Güləş Federasiyasının məlumatına görə…

Azərbaycan idmançısı Şamil Zubairov Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionu olub.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, Ş.Zubairov debütdə erməni güləşçisi Sarqis Hovsepyana heç bir şans verməyib (11:4). Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda Ukraynalı güləşçi qarşılaşmada gərgin idman mübarizəsi yaşanıb. Matçın başa çatmasına 6 saniyə qalmış həlledici xalı qazanan Ş.Zubairov minimal fərqlə qalib gəlib. Həlledici görüşdə də gözəl oyun nümayiş etdirən təmsilçimiz dünya çempionu olub.Şamil Zubairov U-23 dünya çempionatları tarixində Azərbaycanın ilk qızıl medalını qazanıb.Yarışın altıncı günündə sərbəst güləş üzrə yığmamızın sonuncu dörd üzvü xalça üzərinə çıxıb.Ruslan Qasımov təsnifat mərhələsində özbəkistanlı həmkarına çətinliklə qalib gəlsə də, səkkizdəbir finalda Çin idmançısı ilə bacarmayıb.İsmayıl Abdullayev əvvəlcə qırğızıstanlı rəqibini məğlub edib. Ancaq yerli güləşçi ilə görüşdə hesab 2:2 olarkən zədələnən İ.Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən idmançımız üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi ona təsəlliverici görüşə çıxmağa imkan verməyib.Murad Süleymanov mundiala Ermənistan idmançısı üzərində qələbə ilə başlayıb. Növbəti görüşdə belaruslu pəhləvana qalib gələn M.Süleymanov yarımfinalda Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz bürünc medal uğrunda görüşdə kanadalı rəqibini məğlub edərək üçüncü yeri tutub.Qeyd edək ki, bu, ikinci dəfə keçirilən U-23 güləşçilər arasında dünya çempionatında millimizin tarixində ilk qızıl medal olub. Ötən il Polşada keçirilmiş dünya çempionatında komandamız yalnız beş bürünc medal qazanmışdı.xeber100.com

Noyabr 19, 2018 11:37

Akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində

Bakıda Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi olaraq təsis edilən AGF Trophy Kubokunun - mükafatlandırma mərasim baş tutub.Milli.az bildirir ki, AGF Trophy mükafatı ən yüksək icra xalını toplamış Rusiyalı gimnast cütlük - Timofey İvanov və Maksim Karavayevə təqdim edilib. Mükafatı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev təqdim edib.Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.Turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı çıxış edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.xeber100.com

Noyabr 17, 2018 8:51