Akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində

Bakıda Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi olaraq təsis edilən AGF Trophy Kubokunun - mükafatlandırma mərasim baş tutub.Milli.az bildirir ki, AGF Trophy mükafatı ən yüksək icra xalını toplamış Rusiyalı gimnast cütlük - Timofey İvanov və Maksim Karavayevə təqdim edilib. Mükafatı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev təqdim edib.Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.Turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı çıxış edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.xeber100.com

Noyabr 17, 2018 8:51

Futbol üzrə 2018-2019-cu il mövsümünün püşkü atılıb

Noyabrın 14-də futbol üzrə Azərbaycan Kuboku uğrunda turnirin 2018-2019-cu il mövsümünün püşkü atılıb.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə yarışda iştirak edəcək 12 komandanın rəqibləri müəyyənləşib. Kubok uğrunda turnirdə Premyer Liqada çıxış edən 8 klubla yanaşı, I Divizionda mübarizə aparan 4 klub da iştirak edəcək.Püşkatma mərasimində komandalar üç səbətə bölünüblər. Birinci səbətdə yer alan “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Zirə” mübarizəyə dörddəbir finaldan başlayacaq. Püşk zamanı “Sumqayıt”, “Keşlə”, “Səbail” və “Sabah” ikinci, “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” klubları üçüncü səbətdə yer alıblar.Püşkün nəticələrinə əsasən, dekabrın 6-da keçiriləcək səkkizdəbir finalda “Ağsu” – “Sabah”, “Şüvəlan” – “Keşlə”, “Sumqayıt” – “Qaradağ Lökbatan” və “Səbail” – “Kəpəz” görüşləri oynanılacaq. Səkkizdəbir finalda komandalar bir oyun keçirəcəklər.Turnirin dörddəbir finalında “Qəbələ” klubu “Ağsu” - “Sabah”, “Qarabağ” komandası isə “Şüvəlan” - “Keşlə” görüşlərinin qalibi ilə qarşılaşacaq. Dörddəbir finalın digər oyunlarında isə “Neftçi” komandası “Sumqayıt” - “Qaradağ Lökbatan”, “Zirə” isə “Kəpəz” - “Səbail” matçlarında üstün olan tərəflə üz-üzə gələcək. Bu görüşlər dekabrın 15-16-da, cavab qarşılaşmaları isə dekabrın 19-20-də oynanılacaq.Turnirin yarımfinal matçları aprelin 23-də, cavab oyunları mayın 1-də keçiriləcək. Final qarşılaşması isə mayın 19-da baş tutacaq.xeber100.com  

Noyabr 15, 2018 12:12

UEFA Millətlər Liqasında 5-ci turun oyunları keçiriləcək

Noyabrın 15-də UEFA Millətlər Liqasında 5-ci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma təşkil olunacaq.Turun mərkəzi qarşılaşması “A” liqasının 4-cü qrupunda oynanılacaq. Son dünya finalçısı Xorvatiya millisi İspaniya yığması ilə münasibətlərə aydınlıq gətirəcək.Turun digər maraq doğuran oyunu “A” liqasının 2-ci qrupunda keçiriləcək. Belçika seçməsi doğma meydanda İslandiya ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələ şanslarını daha da artıracaqlar.“B” liqasının 3-cü qrupunda Bosniya və Herseqovina səfərdə Avstriyadan xal ala bilsə, növbəti matç komanda üçün formal xarakter daşıyacaq.“C” liqasının 2-ci qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı qəbul edəcək. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə play-off mərhələsinə vəsiqə qazanacaq.Lüksemburq yığması “D” liqasının 2-ci qrupunda evdə Belarusla üz-üzə gələcək. Meydan sahibləri qələbə qazansa, növbəti mərhələyə yüksələcəklər. Qrupun digər matçında isə San-Marino və Moldova komandaları qarşılaşacaqlar.Azərbaycan milli komandasının yer aldığı “D” liqasının 1-ci qrupunda Qazaxıstan millisi Latviya yığmasını qəbul edəcək. Gürcüstan seçməsi isə səfərdə Andorra komandasının qonağı olacaq.Qeyd edək ki, Qazaxıstan-Latviya oyunu Bakı vaxtı ilə saat 19:00-da, qalan oyunlar isə 23:45-də başlayacaq.xeber100.com

Noyabr 15, 2018 11:15