11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb

Almaniyanın paytaxtı Berlində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar.Azərtac xəbər verir ki, turnirdə 90 kiloqram çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Toğrul Salmanov (90 kq-dan yuxarı) Berlində bürünc medala layiq görülüb.Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verib.xeber100.com

Aprel 9, 2018 1:26

Taekvondo üzrə lisenziya turnirinə yekun vurulub

Tunisdə təşkil olunan taekvondo üzrə lisenziya turnirinə bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, Hammamet şəhərində iki gün davam edən turnirdə iştirak edən Olimpiya yığmamız ölkəmizə növbəti lisenziyanı qazandırıb.Belə ki, Argentinada baş tutcaq gənclərin Olimpiyadasına 44 kq şəki dərəcəsində mübarizə aparan xanım taekvondoçumuz, yeniyetmələr arasında I dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibi (2018) və müxtəlif turnirlərin mükafatçısı Minayə Əkbərova yollanacaq.Qeyd edək ki, bir gün fasilədən sonra (9 aprel) startı veriləcək dünya birinciliyində baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Nihat Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karghara (52 kq) şans verəcək.xeber100.com

Aprel 8, 2018 12:10

Avropanın 442 komandasının yer aldığı cədvəldə

Avrokubokların 1/4 final mərhələsinin ilk oyunları başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu raundda əsasən qitənin güclüləri meydana çıxdığından dəyişikliklər də məhz ön sıralarda qeydə alınıb.Düzdü, İtaliya, İspaniya, Almaniya və İngiltərə təmsil edən, lakin liderlərdən çox uzaq olan komandaların da mövqeyində müəyyən dəyişikliklər yaşanıb. Lakin bunlar klubların öz əmsalı deyil, ölkə reytinqinə görə gerçəkləşib.Siyahının ilk “onluğ”unda da yerdəyişməyə təsadüf olunub. “Arsenal” Dortmund “Borussiya”sını arxada qoyub və 9-cu sıraya yüksəlib.Avropanın 442 komandasının yer aldığı cədvəldə Azərbaycan təmsilçiləri də var. Ən yaxşı klubumuz “Qarabağ”dı. Cari mövsümdə Çempionlar Liqasının qrupuna qədər irəliləyən Qurban Qurbanovun yetirmələri 73-cü sıraya şərikdi. Ağdam klubu 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Təmsilçimizin göstəricisi BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eynidi.Ölkəmizin digər klublarından “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdi.Qeyd edək ki, hesabında 155,000 xal olan “Real” siyahıya başçılıq edir.xeber100.com

Aprel 7, 2018 3:37

Avropa Liqasının ilk oyunları çərçivəsində

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən 4 qarşılaşmadan sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yalnız siyahının ilk 4 pılləsində qərarlaşan ölkələr xal hesablarını artıra biliblər.İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin hərəyə 1 qələbə qazanması onların mövqelərini möhkəmlədib. Rusiya, Fransa, Avstriya və Portuqaliya isə lider fərqinin nə olduğuna şahid olub. Nəticədə cədvəldə heç bir dəyişiklik olmayıb.Azərbaycan cari mövsüm 4,375 xal qazanıb. Son 5 ilin nəticələrinə görə 19,125 xala malik ölkəmiz 23-cü yerdədi.Qeyd edək ki, avrokuboklara başlayan 55 ölkədən yalnız 8-i 1/4 finalda təmsil olunur.xeber100.com

Aprel 7, 2018 3:25

Milli Antidopinq Agentliyi müsabiqə elan edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 aprel - Ədalətli İdman Gününə həsr olunmuş müsabiqə elan edib.Azərtac AMADA-ya istinadla xəbər verir ki, müsabiqə iki kateqoriya üzrə keçiriləcək. Jurnalistlər müsabiqəyə esse və şəkil (komiks, rəsm əsəri, qrafik dizayn, karikatura, illüstrasiya) ilə qatıla bilərlər. Nümunələr aprelin 8-dək müsabiqəyə təqdim olunmalıdır.Aprelin 10-da hər kateqoriya üzrə üç qalib elan ediləcək. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.xeber100.com

Aprel 6, 2018 3:06

UEFA Avropa Liqasının final mərhələsində

Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.Azərtac xəbər verir ki, bütün oyunlarda meydan sahibləri sevinən tərəf olublar. İngiltərənin “Arsenal” klubu doğma meydanda Rusiyanın MOİK komandasını böyük hesabla (4:1) məğlub edib.Madridin “Atletiko” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.Günün digər matçlarında “Leypsiq” (Almaniya) “Marsel”i (Fransa) 1:0, “Latsio” (İtaliya) isə “Zalsburq”u (Avstriya) 4:2 hesabları ilə məğlubiyyətə uğradıblar.xeber100.com

Aprel 6, 2018 2:44

“Milan” futbol klubu yeni müqavilə imzalayıb

İtaliyanın “Milan” klubu baş məşqçisi Cennaro Qattuzo ilə müqavilənin müddətini uzadıb.Azərtac xəbər verir ki, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub.2017-ci ilin noyabrında “Rossonyerlər”in baş məşqçisi vəzifəsinə gətirilən “Milan”nın əfsanəvi yarımmüdafiəçisi daha 3 il bu postda qalacaq.Qattuzonun rəhbərliyi altında “Milan” 13 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Hazırda “Milan” A seriyasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.Komandasını İtaliya kubokunun finalına çıxarmağı bacaran mütəxəssis “Milan”da xoşbəxt olduğunu bildirib.xeber100.com

Aprel 6, 2018 2:36

Sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək

Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, dünya kuboku yarışlarında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisi yarışın keçiriləcəyi ABŞ-a çatıb. Komandamız mötəbər yarışa ev sahibliyi edən Ayova şəhərində ilk məşqinə çıxıb.Baş məşqçi Firdovsi Umudov milli üzvlərinin son hazırlığına rəhbərlik edib, onlara önəmli tapşırıqlarını verib. Aprelin 7-də start götürəcək dünya kubokunda ölkəmizi Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.Yığmamız turnirdə “B” qrupunda Qazaxıstan, Kuba və Monqolustanla mübarizə aparacaq. “A” qrupunda isə ABŞ, Yaponiya, Gürcüstan və Hindistan güləşçiləri yarışacaqlar.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.xeber100.com

Aprel 6, 2018 2:34

Türk Universiadasına start verilib

Bakıda Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan idmançılarının iştirakı ilə birinci Türk Universiadasına start verilib.Azərtac xəbər verir ki, Universiadanın proqramına daxil olan stolüstü tennis yarışları aprelin 7-9-da “Şüa” İdman Sağlamlıq Kompleksində təşkil olunacaq.Stolüstü tennis yarışlarının ilk günündə kişi və qadınlardan ibarət komandamız Qırğızıstan, ikinci günündə isə Türkiyə millisi ilə qarşılaşacaq. Daha sonra turnir şəxsi yarışlar ilə davam edəcək.Turnirə aprelin 10-da yekun vurulacaq.xeber100.com

Aprel 6, 2018 2:16

“UEFA Pro licence Student exchange” adlı seminar davam edir

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar davam edir.Azərtac xəbər verir ki, aprelin 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edirlər.Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nikolas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq məlumatlar verib.xeber100.com

Aprel 6, 2018 1:32
    Page 540 of 831« First«...102030...538539540541542...550560570...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az