“Mançester Siti” Çempionlar Liqasında birinci yerdə qərarlaşıb

İngiltərənin “Mançester Siti” klubu maliyyə “Fair play” qaydalarını pozduğuna görə avrokuboklardan kənarlaşdırıla bilər.TASS agentliyi xəbər verir ki, UEFA növbəti mövsümdən komandanı Avropanın ən nüfuzlu klub turnirində iştirakdan məhrum edə bilər.UEFA “Leaks Football” nəşrinin İngiltərə təmsilçisinin 2014-cü ildə maliyyə pozuntularına yol verməsi barədə məlumat dərc etməsindən sonra qurum klubla bağlı araşdırmalara başlayıb. Həmin xəbərdə qeyd edilmişdi ki, sponsor mənfəəti olaraq göstərilən 60 milyon funt sterlinq əslində “Mançester Siti”yə klubun ərəb sahiblərindən daxil olub. Bu vəsaitin Riyad Mahrezin transferində istifadə olunduğu bildirilir. Məlumatda o da vurğulanır ki, klub 2014-cü ildə “Fair play” qaydalarını pozaraq 88 milyon avroluq maliyyə fırıldaqçılığına yol verib.Klubun bu və digər məsələlərdə maliyyə dələduzluğu etdiyi sübut olunarsa, UEFA komandanı avrokuboklardan kənarlaşdıracaq.Hazırki mövsümdə “Mançester Siti” Çempionlar Liqasının F qrupunda 5 matçdan 10 xal toplayaraq birinci yerdə qərarlaşıb. Qrup mərhələsinin sonuncu turunda “şəhərlilər” “Hoffenhaym” komandasını qəbul edəcəklər. Qarşılaşma dekabrın 12-də baş tutacaq.İngiltərə çempionatında isə 38 xalla birinci pillədə qərarlaşan “Mançester Siti” ən yaxın izləyicisini 2 xal qabaqlayır.xeber100.com

Dekabr 5, 2018 1:00

“Advokat” futbol komandası formalaşdırılıb

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkillərdən ibarət “Advokat” futbol komandası formalaşdırılıb. Hazırda komanda bir sıra regional və beynəlxalq səviyyəli futbol turnirlərində uğurla iştirak edir.Vəkillər Kollegiyası Rəyasət Heyətindən Azərtac-a bildiriblər ki, bu ənənənin davam etdirilməsi, o cümlədən vəkil qurumları və vəkillər arasında kollektiv ruhun və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə ilk dəfə olaraq vəkillər arasında turnirin keçirilməsi qərara alınıb.Dekabrın 8-dən fevralın 2-dək davam edəcək turnirdə 8 komanda – “Barrister”, “Veteranlar”, “Advokat”, “Sumqayıt”, “Abşeron”, “11 saylı Vəkil Bürosu”, “16 saylı Vəkil Bürosu” və “Ədalət” komandaları iştirak edəcəkər.Oyunlar hər həftənin şənbə günü saat 10-dan 12-dək Böyükşor bulvarında, Olimpiya stadionunun yaxınlığındakı “Azfar” stadionunda keçiriləcək. Oyunları izləmək istəyən şəxslər stadiona gələrək qarşılaşmalara baxa bilərlər.Gələn il Azərbaycan vəkilliyinin 100 illiyi çərçivəsində müxtəlif ölkələrin Vəkillər kollegiyalarının futbol komandalarının iştirak edəcəyi beynəlxalq turnirin təşkil olunması da nəzərdə tutulub.Qeyd edək ki, “Advokat” futbol komandası hazırda həm futzal üzrə 2-ci liqada, həm də Bakı Futbol Liqasında mübarizə aparır. “Advokat” Litva Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Vilnüsdə keçirilmiş beynəlxalq turnirdə üçüncü yeri tutub. Həmin turnirdə Şərqi Avropa və bir sıra MDB ölkələrinin Vəkillər kollegiyalarının futbol komandaları mübarizə aparıblar. Komanda, həmçinin Ukrayna Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər arasında keçirilmiş beynəlxalq futzal turnirin qalibi olub.xeber100.com

Dekabr 4, 2018 11:26

İtaliya A Seriyasının 14-cü turun oyunları keçirilib

Dekabrın 3-də İtaliya A Seriyasının 14-cü turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması "Olimpiko" stadionunda keçirilib. "Roma" klubu "İnter" komandasını qəbul edib. Görüşdə qalib müəyyənləşməyib (2:2). Bu heç-heçədən sonra xalların sayını 29-a çatdıran "İnter" ikinci pillədə qərarlaşıb. "Roma" isə 20 xalla yeddinci yerdədir.Milan şəhərinin digər təmsilçisi "Milan" çempionatın autsayderi "Kyevo" klubunu "San Siro" stadionunda qəbul edib. Qonaqlar 49-cu dəqiqədə Roberto İnglesin qolu ilə önə keçsə də, ardıcıl iki qol vuran milanlılar oyunda qələbəni təmin ediblər. "Rossoneri"lərin heyətində Patrik Kutrone (55) və Frank Kessie (71) fərqləniblər.Turun digər maraq doğuran oyunu "Artemio Françi" stadionunda oynanılıb. "Fiorentino" doğma azarkeşlər önündə lider "Yuventus"u qəbul edib. Görüş Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qoca sinyora"nın heyətində Roberto Bentankur (31), Jorje Kiellini (69) və Kriştiano Ronaldo (79 - penalti) fərqləniblər. Bu, "Yuventus" klubunun cari mövsümdə 14 turdan sonra on üçüncü qələbəsidir.Turun açılış oyununda "Empoli" səfərdə SPAL-ın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib - 2:2.On dördüncü turun digər oyunlarda növbəti nəticələr qeydə alınıb: "Torino" - "Genoa" - 2:1 "Frosinone" - "Kalyari" - 1:1 "Sassuolo" - "Udineze" - 0:0 "Sampdoriya" - "Bolonya" - 4:1. Qeyd edək ki, tura "Atalanta" - "Napoli" oyunu ilə yekun vurulacaq.xeber100.com

Dekabr 3, 2018 11:34