06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Mançester Siti” futbol klubu yeni müqavilə imzalayıb

İngiltərənin “Arsenal” və “Mançester Siti” futbol klublarının keçmiş oyunçusu Bakari Sanya Kanadanın “Montreal” klubu ilə yeni müqavilə imzalayıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, imzalanmış müqaviləyə görə, 35 yaşlı müdafiəçi 2019-cu ilin sonunadək Kanada təmsilçisinin şərəfini qoruyacaq.Sanya mətbuata açıqlamasında deyib: “Ümidvaram ki, yaxşı bir mövsüm olacaq və biz çempionluğa yüksələcəyik”.Qeyd edək ki, Fransa milli komandasının heyətində 65 oyun keçirən futbolçu 2010-cu və 2014-cü illərdə dünya çempionatında, 2016-cı ildə isə qitə birinciliyində iştirak edib.xeber100.com

Dekabr 26, 2018 12:39

Atıcılıq Federasiyasının kuboku uğrunda final mərhələsi keçirilib

Novxanı Sportinq Atıcılıq Mərkəzində kompakt-sportinq üzrə Azərbaycan Atıcılıq Federasiyasının kuboku uğrunda yarışın final mərhələsi keçirilib.Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, kompakt-sportinq üzrə baş məşqçi Rasim Rzayev Azərtac-a bildirib ki, final yarışında mərhələ turnirlərinin qalibləri mübarizə aparıblar. Finalda 100 hədəfə atəşaçma yarışında ən yüksək nəticə göstərən Rauf Sadıqov kuboka sahib olub.xeber100.com

Dekabr 25, 2018 11:48

UEFA Çempionlar Liqasının qrup mərhələsində

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsində ən dəqiq ötürmə edən futbolçunun adı açıqlanıb.Azərtac xəbər verir ki, Almaniyanın “Borussiya Dortmund” klubunun belçikalı yarımmüdafiəçisi Aksel Vitsel bu göstəriciyə görə birinci yeri tutub. Doxsan altı faiz göstərici ilə siyahıya başçılıq edən 29 yaşlı futbolçu qrup mərhələsində 447 ötürmədən 427-sini dəqiq yerinə yetirib.Ötürmələrinin dəqiqliyinə görə ilk beşlikdə digər yerləri Toni Kroos (“Real Madrid”), Serxio Buskets, İvan Rakitiç (“Barselona”) və Marek Hamşik (“Napoli”) tutublar.xeber100.com

Dekabr 25, 2018 11:45

Həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir. Həftəsonu 9-cu turun oyunları keçirilib.Azərtac Həndbol Federasiyasını rəsmi saytına istinadla xəbər verir ki, ABU Arenanın meydançasına əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar.Gərgin və maraqlı qarşılaşma “Azərsu”nun qələbəsi ilə başa çatıb. “Qarabağ” həndbolçuları ciddi müqavimət göstərsələr də məğlubiyyətdən qaça bilməyiblər - 25:28.Günün digər oyununda isə “Azəryol” “İdman Akademiyası” komandasına çətinlik çəkmədən qalib gəlib – 39:27.Çempionatın 9-cu turuna iki oyunla yekun vurulacaq. Yanvarın 10-u və 11-də yerli “Olimpiya” ilə “Azəryol” üz-üzə gələcək.Yarışın 10-cu turuna isə yanvarın 12-də start veriləcək. Həmin gün “İdman Akademiyası” “Azərsu”, “Qarabağ” “Gənclər Birliyi” ilə qarşılaşacaq.xeber100.com

Dekabr 25, 2018 11:33

Ağır Atletika Federasiyasının məlumatına görə…

Dekabrın 22-dən 23-dək Gürcüstanın Kutaisi şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Kaxi Kaxiaşvilinin şərəfinə beynəlxalq turnir keçirilib.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda yerli idmançılarla yanaşı, azərbaycanlı atletlər də iştirak ediblər. Paşa İbrahimli 73 kiloqram, Kamran İsmayılov isə 96 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Məşqçi Taleh Hüseynovun rəhbərliyi altında çıxış edən atletlər iki qızıl medal qazanmağı bacarıblar.Paşa İbrahimli toplam 286 kiloqram (130+156) nəticə ilə öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Kamran İsmayılov isə 322 kiloqram (141+181) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com

Dekabr 25, 2018 11:24

FIFA futbol üzrə son reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə milli komandaların bu ilə son reytinq cədvəlini açıqlayıb. Sıralamada İtaliya 18-ci yerdə qərarlaşıb.ANSA agentliyi xəbər verir ki, reytinqə Belçika yığması başçılıq edir.Cədvəldə onun ardınca son dünya çempionu Fransa və Braziliya yığması qərarlaşıb.xeber100.com

Dekabr 24, 2018 12:53

“Napoli” futbol klubu yeni müqavilə imzalayıb

İtaliyanın “Napoli” futbol klubu müdafiəçi Kalida Kulibali ilə yeni müqavilə imzalayıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, klub rəsmiləri önümüzdəki günlərdə müqaviləni ictimaiyyətə açıqlayacaqlar.Yeni müqaviləyə əsasən, seneqallı oyunçunun gəliri ildə 6 milyon avro təşkil edəcək. Bu göstərici ilə o, klubun ən yüksək gəlirli futbolçusu olacaq.Qeyd edək ki, daha öncə “Napoli” Kalidanı 106 milyon avro qarşılığında “Mançester Yunayted” klubuna transferindən imtina etmişdi.xeber100.com

Dekabr 24, 2018 12:47

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq kompleksində “TOP-8” respublika turniri keçirilib.Azərtac xəbər verir ki, respublika turnirində seçmə mərhələdə qalib gələn 8 ən güclü stolüstü tennisçi mübarizə aparıb. Kişilərin yarışında yüksək nəticəni Emin Məmmədov qazanıb. İkinci və üçüncü yerlərə müvafiq olaraq, Xəyyam Həşimli və Sənan Əliyev layiq görülüblər. Qadınların mübarizəsində isə Məryəm İmanova birinci yeri tutub. Nəzakət Qarayeva və Billurə Eminova sonrakı iki pillədə qərarlaşıblar.Turnirin qalibləri federasiya tərəfindən mükafatlandırılıb.xeber100.com

Dekabr 24, 2018 12:40

“Australian Masters-2018” beynəlxalq turniri başa çatıb

Şahmat üzrə “Australian Masters-2018” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı, beynəlxalq usta Kənan İzzət 9 oyundan 5 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.Turnirdə ən yüksək nəticəni 9 oyundan 7,5 xal toplayan avstraliyalı qrossmeyster Anton Smirnov göstərib. Avstraliyalı digər şahmatçı, beynəlxalq usta Bobbi Çenq 6,5 xalla ikinci, özbəkistanlı qrossmeyster Andrey Kvon 6 xalla üçüncü yerləri tutublar.xeber100.com

Dekabr 24, 2018 12:29

Yunanıstan Super Liqasında XV tur qarşılaşmaları təxirə salınıb

Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.Oxu.az xəbər verir ki, buna ölkənin FIFA referisi Tanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsi səbəb olub.Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməmək qərarı alıb.Qeyd edək ki, çempionat matçları qış fasiləsindən sonra keçiriləcək.xeber100.com

Dekabr 23, 2018 5:25
    Page 449 of 830« First«...102030...447448449450451...460470480...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az