Taekvondo üzrə respublika çempionatının ikinci gününə start verilib

Dekabrın 28-də Azərbaycan Boks Federasiyasının idman zalında böyüklər arasında taekvondo üzrə respublika çempionatının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə kişilər arasında 58, 68 və 74, qadınların mübarizəsində 53 və 73 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirdə paytaxtda və bölgələrdə fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının 2001-ci il təvəllüdlü və daha böyük yaş qruplarının idmançıları mübarizə aparırlar.Yüzədək taekvondoçunun iştirak etdiyi çempionatda şəxsi və komanda hesabında qaliblər müəyyənləşəcək.Yarışın məqsədi Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, idmançıların təcrübəsinin və ustalığının artırılmasıdır.Çempionatın şəxsi birincilik yarışında fəxri yerləri tutmuş idmançılara müvafiq dərəcəli diplom və medallar, komanda birinciliyində fəxri yer tutmuş klublara isə kuboklar təqdim olunacaq.DAEDO beynəlxalq taekvondo qaydaları üzrə keçirilən yarışlarda “videotəkrar” sistemi tətbiq edilir.xeber100.com

Dekabr 28, 2018 10:24

İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib

Dekabrın 26-da İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Atleti Azzurri İtalia” stadionunda qeydə alınıb. Son çempion “Yuventus” səfərdə “Atalanta” komandasının qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Gərgin keçən qarşılaşmada hesabı erkən qolla Turin təmsilçisi açıb. Miralim Pyaniçin ötürməsindən sonra top “Atalanta” klubunun müdafiəçisi Berat Djimsitinin ayağına dəyərək qapıdan keçib – 0:1. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 24-cü dəqiqəsində hesaba tarazlıq gətirib. Duvan Sapata fərdi ustalığı sayəsində rəqibin iki müdafiəçisini keçərək qapıya qüvvətli zərbə endirib – 1:1.Fasiləyə komandalar heç-heçə ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsinin 56-cı dəqiqəsində “Atalanta” klubu hesabda önə keçib. Duvan Zapata adını tabloya yazdıraraq oyunda dublun rəsmiləşdirib – 2:1. Matçın 78-ci dəqiqəsində “qoca sinyora” hesabı bərabərləşdirməyə nail olub. Belə ki, Miralim Pyaniçin künc ötürməsindən sonra “Atalanta”nın cərimə meydançasında yaranmış qarışıqlıqdan Kriştino Ronaldo dəqiq baş zərbəsi ilə istifadə edib. Bu, “Yuventus”un ulduz oyunçusunun cari mövsümdə vurduğu 12-ci qoldur. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.xeber100.com

Dekabr 27, 2018 2:00

Milli Karate Federasiyasının məlumatına görə…

Azərbaycan Milli Karate Federasiyasında (AMKF) 2018-ci ilin yekunlarına dair yığıncaq keçirilib.Federasiyadan Azərtac-a bildiriblər ki, yığıncaqda çıxış edən AMKF-in prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, idarə heyətinin üzvləri Füzuli Musayev, Oqtay Məmmədov, məşqçilər heyətindən Bahəddin Kandaz, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov və baş hakim Cahangir Babayev qazanılan uğurlar münasibətilə kollektivi təbrik ediblər. Natiqlər ölkəmizdə idmanın, o cümlədən karatenin inkişafına göstərilən diqqət və qayğıya, idmançılarımız üçün yaradılan şəraitə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyeva minnətdarlıq ifadə olunub.Çıxışlarda cari ildə karateçilərimizin rəsmi beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də dünya kuboku, premyer liqa, A seriyası və yeniyetmələr liqası kimi vacib yarışlarda 29-u qızıl, 38-i gümüş və 47-si bürünc olmaqla 132 medal qazandıqları qeyd olunub. Soçidə keçirilən Avropa çempionatında yeniyetmə və gənclərin rekord nəticə göstərməsi, İrina Zaretskanın ilk dəfə qadınlar arasında dünya çempionu olması, Rafael Ağayevin öz medal rekordunu yeniləməsi, Sahib Əhədovun para-karate dünya çempionatında ikinci yeri tutması və digər nəticələrə görə karateçilərimizin dünya reytinqində daha üstün mövqelərə yüksəlməsi ilin əhəmiyyətli idman hadisələrindən biri kimi qiymətləndirilib.xeber100.com

Dekabr 26, 2018 12:42