaları ilə qarşılaşacaq.xeber100.com

Yanvar 11, 2019 11:39
    Page 444 of 831« First«...102030...442443444445446...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az