Futbol üzrə dünya çempionatının komandaları açıqlanıb

Gələn həftə start götürəcək dünya çempionatının ən dəyərli komandaları açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sıralama 32 millinin heyətində yer alan 23 futbolçunun qiymətləndirməsinə əsasən müəyyənləşib.Beləliklə, ilk pillədə Fransa millisi qərarlaşır. Didye Deşamın yetirmələrinin ümumi dəyəri 1 milyard 80 milyon avrodur. Fransızların ən dəyərli oyunçusu 120 milyon avro ilə Kilian Mbappedidir. Onu Antuan Qrizmann (100) və Poq Poqba (90) izləyir.İkinci yer İspaniyaya məxsusdur. “Buğalar”ın dəyəri 1 milyard 30 milyon avro göstərilib. Bu baxımdan 80 milyon avro ilə komandanın lideri Serxio Busketsdir. İsko və Asensio 75 milyona bərabərdir.İlk “üçlüy”ü Braziliya millisi qapayır. “Pentakampeonlar”ın ən bahalı oyunçusu Neymardı – 180 milyon. Filip Koutinyonun dəyəri isə 100 milyondur. Son dünya çempionu Almaniya 4-cü pillədə özünə yer edib. Bundestimdə Toni Kroos (80 milyon) komanda yoldaşlarını qabaqlayır. 5-ci olan İngiltərədə Harri Keynə 150, Dele Alliyə isə 100 milyon avro qiymət qoyulub.690 milyon avroluq dəyəri olan Argentinada Lionel Messi faktoru var. Neymar kimi, onun da qiyməti 180 milyon avro göstərilir. Paulo Dibala 110 milyon avro dəyərindədir. Argentina siyahıda Belçikanın ardından 7-ci sırada qərar tutub. 8-ci olan Portuqaliyanın superulduzu Kriştianu Ronaldonun dəyəri isə 100 milyon avroya bərabərdir.Mundialda bütün diqqətləri üzərinə çəkəcək oyunçulardan biri də Məhəmməd Salahdır. 23 nəfərlik Misir yığmasının ümumi dəyəri 197 milyon avrodusa, bunun 150 milyonu Salaha görədir. Yəni, Salah təkbaşına bütün komanda yoldaşlarının cəmindən 3 dəfədən də bahadır.Siyahının son pilləsində yer alan Panama 8 milyon 430 min avro ilə ölçülüb.Dünya çempionatının ən bahalı futbolçuları isə Neymar və Lionel Messidir. 180 milyonluq super ulduzları Harri Keyn, Məhəmməd Salah və Kevin De Bruyne (150) izləyir.xeber100.com

İyun 9, 2018 8:43

Beynəlxalq idman turniri keçiriləcək

İyunun 16-da Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçiriləcək.Azərtac xəbər verir ki, ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran “Mübarizlər” layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayacaqlar.Ötənilki yarışdan fərqli olaraq bu mövsümdə “Mübarizlər” layihəsində hər iki formatda iştirak edənlər üçün pul mükafatı nəzərdə tutulub. Yarışın ümumi mükafat fondu 15 min manatdır. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanacaqlar. Bundan əlavə, fəal iştirakçılar çoxlu sayda qiymətli hədiyyələrlə təltif ediləcəklər.Hər iki format üçün avtopark, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinələri və soyunub-geyinmə otaqları nəzərdə tutulub. Fiziki formasından asılı olmayaraq, yarışda arzu edən hər kəs iştirak edə bilər.Hazırda maneəli yarışlar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu yarışlar artıq klassik idman növlərini geridə qoyur. Dünyanın ən məşhur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirləri ilə ünsiyyət yaratmaq üçün gənclərə bu unikal şansdan istifadə etmək təklif olunur.Yarışda iştirak etmək üçün biletləri “Iticket” kassalarından əldə etmək mümkündür.xeber100.com

İyun 8, 2018 3:33