08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Triatlon Federasiyasının məlumatına görə…

Azərbaycan Triatlon Federasiyasında (ATF) “BakuTriClub”un üzvləri ilə görüş keçirilib.ATF-dən Azərtac-a bildiriblər ki, görüşdə Azərbaycan idmançılarının da iştirak edəcəkləri “Ironman” üzrə qarşıdakı yarışlara hazırlıq məsələləri müzakirə olunub. İdmançılarımızdan Firdovsi Kərimov iyunun 17-də Astanada keçiriləcək “Ironman 70.3” turnirində iştirak edəcək. İyulun 8-də isə idmançılarımız Almaniyada təşkil olunacaq “Ironman” üzrə Avropa çempionatında mübarizə aparacaqlar. Firdovsi Kərimov və digər triatlonçumuz Aleksandr Parxomovski Frankfurtda keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.Federasiyanın prezidenti Azər Məhərrəmov idmançılara uğurlar arzulayıb.Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılıb.xeber100.com

May 25, 2018 2:29

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatında

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının rəsmi mahnısı ictimaiyyətə təqdim olunub.Azərtac xəbər verir ki, “Live It Up” adlanan mahnını tanınmış aktyor amerikalı Uill Smit, həmyerlisi Niki Cem və albaniyalı müğənni Era İstrefi ifa ediblər. Mahnının klipi artıq “YouTube” sosial şəbəkəsində yayımlanıb. Bu mahnı futbol üzrə XXI dünya çempionatının iyunun 15-də Moskvada “Lujniki” stadionunda keçiriləcək açılış mərasimində ifa olunacaq.Dünya çempionatı oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.xeber100.com

May 25, 2018 2:26

Yığma komandalar arasında yoldaşlıq oyunu keçirilib

“Dalğa Arena”da 20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Makedoniya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.Azərtac xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Kamran Əliyev vurub.xeber100.com

May 25, 2018 2:17

Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək

Mayın 26-da qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək. İlk iki matçda qalib gələn Azərbaycan millisi üçüncü cəhdində Bolqarıstan yığması ilə üz-üzə gələcək.Azərtac xəbər verir ki, mayın 26-da Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu Aleksandros Milonakis (Yunanıstan) və Çavdar Marev (Bolqarıstan) idarə edəcəklər.Millimizin yer aldığı qrupun digər görüşündə isə Portuqaliya millisi Ukrayna yığmasını qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.xeber100.com

May 25, 2018 2:14

“Səbail” futbol klubu iki futbolçu ilə yollarını ayırıb

“Səbail” klubu iki futbolçu ilə yollarını ayırıb.Azərtac kluba istinadla xəbər verir ki, Faruk Miya və Yevgeni Koçukun icarə müqaviləsinin müddəti başa çatdığı üçün öz komandalarına qayıdıblar.Hər iki futbolçu Premyer Liqanın 12 oyununda “Səbail”in heyətində iki qol vurub.Qeyd edək ki, Yevgeni Koçuk komanda yoldaşlarının və məşqçi heyətinin rəyinə əsasən, “Mövsümün ən yaxşı oyunçusu” seçilib.xeber100.com

May 25, 2018 2:12

“Sumqayıt” futbol klubu transfer çalışmalarını davam etdirir

“Sumqayıt” futbol klubu 2018/2019-cu il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komanda kapitan Vurğun Hüseynovun ardından daha bir futbolçu ilə müqavilə müddətini uzadıb.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Cavid Tağıyev daha bir mövsüm “Sumqayıt”ın uğurları üçün çalışacaq.Qeyd edək ki, C.Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub.xeber100.com

May 25, 2018 1:52

Dama üzrə beşinci Avropa çempionatı keçirilib

Polşanın Nidzitsa şəhərində xüsusi qrup insanlar arasında dama üzrə beşinci Avropa çempionatı keçirilib.Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçisi, beynəlxalq usta Pərviz Həsənov mötəbər turnirdə uğura imza atıb. Damaçımız İsveçrə sistemi ilə keçirilən yarışda 7 tura 11 xal toplayaraq ilk dəfə Avropa çempionu adını qazanıb. Bundan əlavə, idmançımız rapid (sürətli proqram) turnirində də 1-2-ci yerləri bölüşərək yüksək ada layiq görülüb.xeber100.com

May 24, 2018 9:00

Qızıl Avropa Liqasının ikinci görüşündə…

Mayın 23-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ikinci görüşündə Portuqaliya yığmasına qalib gələrək mötəbər turnirdə növbəti qələbəsini qazanıb.Azərtac xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.Türkiyəli baş hakim Saadettin Denerin idarə etdiyi görüşə daha fəal başlayan portuqaliyalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 26:24. Lakin ilk görüşdə olduğu kimi bu oyunda da yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:17, 25:14 və 25:17 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa vurub. Beləliklə, görüş voleybolçu qızlarımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “A” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk turda Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.Azərbaycan millisi növbəti oyununu mayın 26-da səfərdə Bolqarıstana qarşı keçirəcək.Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.xeber100.com

May 24, 2018 8:56

U-13 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub

AFFA-nın təşkil etdiyi futbol üzrə U-13 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, Binə stadionunda keçirilən final oyununda “Neftçi” və “Qəbələ” komandaları qarşılaşıblar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” U-13 Liqasının qalibi olub. Üçüncü yeri isə “Səbail” komandası tutub.Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, baş katibin müavini Sərxan Hacıyev təqdim ediblər.“Füzuli” komandasının üzvü Azər Tağıyev liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu “Qəbələ” komandasında çıxış edən Eşqin Əhmədov, ən yaxşı qapıçısı Məmməd Muradov (“Qəbələ”) seçilib. “Fair play” mükafatına isə “Neftçi” komandasının futbolçusu Ramiz Muradov layiq görülüb.Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif ediliblər.Sonda “Qəbələ” komandasına kubok təqdim olunub.xeber100.com

May 24, 2018 8:54

U-20 millisi makedoniyalı həmyaşıdları ilə qarşılaşacaq

Mayın 24-də və 27-də 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Makedoniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik.Azərtac xəbər verir ki, Makedoniya yığmasının Bakıya gələn heyətinə 1998/1999-cu il təvəllüdlü futbolçular daxil olunub. Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandası arasında keçiriləcək.xeber100.com  

May 24, 2018 8:49
    Page 516 of 831« First«...102030...514515516517518...530540550...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az