Serbiya yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Serbiya yığmasının dünya çempionatı üçün iştirak ərizəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mladen Krstayiç yekun siyahını açıqlayıb.44 yaşlı mütəxəssis 3 oyunçunu - Aleksandr Yovanoviç (AGF, Danimarka), Matiya Nastasiç (“Şalke”, Almaniya) və Nemanya Maksimoviçi (“Valensiya”, İspaniya) heyətdən kənarlaşdırıb.Qapıçılar: Vladimir Stoykoviç (“Partizan”), Predraq Raykoviç (“Makkabi”, Təl-Əviv, İsrail), Marko Dmitroviç (“Eybar”, İspaniya);Müdafiəçilər: Aleksandr Kolarov (“Roma”, İtaliya), Antonio Rukavina (“Vilyarreal”, İspaniya), Milan Rodiç (“Srvena Zvezda”), Branislav İvanoviç (“Zenit”, Rusiya), Uroş Spayiç (“Anderlext”, Belçika), Miloş Velkoviç (“Verder”, Almaniya), Duşko Toşiç (“Quançjou Fuli”, Çin), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya);Yarımmüdafiəçilər: Nemanya Matiç (“Mançester Yunayted”, İngiltərə), Luka Milivoyeviç (“Kristal Pelas”, İngiltərə), Marko Qruyiç (“Kardiff Siti”, Uels), Duşan Tadiç (“Sauthempton”, İngiltərə), Andriya Jivkoviç (“Benfika”, Portuqaliya), Filip Kostiç (“Hamburq”, Almaniya), Nemanya Radonyiç (“Srvena Zvezda”), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Adam Lyayiç (“Torino”, İtaliya);Hücumçular: Aleksandr Mitroviç (“Fulhem”, İngiltərə), Aleksandr Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç (“Ayntraxt”, Almaniya).Qeyd edək ki, Serbiya millisi mundialda Braziliya, Kosta-Rika və İsveçrə ilə E qrupunda mübarizə aparacaq.xeber100.com

İyun 2, 2018 12:42

“Challenge Trophy” yarışının qrup oyunları yekunlaşıb

Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışının qrup oyunları yekunlaşıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, "B" qrupunda mübarizə aparan Azərbaycan həndbolçuları Böyük Britaniya təmsilçiləri ilə üz-üzə gəliblər. Görüş rəqiblərin 29:28 hesablı minimal üstünlüyü ilə yekunlaşıb. "KSPC Mejdan"da keçirilən matçın baş hakimləri sloveniyalı Zan Puksic və Miha Satler olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Luidmila Bodnieva və avstriyalı Helmut Ville təmsil edib.Qrupun digər qarşılaşmasında isə Bosniya və Herseqovina komandası Lüksemburq kollektivini 39:14 hesabı ilə asanlıqla məğlub edib. Bu nəticələrdən sonra keçirdiyi bütün oyunlarda qələbə qazanan Bosniya və Herseqovina həndbolçuları 6 xalla qrup birincisidir. Lüksemburq 3 xalla ikinci, Böyük Britaniya isə 2 xalla üçüncüdür. Aktivində bir xal olan Azərbaycan həndbolçuları qrupda sonuncudurlar.Qeyd edək ki, "A" qrupunun komandaları arasında keçirilən görüşlərdə Belçika kollektivi Kipr həndbolçularına 27:18, Estoniya yığması Moldova millisinə 33:25 hesabı ilə qalib gəlib. Üç oyunun nəticəsinə görə, 6 xal toplayan Belçika qrupun vahid lideridir. Ondan iki xal geri qalan Estoniya ikinci yerdə qərarlaşıb (4 xal). İlk üçlüyü 2 xalla Moldova tamamlayır. Qrup sonuncusu olan Kiprin aktivində xal yoxdur.İyunun 2-də qruplarda üçüncü və dördüncü yer tutan komandalar arasında qarşılaşmalar olacaq. Çarpaz oyunlar çərçivəsində Azərbaycan həndbolçuları Moldova təmsilçiləri, Böyük Britaniya yığması Kipr millisi ilə üz-üzə gələcək. Bununla yanaşı, qruplarda ilk iki yer tutan yığmalar arasında yarımfinal oyunları da keçiriləcək. Finala gedən yolda Belçika Lüksemburqdan, Bosniya və Herseqovina isə Estoniyadan üstün olmağa çalışacaq.xeber100.com

İyun 1, 2018 2:18

Qılıncoynatma üzrə dünya çempionatı təşkil olunacaq

İyulun 19-dan 27-dək Çinin Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatı təşkil olunacaq. Mundialda Azərbaycan millisinin də iştirakı nəzərdə tutulub.Azərtac xəbər verir ki, çempionatda qılıncoynatmanın rapira, sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında 12 dəst medal sahibini tapacaq.İki mindən artıq qılıncoynadanın iştirak edəcəyi yarışa dünyanın titullu idmançılarının qatılacağı gözlənilir.İndiyədək Usi şəhəri atıcılıq üzrə dünya kuboku, beynəlxalq veloyürüş, gənclər arasında kamandan oxatma üzrə dünya çempionatı, həndbol üzrə beynəlxalq turnir və marafona ev sahibliyi edib.Usi bələdiyyəsinin idman bürosunun direktoru Janq Honq dünya çempionatının bu şəhərdə keçirilməsini böyük uğur kimi dəyərləndirib. Qeyd edib ki, Usi bir çox beynəlxalq idman yarışları və mədəni tədbirlərə ev sahibliyi edib. İlk dəfədir ki, belə irimiqyaslı turnirə ev sahibliyi edəcəyik. Bu, Usinin turizm potensialının təbliği istiqamətində uğurlu addım olacaq.Çinin Usi şəhəri 2015-ci ilin noyabrında Beynəlxalq Qılıncoynatma Federasiyasının iclasında dünya çempionatını keçirməyə ev sahibi seçilib. Belə ki, Usi səslərin 69-nu toplayaraq Yaponiyanın Fukuoka şəhərini üstələyib.Qılıncoynatma üzrə Olimpiya çempionu çinli Ley Şen ölkəsinin yenidən dünya çempionatına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. “Son 10 ildir dünya çempionatlarında iştirak edirəm. 2016-cı il dünya çempionatı istisna olmaqla, yarışlar Avropada təşkil olunurdu. Sevindirici haldır ki, 10 ildən sonra Çin yenidən dünya çempionatına ev sahibliyi edəcək”, - deyə çinli qılıncoynadan əlavə edib.“London-2012” Yay Olimpiya Oyunlarının, Asiya Oyunlarının və dünya çempionatının ikiqat qalibi iyulda təşkil olunacaq mundiala ciddi hazırlaşdığını diqqətə çatdırıb.Qeyd edək ki, ötən il dünya çempionatına Almaniyanın Leypsiq şəhəri ev sahibliyi edib. Yarışda 14 ölkədən idmançılar mükafatçılar sırasında yer alıblar. Ən çox medalı İtaliya millisi qazanıb – 4 qızıl, 1 gümüş və 4 bürünc.xeber100.com

İyun 1, 2018 1:14

Futbol üzrə Çempionlar Liqasının finalında

Futbol üzrə Çempionlar Liqasının finalında İngiltərənin “Liverpul” komandasının və Misir yığmasının hücumçusu Məhəmməd Salahın zədələnməsinə səbəb olan Madridin “Real” klubunun müdafiəçisi Serxio Ramosu və onun ailə üzvlərini ölümlə hədələyirlər.Azərtac bu barədə Cope.es saytına istinadla xəbər verir.Ramosla mübarizədə Məhəmməd Salahın çiyin oynağının bağları zədələnib və o, mayın 26-da Kiyevdə keçirilən final oyununun 31-ci dəqiqəsində meydanı tərk etməyə məcbur olub. Nəticədə İngiltərə klubu rəqibinə 1:3 hesabı ilə uduzub.Ramosun həmin epizoddakı hərəkəti mətbuatda və sosial şəbəkələrdə qəzəb dalğası yaradıb. Qahirədə minə yaxın azarkeş İspaniya səfirliyinin qarşısında aksiya keçirib. Hadisədən sonra Ramos və ailəsi ölümlə təhdid edilməyə başlayıb və nəticədə futbolçu və yaxınları telefon nömrələrini dəyişməyə məcbur olub.Salahi zədələdiyinə görə Ramosu cəzalandırması üçün FIFA və UEFA-ya tələbin yer aldığı petisiyanı gün ərzində 300 mindən çox insan imzalayıb. Həmçinin misirli vəkil Bassem Vahba ispaniyalı müdafiəçiyə qarşı 1 milyard avro həcmində iddia qaldırıb.Mayın 30-da Misirin Futbol Assosiasiyası Salahın zədəsinin sağalması üçün təxminən üç həftə lazım gələcəyini və onun iyunun 14-də Rusiyada start götürəcək futbol üzrə dünya çempionatında oynaya biləcəyini bildirib. Misir yığması qrup mərhələsində ev sahibi Rusiya, həmçinin Uruqvay və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.xeber100.com

İyun 1, 2018 12:51