11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Yunan-Roma güləşi üzrə ölkə çempionatı start götürüb

Dekabrın 18-də Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı start götürüb.Azərtac xəbər verir ki, yarışın birinci günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqramadək çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparırlar. Ümumilikdə güləşin bu növü üzrə 206 pəhləvan qüvvəsini sınayır.Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-da saat 16:30 başlayacaq.Reqlamentə əsasən, yarışın birinci günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Dekabrın 19-da bu növ üzrə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları dekabrın 20-də təşkil olunacaq.xeber100.com

Dekabr 18, 2018 12:05

İspaniya La Liqasında növbəti turun oyunları keçirilib

İspaniya La Liqasının 16-ci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, son çempion "Barselona" səfərdə "Levante" klubunun qonağı olub. Meydan sahiblərinin cari mövsüm yaxşı çıxışına baxmayaraq, oyunun favoriti sayılan "Barselona"ya beş cavabsız qolla məğlub olublar.Kataloniyalıların heyətində əsas qol silahı sayılan Lionel Messi "het-trik"lə, eləcə də Luis Suares və Jerard Pike fərqləniblər. Bu argentinalı ulduzun cari mövsümdə vurduğu 14-cü qolu olub."Barselona"nın La Liqada əsas izləyicisi "Real Madrid" klubu doğma meydanda “Rayo Valyekano”nu sınağa çəkib. Madrid klubu doğma meydanda minimal hesabla üstün olub (1:0).Paytaxtın digər təmsilçisi "Atletiko" isə səfərdə "Valyadolid" üzərində qələbəyə sevinib (2:3).On altıncı turda aşağıdakı nəticələr qeydə alınıb: "Selta" - "Leqanes" - 0:0 "Xetafe" - "Real Sosyedad" - 1:0 "Eybar" - "Valensiya" - 1:1 "Sevilya" - "Jirona" - 2:0 "Espanyol" - "Betis" - 1:3 "Hueska" - "Vilyarreal" - 2:2 Tura "Deportivo Alaves" - "Atletik Bilbao" oyunu ilə yekun vurulacaq.Qeyd edək ki, 16 turdan sonra turnir cədvəlinə 34 xalla "Barselona" klubu başçılıq edir, aktivində 31 xal olan "Sevilya" və "Atletiko Madrid" ikinci və üçüncü yerləri bölüşürlər. "Real Madrid" isə 29 xalla dördüncü yerdə qərarlaşıb.xeber100.com

Dekabr 17, 2018 1:54

İtaliya A Seriyasının 16-cı turunun oyunlarında

Dekabrın 16-da İtaliya A Seriyasının 16-cı turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, SPAL - “Kyevo” matçında hesab açılmayıb. “Fiorentina” “Empoli”ni (3:1), “Sampdoriya” isə “Parma”nı məğlub yola salıb (2:0). “Frozinone” - “Sassuolo” matçında isə qonaqlar qələbəyə seviniblər (0:2). “Napoli” səfərdə “Kalyari”ni minimal hesabla üstələyib (0:1)Beş qolun qeydə alındığı “Roma” - “Cenoa” matçında isə paytaxt təmsilçisi çətin qələbə qazanıb (3:2). “İnter” öz meydanında “Udineze”ni sınağa çəkib və minimal hesabla qalib gəlib (1:0).Turun derbisində isə iki Turin təmsilçisi arasında oynanılıb. “Yuventus” səfərdə “Torino”nun qonağı olub. Derbidə qonaqlar minimal hesabla üstün olublar (0:1).On altı turdan sonra turnir cədvəlinə 46 xalla "Yuventus" klubu başçılıq edir, "Napoli" 38 xalla ikinci, "İnter" 32 xalla üçüncü, bir oyun az keçirdən "Milan" isə 26 xalla dördüncü yerdə qərarlaşıb.Qeyd edək ki, tura dekabrın 17-də "Atalanta" - "Lazio" və dekabrın 18-də "Bolonya" - "Milan" oyunları ilə yekun vurulacaq.xeber100.com

Dekabr 17, 2018 1:41

Həndbol üzrə Azərbaycan kuboku yarışları başlayıb

“ABU Arena”da həndbol üzrə Azərbaycan kuboku yarışları başlayıb. Yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır.Azərtac Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, qadın həndbolçuların yarışının açılış matçında “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub – 37:25.Kişi həndbolçuların yarışında isə ilk oyun günü iki qarşılaşma olub. U-16 – “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular böyük hesablı məğlubiyyətlə barışıblar – 21:41.Yarışın digər favoriti - “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının “Təhsil” kollektivi ilə görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.Azərbaycan kubokunun yarımfinal və final görüşləri gələn ilin martında təşkil olunacaq.xeber100.com

Dekabr 17, 2018 1:31

2018-2019-ci il mövsümünün püşkatma mərasimi keçirilib

Dekabrın 17-də UEFA-nın mənzil qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda aşağıdakı oyunlar keçiriləcək: “Şalke” - “Mançester Siti”; “Atletiko Madrid” - “Yuventus”; “Mançester Yunayted” - “Paris-Sen-Jermen”; “Tottenhem” – “Borussiya Dortmund”; “Lion” - “Barselona”; “Roma” - “Porto”; “Ayaks” - “Real Madrid”; “Liverpul” - “Bavariya”. Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk oyunları fevralın 12-13-də və 19-20-də oynanılacaq. Cavab qarşılaşmaları isə martın 5-6-da və 12-13-də keçiriləcək.Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı “Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda oynanılacaq.xeber100.com  

Dekabr 17, 2018 1:29

“Qəbələ” klubu öz meydanında “Sabah”ı qəbul edib

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.Milli.az bildirir ki, "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edib. Matçın taleyini bir qol həll edib."Sabah"ın futbolçusu Filip İvanoviçin 45-ci dəqiqədə avtoqolu "Qəbələ"yə 1:0 hesablı qələbə qazandırıb.xeber100.com

Dekabr 16, 2018 4:52

İspan futbol klubu “Chelsea” klubuna təklif göndərəcək

"Barcelona" zədəli müdafiəçisi Samuel Umtitiyə əvəzləyici tapıb.Milli.az xəbər verir ki, kataloniyalılar arxa xətdəki boşluğu "Chelsea"nin futbolçusu Andreas Kristensenlə doldurmağı düşünür. İspanlar artıq 22 yaşlı futbolçunun icarəsi üçün London klubuna rəsmi təklif göndərib. Danimarkalı oyunçu buna razılıq versə də, "zadəganlar" müdafiəçini birdəfəlik satmaq istəyirlər. "Barcelona" isə Kristenseni 6 aylıq icarəyə götürmək niyyətindədir.İspan klubunun qarşıdakı günlərdə növbəti dəfə "Chelsea"yə təklif göndərəcəyi gözlənilir.xeber100.com

Dekabr 16, 2018 4:46

“Zirə” futbol klubu “Səbail” klubunu qəbul edib

Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.Milli.az bildirir ki, ilk oyun günündə iki görüş keçirilib. "Zirə" öz meydanında "Səbail"i qəbul edib və minimal hesabla qalib gəlib. Premyer Liqanın qış çempionu "Neftçi" bu mərhələdə "Sumqayıt"la üz-üzə gəlib. Qonaqlar bu görüşdə iki cavabsız qola seviniblər."Qarabağ" isə 1/4 final mərhələsində ölkə kubokunun son qalibi "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək.Bu mərhələdə daha çox maraq doğuran görüş "Qəbələ" ilə "Sabah"ın arasında olacaq. Premyer Liqada orta sıralarda qərarlaşan komandaların hər ikisi üçün kubokda mübarizəni davam etdirmək çox vacibdir.Mərhələnin ilk oyunları dekabrın 15-16-sında, cavab matçları 19-20-sində keçiriləcək.xeber100.com

Dekabr 15, 2018 9:03

Kikboksinq Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kikboksinq üzrə açıq Bakı çempionatı keçiriləcək. Azərtac bildirir ki, Boks Mərkəzində təşkil edilən yarışda respublikanın şəhər və rayonları ilə yanaşı, İran, Qazaxıstan, Pakistan və digər xarici ölkələrin idmançılarının iştirakı da planlaşdırılır.Çempionatın açılış mərasimi dekabrın 24-də olacaq.Dekabrın 26-da qala-gecəsi və finallar keçiriləcək.xeber100.com

Dekabr 15, 2018 8:49

Futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib

Dekabrın 13-də futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun “Neftçi”–EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FIFA referisi Elçin Səmədliyə hakimlik karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb. 2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E.Səmədli 2008-2018-ci illərdə futzal üzrə FIFA referisi olub.İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FIFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. E.Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.xeber100.com

Dekabr 14, 2018 2:18
    Page 453 of 831« First«...102030...451452453454455...460470480...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az