“Liverpul” futbol klubu İtaliyanın “Napoli” klubunu qəbul edib

Dekabrın 12-də UEFA Çempionlar Liqasında altıncı turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması İngiltərənin “Enfild” stadionunda baş tutub. Çempionlar Liqasının son finalçısı "Liverpul" doğma meydanda İtaliyanın “Napoli” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi 34-cü dəqiqədə misirli Məhəmməd Salah olub.Qrupun digər oyununda “PSJ” klubu Serbiyada "Srvena Zvezda"nı məğlub edib-4:1. Nəticədə “PSJ” birinci, “Liverpul” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. “Napoli” isə üçüncü yerin sahibi kimi mübarizəni Avropa liqasında davam etdirəcək.B qrupunda vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin etmiş “Barselona” klubu doğma meydanda İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə növbəti mərhələyə çıxmaq üçün "Tottenhem" klubuna kifayət edib. Qrupun "İnter"-"PSV Eyndhoven" digər oyununda da eyni hesablı nəticə qeydə alınıb. Qrup mərhələsini "Barselona" klubu 14 xalla lider kimi başa vurub, aktivində 8 xalı olan "Tottenhem" ikinci, eyni xala malik "İnter" üçüncü yerdə qərarlaşıb. "PSV Eyndhoven" isə 2 xalla qrup mərhələsini dördüncü yerdə başa vurub.Turun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Beləliklə, "Portu" qrup lideri (16), "Şalke" (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar. İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. "Lokomotiv" isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.A qrupunda yer alan "Atletiko Madrid" (İspaniya) klubu səfərdə Belçikanın "Brügge" komandası ilə üz üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.Qrupun digər oyununda "Borussiya Dortmund" (Almaniya) səfərdə Fransanın "Monako" klubunun qapısından iki cavabsız top keçirib.Bu qələbə sayəsində almanlar 13 xalla qrup mərhələsini lider kimi başa vurublar, eyni xala malik olan "Atletiko Madrid" isə şəxsi oyunların nəticəsinə əsasən ikinci yerdə qərarlaşıb. "Brügge" 6 xalla üçüncü, "Monako" isə 1 xalla sonuncu yerdədir.xeber100.com

Dekabr 12, 2018 12:54

UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinə yekun vurulacaq.Azərtac xəbər ki, 12 xalla G qrupuna liderlik edən “Real Madrid” qrupda sonuncu pillədə qərarlaşan “CSKA”nı (Rusiya) qəbul edəcək. Doqquz xalla ikinci sırada qərarlaşan “Roma” isə səfərdə qrupun üçüncüsü “Viktoriya Plzen” komandasının qonağı olacaq. “Real Madrid” və “Roma” pley-off mərhələsinə vəsiqəni təmin etdiklərindən bu tur UEFA Avropa Liqasına vəsiqəyə sahib olmaq üçün “Viktoriya Plzen” və “ÇSKA” üçün vacib əhəmiyyət daşıyır. Hər iki komandanın 4 xalı var.E qrupunda yel alan “Ayaks” (Hollandiya) doğma meydanda “Bavariya” ilə görüşəcək. Komandalar pley-off mərhələsinə vəsiqələri artıq təmin ediblər. Qrupun lideri bu oyunun nəticəsində müəyyənləşəcək. “Bavariya”nın 13, “Ayaks”ın isə 11 xalı var. Dörd xalla qrupda üçüncü sırada qərarlaşan “Benfika” xal qazana bilməyən “AEK Larnaka” ilə üz-üzə gələcək.On üç xalla F qrupuna liderlik edən “Mançester Siti” doğma meydanda qrupun autsayderi, aktivində üç xal olan “Hoffenhaym” (Almaniya) klubunu qəbul edəcək. Qrupun digər oyununda qrupda ikinci yer uğrunda gərgin idman mübarizəsi gözlənilir. Donetskin “Şaxtyor” komandası Ukraynada Fransanın “Lion” kollektivini qəbul edəcək. “Şaxtyor” qələbə qazanacağı təqdirdə pley-offa yüksələcək. Fransızlara bu oyunda heç-heçə də kifayət edir. Fransa təmsilçisinin aktivində 7, “Şaxtyor”un isə 5 xalı var.H qrupunda yer alan “Yuventus” səfərdə İsveçrənin “Yanq Boyz” komandasının qonağı olacaq. Qrupun digər oyununda isə “Valensiya” öz meydanında “Mançester Yunayted”i qəbul edəcək. Beş turdan sonra turnir cədvəlinə 12 xalı olan “Yuventus” başçılıq edir. Aktivində 10 xal olan “Mançester Yunayted” ikinci, “Valensiya” 5 xalla üçüncü yerdədir. “Yanq Boyz” isə 1 xalla sonuncu yerdə qərarlaşıb.xeber100.com  

Dekabr 12, 2018 12:47

UEFA Çempionlar Liqasının altıncı turuna start veriləcək

Dekabrın 11-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu - altıncı turuna start veriləcək.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması C qrupunda yer alan İngiltərənin “Liverpul” və İtaliyanın “Napoli” klubları arasında baş tutacaq. İngiltərə təmsilçisi pley-off mərhələsinə çıxmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda “Srvena Zvezda” (Serbiya) doğma meydanda Fransanın “Paris Sen-Jermen” klubunu qəbul edəcək.Bu qrupa 9 xalla “Napoli” liderlik edir. “Paris Sen-Jermen” 8 xalla ikinci, “Liverpul” isə 7 xalla üçüncü pilədədir. “Srvena Zvezda” 4 xalla sonuncu yerdə qərarlaşıb.Turun maraq doğuran digər görüşü B qrupunda yer alan “Barselona” və “Tottenhem” komandaları arasında oynanılacaq. Kataloniyalılar növbəti mərhələyə vəsiqəni təmin etdiklərinə görə bu oyun onlar üçün formal xarakter daşıyır. Bu qrupun digər oyununda isə Hollandiyanın “PSV Eyndhoven” komandası səfərdə İtaliyanın “İnter” klubunun qonağı olacaq. Qrupdakı vəziyyətlə əlaqədar londonlulara növbəti mərhələyə yüksəlmək üçün “Barselona” ilə oyunda qələbə qazanmaqla yanaşı, “İnter”in də xal itirməsi lazımdır. Qrupun lideri “Barselona”nın 13 xalı var. Hər ikisinin yeddi xalı olan “İnter” ikinci, “Tottenhem” isə üçüncüdür. “PSV Eyndhoven” isə 1 xalla sonuncu sıradadır.Turun digər oyunlarında A qrupunda “Brügge” (Belçika) “Atletiko Madrid”i (İspaniya), “Monako” isə (Fransa) “Borussiya Dortmunt”u (Almaniya) qəbul edəcək. Bu turdakı görüşlərin nəticələrindən asılı olmayaraq, “Atletiko Madrid” (12 xal) və “Borussiya Dortmunt” (10 xal) növbəti mərhələyə vəsiqəni artıq təmin ediblər. “Brügge” 5 xalla üçüncü, “Monako” isə 1 xalla sonuncudur.İstanbulun “Qalatasaray” klubu D qrupunun lideri “Portu”nu qəbul edəcək. Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandası ilə üz-üzə gələcək. Qrupda “Portu”nun 13, “Şalke”nin 8 xalı var. “Qalatasaray” 4 xalla üçüncü, “Lokomotiv” isə 3 xalla sonuncudur. “Portu” və “Şalke” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.D qrupunun görüşləri Bakı vaxtı ilə saat 21:55-də, digər oyunlar isə gecə saat 12-də başlayacaq.xeber100.com  

Dekabr 11, 2018 12:50