11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə yoldaşlıq oyunu keçirilib

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib.Azərtac xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2.Yığmamızın yeganə qolunu Sona Rəhimova vurub.Komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.xeber100.com

May 23, 2018 11:09

“Challenge Trophy” yarışı keçiriləcək

Mayın 29-dan iyunun 3-dək Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü həndbolçu qızlar arasında “Challenge Trophy” yarışı keçiriləcək.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, Avropa ölkələri arasında keçirilən çempionatda 8 dövlətdən həndbolçular iki qrupda yarışacaqlar.Azərbaycan təmsilçiləri Böyük Britaniya, Bosniya və Herseqovina və Lüksemburq milli komandaları ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Estoniya, Moldova, Belçika və Kipr yığmaları isə “A” qrupunda yer alıblar.Qrup oyunları mayın 29-dan 31-dək keçiriləcək. İyunun 2-də yarımfinal, bir gün sonra isə final matçları oynanılacaq.Xatırladaq ki, 2002-ci ildə Bakıda qadınlar arasında keçirilən həmin yarışda Azərbaycan həndbolçuları qızıl medallara sahib olublar.xeber100.com

May 23, 2018 11:07

Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib

Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.Azərtac xəbər verir ki, yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında keçirilən toplanışda 15 boksçu iştirak edir. Hazırlığın ilk mərhələsi iyunun 5-dək davam edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda əsasən fiziki məşqlərə üstünlük verilir.Bununla da avqustda Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının hazırlığı başlayıb.xeber100.com

May 23, 2018 10:56

“Mançester Yunayted” klubu transferlər üçün 250 milyon avro ayıracaq

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun istəyi əsasında yay transferləri üçün 250 milyon avro ayrılacaq.“Mirror” nəşri xəbər verir ki, baş məşqçi növbəti mövsüm Çempionlar Liqasında və İngiltərə Premyer Liqasında mübarizə aparmaq üçün ən azı 5 yeni futbolçu istəyir. Portuqaliyalı mütəxəssisin transfer siyahısında Tobi Alderveyreld (“Tottenhem), Fred (“Şaxtyor”), Jorjinyo (“Napoli”) və Jan-Mişel Şerinin (“Nitse”) adı var. “Yuventus”un müdafiəçisi Aleks Sandro isə yaxın vaxtlarda “qırmızı şeytanlar”la razılaşa bilər. Həmçinin ingilislər “Real Madrid” klubunun oyunçusu Qaret Beyli sıralarına qatmaq niyyətindədirlər.xeber100.com

May 23, 2018 10:49

Gimnastika üzrə beynəlxalq turnir keçirilib

Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, yeniyetmələr proqramında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərqlənib. Belə ki, gimnastımız dayaqla tullanma proqramında 12.450 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb.Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.xeber100.com

May 23, 2018 10:46

“Football Italia”nın məlumatı əsasında…

Fransanın PSJ futbol klubu qapıçı Canluici Buffon ilə mayın 23-də müqavilə imzalayacaq.“Football Italia” xəbər verir ki, 40 yaşlı qapıçı ilə ikiillik müqavilə imzalanacaq. Futbolçu son 17 mövsümü “Yuventus”un heyətində keçirib. İtaliya millisinin sabiq qapıçısı Turin klubunun heyətində 9 dəfə İtaliya çempionatını, dörd dəfə İtaliya Kubokunu, beş dəfə isə ölkənin super kubokunun sahibi olub.Buffon Çempionlar Liqasının finalında (2003-cü, 2015-ci, 2017-ci il) üç dəfə oynayıb, lakin heç vaxt kuboku qazanmayıb. İtaliya çempionatında keçirilən oyunların sayına görə, yalnız Paolo Maldinidən geri qalaraq ikinci yerdədir (640). İtaliya A seriyasında 2015/2016-cı il mövsümündə ən çox qapısını toxunulmaz saxlayan (974 dəqiqə) qapıçı kimi tarixə düşən Buffon, həmçinin iki dəfə UEFA versiyası ilə ilin oyunçusu seçilib.xeber100.com

May 22, 2018 1:04

Topaz Premyer Liqasında sonuncu turun oyunu keçirilib

Mayın 21-də Topaz Premyer Liqasında sonuncu turun oyunu keçirilib.Azərtac xəbər verir ki, “Azərsun Arena”da baş tutan oyunda çempionluğunu vaxtından əvvəl təmin etmiş "Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Çempionatın iki liderinin qarşıdurmasında ağdamlılar 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 22-ci dəqiqədə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.Beləliklə, yekun turnir cədvəlində “Qarabağ” 65 xalla birinci, “Qəbələ” 49 xalla ikinci, “Neftçi” isə 46 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (44), “Sumqayıt” (40), “Keşlə” (31), “Səbail” (23) və “Kəpəz” (14) klubları yer alıb.“Qarabağ” - “Qəbələ” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. "Qarabağ"a qızıl, "Qəbələ"yə gümüş, "Neftçi" klubuna isə bürünc medallar təqdim olunub.xeber100.com

May 22, 2018 1:01

Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 5-də Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətə Kamran Ağayev (“Keşlə”), Anar Nəzirov(“Zirə”), Səlahət Ağayev (“Neftçi”), Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda, Ramil Şeydayev, Mahir Mədətov(hamısı “Qarabağ”), Ruslan Abışov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Ruslan Qurbanov, Ürfan Abbasov, Cavid Hüseynov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı “Qəbələ”), Cavid İmamverdiyev, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Rahil Məmmədov(“Səbail”), Slavik Alxasov (“Keşlə”), Araz Abdullayev (“Anortosis”, Kipr), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Dimitriy Nazarov (“Erzgebirge Aue”, Almaniya) və Ufuk Budak (“Samsunspor”, Türkiyə) dəvət olunub.xeber100.com

May 22, 2018 12:59

Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək

Mayın 23-də qadın voleybol komandaları arasında Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan yığması Portuqaliya millisini qəbul edəcək.Azərtac xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər.Qrupumuzun digər görüşündə isə Bolqarıstan və Ukrayna yığmaları bir-birini sınağa çəkəcək.Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.xeber100.com

May 22, 2018 12:49

U-10 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub

Bayıl stadionunda AFFA-nın U-10 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, final oyununda “Qəbələ” və “Keşlə” komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən “Keşlə” komandası (4:2) liqanın qalibi olub. Üçüncü yeri “Vətən” komandası tutub.Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.U-10 Liqasının bombardiri Lorenzo Mezettero (“Neftçi”) olub. “Qəbələ”dən Ayxan Əmiraslanlı liqanın ən yaxşı futbolçusu, “Keşlə”dən Elbrus Kərimov ən yaxşı qapıçı seçilib. “Fair play” mükafatına isə “Keşlə”nin oyunçusu Tunar Rzayev layiq görülüb.xeber100.com

May 22, 2018 12:47
    Page 518 of 831« First«...102030...516517518519520...530540550...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az