UEFA Çempionlar Liqasının dördüncü turuna start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması İtaliyanın “San Siro” stadionunda keçiriləcək. “İnter” klubu İspaniyanın “Barselona” komandasını qəbul edəcək. Üçüncü turda bu komandalar artıq üz-üzə gəliblər. Həmin görüşdə kataloniyalılar rəqibin qapısından iki cavabsız top keçirib.Bu komandalar UEFA Çempionlar Liqasinda, ümumilikdə, 7 dəfə qarşılaşıblar. Onların 4-də “Barselona”, 1-də isə “İnter” klubu qalib gəlib. İki oyun heç-heçə yekunlaşıb. Qrupun digər oyununda PSV (Niderland) İngiltərənin “Tottenhem” klubunun qonağı olacaq (ilk oyun – 2:2).Üç turdan sonra B qrupuna 9 xalla “Barselona” klubu başçılıq edir. Aktivində 6 xalı olan “İnter” ikinci yerdə qərarlaşıb. Hərəyə bir xal toplayan “Tottenhem” və PSV üçüncü və dördüncü yerləri bölüşürlər.Turun digər maraq doğuran oyunu isə İtaliyanın Neapol şəhərində oynanılacaq. “Napoli” (İtaliya) Fransanın PSG klubu ilə üz-üzə gələcək. Komandalar arasında Fransada baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.C qrupuna üç turdan sonra 6 xalla “Liverpul” liderlik edir. Beş xalı olan “Napoli” ikinci, dörd xala malik PSG isə üçüncü yerdə qərarlaşıb. “Crevena Zvezda” 1 xalla dördüncü yerdədir.xeber100.com

Noyabr 6, 2018 11:36

“Bahrain International Series-2018” turnirinə yekun vurulub

Bəhreynin Madinat-İsa şəhərində badminton üzrə “Bahrain International Series-2018” turnirinə yekun vurulub. Turnirdə iştirak edən badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni uğurlu çıxışla yadda qalıblar.Azərtac xəbər verir ki, kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Ezmi Qovimuramadhoni yarımfinala kimi məğlubiyyətsiz irəliləyib. Yarımfinala kimi Bəhreyn, Pakistan, İordaniya badmintonçularına qalib gələn Ezmi bu mərhələdə ABŞ təmsilçisi Timoti Lamla qarşılaşıb. Üç set davam edən görüş amerikalı badmintonçunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mübarizəni yarımfinalda dayandıran Qovimuramadhoni kişilərin şəxsi yarışında bürünc medal qazanıb.Mübarizəyə 1/8 finaldan qoşulan Edi Reski Dviçayo isə yarımfinala kimi İngiltərə və Bəhreyn badmintonçularına qalib gəlib. Yarımfinalda Yaponiya idmançısı Haruki Fukuda üzərində 2:1 hesablı qələbə qazanan Edi finalda ABŞ badmintonçusu Timoti Lamla üz-üzə gəlib. Amerikalı rəqibini 2:0 hesabı ilə məğlub edən Dviçayo “Bahrain International Series-2018” turnirinin qızıl medalını qazanıb.Badmintonçularımız eyni uğuru kişilərin qoşa yarışında da təkrarlayıblar. Bu kateqoriya üzrə yarışda mübarizəyə 1/4 finalda başlayan badmintonçularımız finala kimi Bəhreyn və Pakistandan olan həmkarlarına qalib gəliblər. Həlledici görüşdə yerli idmançılar Adnan və Cəfər İbrahim tandeminə 2:0 hesabı ilə qalib gələn Edi-Ezmi cütlüyü badmintonçuların qoşa yarışında qızıl medala sahib çıxıb.Beləliklə, ilk dəfə badmintonçularımız beynəlxalq turnirdə ümumilikdə 3 medal qazanıblar.

Noyabr 5, 2018 11:53