29 İyul 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Basketbol Liqasının XIX turunun növbəti oyunu keçirilib

Fevralın 25-də Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XIX turunun növbəti oyunu keçirilib.“Gəncə” komandası doğma azarkeşlər önündə “Neftçi”ni qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alan “Gəncə” azarkeş dəstəyini də hiss edərək paytaxt klubu üzərində 83:73 hesablı qələbə qazanıb. Matçın ən məhsuldar basketbolçuları “Gəncə”dən Kolin Törner (22 xal, 11 asist ), “Neftçi”dən Qlen Börns (19 xal, 4 ribaund) seçiliblər. Qeyd edək ki, tura fevralın 26-da Şəkidə “Olimpik Şəki” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq.xeber100.com

Fevral 26, 2023 1:35

Azərbaycan Premyer Liqasında XXIV turun oyunları davam edir

Futbol üzrə . “Şamaxı” doğma meydanda çempionatın iddialılarından “Sabah”ı qəbul edib. Mövsümün ikinci dövrəsində güclü rəqibi ilə heç-heçə (1:1) edən “Şamaxı” bu dəfə qələbə qazanıb – 2:1. “Şamaxı”nın heyətində Amil Yunanov dubl edib. Rəqib komandanın qolunu isə Aleksey Kaşuk vurub. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah”ın hesabında 53 xal var. “Şamaxı” isə xallarının sayını 19-a çatdıraraq son pillədən qurtulub. Qeyd edək ki, turun ilk iki oyununda “Zirə” səfərdə “Turan Tovuz”a (2:0) qalib gəlib, “Səbail”-“Qəbələ” matçında heç-heçə qeydə alınıb - 2:2. Bu gün “Sumqayıt”la “Kəpəz”, fevralın 27-də isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.xeber100.com

Fevral 26, 2023 1:33

“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub. İlk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb. Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.xeber100.com  

Fevral 24, 2023 2:48

UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinə yekun vurulub

Fevralın 23-də UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinə yekun vurulub. İlkin olaraq "Yuventus", "Sevilya", “Bayer” və "Sportinq" rəqiblərindən üstün olaraq səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar. Cavab görüşlərində “Yuventus” səfərdə “Nant”ı 3:0 (ilk oyun 1:1), “Sportinq” “Müddelland”ı 4:0, “Bayer” isə “Monako”nu 3:2 (İlk oyun 2:3, penaltilərlə) hesabı ilə məğlubiyyətə uğradıblar. “Sevilya” isə səfərdə “PSV”yə 2:0 hesabı ilə uduzub. İlk oyunda öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Sevilya” növbəti mərhələyə yüksəlib. Bu komandalardan əlavə, “Roma”, “Mançester Yunayted”, “Union” (Berlin) və “Şaxtyor” da Avropa Liqasında mübarizələrini davam etdirəcəklər. Belə ki, “Mançester Yunayted” səfərdə heç-heçə (2:2) etdiyi “Barselona”nı öz meydanında 2:1 məğlub edərək adını səkkizdəbir finala yazdırıb. “Roma” isə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zaltsburq”dan üstün olub – 2:0. “Union” “Ayak”sı mübarizədən kənarlaşdırıb – 3:1. “Şaxtyor” öz meydanında rəqibini 2:1 hesabı ilə məğlub etsə də, səfərdə eyni hesabla uduzub. On bir metrlik zərbələrdə daha dəqiq olan “Şaxtaçılar” səkkizdəbir finala yüksəliblər.xeber100.com

Fevral 24, 2023 2:46

Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsi üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin 2024-cü ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi üçün heyəti açıqlanıb. Futzal yığmamız mundialın əsas mərhələsi çərçivəsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq. Komandamız fevralın 27-dən martın 3-dək Bakıda, martın 5-dən 7-dək isə Polşada toplanış keçirəcək. Hazırlıq prosesinə 16 futzalçı dəvət olunub. Millimizin heyəti Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Amadeu, Felipinyo, Cavad Məmmədov, Emin Kürdov, Xəzər Ağalızadə, Amir Şojaei, Fineo De Araujo, Tyaqo Teles MartinsEduardo Borges, Rafael Vilela, Everton Kardoso və Hadi Ahmadidən ibarətdir.xeber100.com

Fevral 24, 2023 2:44

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun cütləri bəlli olub. Qitənin ikinci dərəcəli klub turniri olan UEFA Avropa Liqasında mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Yarışda qrup qalibi olan komandalar pley-off mərhələsini keçənlərlə qarşılaşacaq. Püşkün nəticəsinə görə 1/8 final mərhələsində İstanbulun “Fənərbaxça” komandası “Sevilya” ilə qarşılaşacaq. Bu raundun ilk görüşləri martın 9-da baş tutacaq. Cavab oyunları bir həftə sonra keçiriləcək. UEFA Avropa Liqası- 1/8 final "Union" Berlin (Almaniya) - "Union" (Belçika) "Sevilya" (İspaniya) - "Fənərbaxça" (Türkiyə) "Yuventus" (İtaliya) - "Frayburq" (Almaniya) "Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan) "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) "Mançester Yunayted" (İngiltərə) - "Betis" (İspaniya) "Roma" (İtaliya) - "Real Sosyedad" (İspaniya) "Şaxtyor" Donetsk (Ukrayna) - "Feyenoord" (Niderland).xeber100.com

Fevral 24, 2023 2:42

Azərbaycan Gimnastika Federasiyası: Dünya kuboku yarışları keçiriləcək

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.xeber100.com

Fevral 23, 2023 3:17

“Antalyaspor” futbol klubu hücumçusu Luis Adriano ilə yollarını ayırıb

Türkiyənin “Antalyaspor” klubu hücumçusu Luis Adriano ilə yollarını ayırıb. Braziliya milli komandasının sabiq üzvü ölkəsinə qayıdıb. Otuz beş yaşlı oyunçu yetirməsi olduğu “İnternasional”la anlaşıb. O, yeni klubu ilə 2023-cü ilin sonunadək müqavilə bağlayıb. 2022-ci ilin əvvəlindən “Antalyaspor”da çıxış edən futbolçu 38 oyuna 8 qol vurub.xeber100.com

Fevral 23, 2023 3:14

“Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olacaq. "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək. Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək. "Köhlən atlar" matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində də bəzi itkilər var. Yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə heyətdən çıxarılıb. Müdafiəçi Cozef Okumu və digər orta xətt oyunçusu Alessio Kastro-Montesin "Qarabağ"a qarşı oynaması isə sual altındadır.xeber100.com

Fevral 23, 2023 3:12

Voleybolçular arasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib. Həmin oyunlar fevralın 25-də və 28-də keçiriləcək. Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” - “Murov” qarşılaşması baş tutacaq. Oyun saat 15:00-da başlayacaq. Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq. Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.xeber100.com

Fevral 23, 2023 2:55
    Page 48 of 831« First«...102030...4647484950...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az