11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avropa Liqasının pley-off mərhələsində

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə (Moldova) oyunlar üçün iştirak ərizəsi açıqlanıb.Milli.Az xəbər verir ki, Ağdam klubu Avroliqa matçları üçün 22 futbolçu sifariş edib. Siyahıda 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb: Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva; Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov; Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 91. Coşqun Diniyev, 77. Donald Gerye; Hücumçular: 11. Mahir Mədətov, 7. İnnosent Emeqara, 28. Con Delarj. "Qarabağ"la "Şerif" arasında ilk oyun avqustun 23-də Tiraspoldakı "Şerif" idman kompleksinin stadionunda olacaq. Cavab görüşü isə avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hər iki oyun saat 21:00-da başlayacaq.xeber100.com

Avqust 19, 2018 2:09

“Mançester Siti” futbol klubu “Volverhempton”la anlaşıb

"Mançester Siti" qış transfer pəncərəsini indidən açıb.Milli.az xəbər verir ki, "şəhərlilər" "Volverhempton"un yarımmüdafiəçisi Ruben Neveslə anlaşıb."Mançester Siti" qışda 68 milyon avro ödəyərək 21 yaşlı futbolçunu heyəinə qatacaq.Qeyd edək ki, "Volverhempton" Ruben Nevesi tən yay "Portu"dan 17,9 milyon avroya alıb. O, İngiltərə klubunun heyətində 44 oyun keçirərək 8 qol vurub və 3 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 19, 2018 2:03

İtaliya A Seriyasının birinci turuna start verilib

Avqustun 18-də İtaliya A Seriyasının birinci turuna start verilib.Milli.az bildirir ki, turun ilk oyunu "Markantoniyo" stadionunda baş tutub. "Kyevo" klubu "Yuventus" komandasını qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qonaqlar sonuncu dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə qalib gəliblər. Turinlilərin heyətində Sami Xedira və Federiko Bernardeski, Matia Bani (avtoqol) fərqləniblər. Meydan sahiblərinin heyətində isə Meriuş Stenpinski və Emanuyel Cakerini adlarını tabloya yazdırıblar.Qeyd edək ki, "Real"dan "Yuventus"a transfer edilən Kristianu Ronaldu bu matçda debüt edib. 90 dəqiqə meydanda olub.xeber100.com

Avqust 18, 2018 10:28

“Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada "Şerif"ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.Avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.xeber100.com

Avqust 18, 2018 10:20

Polşanın “Krakoviya” futbol klubu yeni müqavilə imzalayıb

Son iki həftədə "Sumqayıt" klubunda baxışda olmuş rusiyalı futbolçu Sərdar Sərdarov Polşanın "Krakoviya" klubu ilə müqavilə bağlayıb.Milli.az xəbər verir ki, 24 yaşlı hücumçu sonradan daha bir il uzada bilməsi şərti ilə bir illik sözləşməyə (1+1) imza atıb.Qeyd edək ki, "Sumqayıt" Sərdarovla şəxsi müqaviləni razılaşdırsa da, müqavilə üzrə məxsus olduğu Rusiya "Yenisey"inin tələb etdiyi məbləği ödəyə bilməyib. Nəticədə bu transfer baş tutmayıb. Hazırda "Krakoviya"da "Qəbələ"nin sabiq futbolçuları Xavyer Ernandes və Sergey Zenyov da çıxış edir.xeber100.com

Avqust 17, 2018 9:02

UEFA Avropa Liqası turnirinin püşkatma mərasimində

Avqustun 31-də Monakoda UEFA Avropa Liqası turnirinin cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. AFFA-dan Milli.Az-a verilən məlumata görə, final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq.xeber100.com

Avqust 17, 2018 8:51

Estoniya Futbol İttifaqının məlumatına görə…

Estoniya UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün 7 milyon avro xərcləyib.Milli.az xəbər verir ki, bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. O, deyib ki, Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi "Lilleküla" stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.Qeyd edək ki, Superkubokda iki İspaniya komandası - Çempionlar Liqasının qalibi "Real Madrid"lə Avropa Liqasında birinci olan "Atletiko" qarşılaşıb. Oyun Dieqo Simeonenin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com

Avqust 16, 2018 9:09

İtaliya A Seriyasında ilk turun 2 oyunu təxirə salınıb

İtaliya A Seriyasında 2018-2019 mövsümünün ilk turunun 2 oyunu təxirə salınıb.Milli.az xəbər verir ki, avqustun 14-də Genuya şəhərindəki Morandi körpüsünün çökməsi nəticəsində baş vermiş faciəyə görə avqustun 19-a təyin olunan "Milan" - "Cenoa" və "Sampdoriya" - "Fiorentina" matçları keçirilməyəcək.Rəhbərlik hazırda digər oyunların da başqa vaxta keçirilməsini müzakirə edir.Qeyd edək ki, məlum faciə nəticəsində 38 nəfər dünyasını dəyişib.xeber100.com

Avqust 16, 2018 9:00

Stolüstü Tennis Federasiyasının məlumatı

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı davam edir.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, avqustun 11-də başlayan və bir həftə davam edəcək təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.Təlim-məşq toplanışı yeniyetmələr arasında fiziki-taktiki hazırlığı artırmaq məqsədi daşıyır.xeber100.com

Avqust 15, 2018 2:28

UEFA Super Kubokunun 44-cü qalibi müəyyənləşəcək

Avqustun 15-də Madridin iki təmsilçisi - “Atletiko” və “Real” 44-cü UEFA Super Kuboku uğrunda mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, qarşılaşma Estoniyanın paytaxtında Tallinndə “Lilleküla” stadionunda baş tutacaq.“Real Madrid” 2017-2018 mövsümündə Çempionlar Liqasının, “Atletiko” isə Avropa Liqasının qalibi olub. UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin iki komandası qarşılaşacaq.“Real Madrid” UEFA Super Kubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.1972-ci ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın “Barselona” və İtaliyanın “Milan” komandalarıdır. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb. Bu gün “Real Madrid” qələbə qazanacağı təqdirdə “Barselona” və “Milan” klubları ilə UEFA Super Kuboku sayını bərabərləşdirəcək. “Atletiko Madrid” isə bu vaxta kimi iki dəfə bu titula sahib olub (2010, 2012).Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Qarşılaşmanı polşalı Şimon Marçinek idarə edəcək. Ona Pavel Sokolckiy və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ovidiu Xaceqan yerinə yetirəcək.xeber100.com

Avqust 15, 2018 2:26
    Page 490 of 831« First«...102030...488489490491492...500510520...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az