15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

Portuqaliya-İran matçında sayca 19-cu penalti təyin edilib

DÇ-2018-də penaltilər üzrə yeni rekord qeydə alınıb.Apa-nın məlumatına görə, ötən axşam Portuqaliya-İran matçında sayca 19-cu penalti təyin edilib.Hakim VAR (Video Assistant Referee) sistemindən istifadə edərək 11 metrlik cərimə zərbəsi təyin edib.Bununla da penaltilər üzrə Dünya Çempionatlarının rekordu yenilənib. Bundan əvvəl 1990-cı ildə İtaliyada, 1998-ci ildə Fransada və 2002-ci ildə Cənubi-Koreya və Yaponiyada keçirilən turnirlərdə hakimlər 18 dəfə penalti təyin ediblər.Qeyd edək ki, DÇ-2018-də futbolçular 19 penaltidən yalnız 14-ü dəqiq yerinə yetirə bilib.xeber100.com

İyun 26, 2018 4:47

“Qarabağ” futbol klubu kinci transferini gerçəkləşdirib

“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini gerçəkləşdirib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu feysbuk səhifəsində video-paylaşımla yayıb.Videoda futbolçunun üzü görünməsə də, onun “Lans”ın “11 nömrəsi” Abdullah Zubir olduğunu müəyyənləşdirmək çətin deyil. Mərakeş əsilli fransalı yarımmüdafiəçi yeni mövsümdən Azərbaycan çempionunun formasını geyinəcək.Qeyd edək ki, son klubu “Lans” olan Abdullah Zubir karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian” və “Petrolul”da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.xeber100.com

İyun 26, 2018 4:44

Çimərlik futbolu üzrə III turun oyunları keçirilib

Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası turnirində III turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turnirin sonuncu oyununda Azərbaycan milli komandası Portuqaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Portuqaliya millisindən Andrade Elinton turnirin ən yaxşı qapıçısı, Leonardo Santos isə ən yaxşı oyunçusu seçilib. Hərəyə 6 qol vuran İsveçrə millisinin üzvləri Dejan Stankoviç və Noel Ott turnirin ən məhsuldar oyunçuları olublar. Müvafiq olaraq birinci və ikinci qrupun qalibi olan Portuqaliya və Ukrayna komandalarına kubok təqdim edilib.Komandalara mükafatları Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, vitse-prezident Fərid Axundov, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidentinin müavini Gabina Renales veriblər.xeber100.com

İyun 25, 2018 11:58

Avropa çempionatının seçmə mərhələsinə start veriləcək

İyunun 30-da Rumıniyada 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Anar Hacıyev və Marşall Mozesdən təşkil olan milli komandamız İspaniya və İtaliya basketbolçuları ilə birgə “B” qrupunda yarışacaq.“A” qrupunda Serbiya, Gürcüstan, Litva, “C” Rumıniya, Bosniya və Herseqovina, İsveç, “D” qrupunda isə Almaniya, Xorvatiya və İrlandiya yığmaları mübarizə aparacaqlar.Qalib komanda Avropa çempionatının finalına vəsiqə qazanacaq. Rumıniya yarımfınala yüksələrsə, seçmə mərhələdə beşinci olacaq komanda qitə birinciliyinə vəsiqəni təmin edəcək. Çünki Avropa birinciliyinin ev sahibi kimi Rumıniya final mərhələsində öz yerini təmin edib.xeber100.com

İyun 25, 2018 11:27

Futbol üzrə XXI dünya çempionatının on ikinci günündə

İyunun 25-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on ikinci günündə “A” və “B” qruplarında üçüncü turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, günün ilk oyunlarında “A” qrupunda yer alan dünya çempionatının ev sahibi Rusiya və Uruqvay, Səudiyyə Ərəbistanı və Misir komandaları üz-üzə gələcəklər.Rusiya-Uruqvay görüşü “A” qrupunun liderini müəyyənləşdirəcək. Görüş “Samara Arena”da keçiriləcək. Rusiya və Uruqvay komandaları bu vaxta kimi üç dəfə qarşılaşıblar. İki oyunda qalib tərəf Uruqvay, bir dəfə isə Rusiya millisi olub. Görüşü seneqallı Malanq Diyedu idarə edəcək.Ümumiyyətlə, Rusiya millisi dünya çempionatlarının final mərhələlərində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar ev sahibliyi etdikləri mundiala qədər dünya çempionatlarında sonuncu qələbəni 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.İki dəfə dünya çempionu olan Uruqvay yığması (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.xeber100.com

İyun 25, 2018 10:54

2018-in bombardirlər yarışında dəyişiklik olub

DÇ-2018-in bombardirlər yarışında dəyişiklik olub.Apasport.az saytının məlumatına görə, oyun gününə 4 qolla şərikli lider kimi girən Romelu Lukaku (Belçika) və Kristiano Ronaldo (Portuqaliya) zirvədəki yerlərini təhvil verməli olublar.Belə ki, İngiltərə - Panama matçında 3 qol vuran Harri Keyn ümumi qollarının sayını 5-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Tottenhem”in forvardı bununla da bombardirlər yarışında liderliyi ələ alıb.Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda Lukaku və Keyn Belçika və İngiltərə millilərinin heyətində bir-birilərinə rəqib olacaqlar.xeber100.com

İyun 24, 2018 8:09

Dünya çempionatı davam edir

Rusiyada keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində bu gün daha 3 oyun baş tutacaq.Günün açılış matçı G qrupu çərçivəsində olacaq. İlk görüşdə inamlı qələbə qazanan Belçika bu dəfə Tunisi sınağa çəkəcək. Avropalılar daha bir qalibiyyətlə 1/8 final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. Ancaq tunislilər İngiltərə ilə matçda “asan yem” olmadıqlarını göstəriblər.Ardından F qrupundakı komandalar meydana çıxacaq. Əvvəlcə Meksika ilə Cənubi Koreya üz-üzə gələcək. İlk turda Almaniyanı məğlub edən meksikalılar bu görüşün də favoritidir.Günün son qarşılaşmasında isə Almaniya İsveç önünə çıxacaq. Daha bir məğlubiyyət son dünya çempionunun qrupda qalmasını rəsmiləşdirəcək. Dünya çempionatı Qrup mərhələsi, II tur G qrupu 16:00. Belçika – Tunis Baş hakim: Jair Marrufo (ABŞ) Moskva. “Spartak” stadionu F qrupu 19:00. Cənubi Koreya – Meksika Baş hakim: Milorad Maziç (Serbiya) Rostov. “Rostov Arena” 22:00. Almaniya – İsveç Baş hakim: Şimon Marçinyak (Polşa) Soçi. “Fişt” stadionu.xeber100.com

İyun 23, 2018 10:07

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.Azərtac xəbər verir ki, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.xeber100.com

İyun 22, 2018 2:15

Çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək

İyunun 22-də Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək.Azərtac xəbər verir ki, Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçiriləcək turnirin birinci turunda ilk olaraq İsveçrə və Ukrayna milliləri qarşılaşacaqlar.Sonra Portuqaliya–Belarus və Almaniya–İtaliya görüşləri keçiriləcək. Birinci tura Azərbaycan-Fransa oyunu ilə yekun vurulacaq.xeber100.com

İyun 22, 2018 2:12

“Yuventus” klubu “Liverpul”un futbolçusunu heyətinə qatıb

İtaliyanın “Yuventus” klubu İngiltərə “Liverpul”un futbolçusu Emre Canı heyətinə qatıb.Azərtac klubun rəsmi “Twitter” hesabına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq Turin şəhərindədir. Türk əsilli almaniyalı oyunçunu İtaliya təmsilçisinin nümayəndələri qarşılayıblar. O, tibbi müayinədən keçdikdən sonra “Yuventus”la rəsmi müqavilə imzalayacaq.Qeyd edək ki, Emre Can 2014-cü ildən “Liverpul” klubunun formasını geyinir. Almaniya millisinin də şərəfini qoruyan oyunçu Rusiyada keçirilən dünya çempionatında zədə səbəbindən iştirak edə bilməyib.Komandanın növbəti hədəfi Rusiyanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) yarımmüdafiəçisi Aleksandr Qolovindi. “Yuventus” klubunun ilkin təklifi 17 milyon avro məbləğində olub. MOİK isə futbolçunun keçidi üçün 25 milyon avrodan aşağı məbləğə razı olmayacağını bildirib. “Yuventus” həftənin sonunda qiyməti 18 milyon avroya qaldırmaq niyyətindədir.Aleksandr Qolovin 2015-ci ildən MOİK-in şərəfini qoruyur. Keçən mövsüm Rusiya çempionatının ən yaxşı gənc oyunçusu seçilən 22 yaşlı A.Qolovin MOİK-in heyətində 43 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə verib.xeber100.com

İyun 22, 2018 2:09
    Page 504 of 830« First«...102030...502503504505506...510520530...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az