UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ötən gün “Qarabağ”ın qonağı olan “Gent” Ağdam klubuna təşəkkür edib. Belçika təmsilçisi bununla bağlı klubun feysbuk səhifəsində paylaşım edib.
Paylaşımda qeyd olunub: “Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”.
Qeyd edək ki, “Qarabağ” klubu “Gent”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.xeber100.com