Fevralın 18-də Azərbaycan Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən ilk oyun “Sabah BK” və “Gəncə BK” basketbolçuları arasında olub. Oyunun birinci hissəsində “Sabah BK” qalib olsa da, gəncəlilər yekunda 81-76 hesabı ilə qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Sabah BK” (Entoni Patti - 17 xal, 10 ribaund), “Gəncə BK” (Cordan Endryus - 19 xal, 10 ribaund).
Günün ikinci oyununda paytaxt klubu “Neftçi İK”, region komandası “Olimpik Şəki BK” basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyü ələ alan paytaxt klubu yekunda 88-69 hesabı ilə qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: “Neftçi İK” (Yuri Kondrakov - 29 xal, 10 ribaund), “Olimpik Şəki BK” (Davante Kuper - 13 xal, 5 ribaund).
Qeyd edək ki, turun son oyunu fevralın 19-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK”- “Sərhədçi PİK” arasında keçiriləcək.xeber100.com