08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Pauerliftinq üzrə Avropa çempionatı keçirilib

Fransanın Berk-sur-Mer şəhərində paralimpiyaçı idmançılar arasında pauerliftinq üzrə Avropa çempionatı keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə yığmasının üzvü Aytən Bağırova 52 kiloqramlıq nəticə ilə bürünc medal qazanıb.xeber100.com

May 29, 2018 11:54

Milli komandalar arasında yoldaşlıq oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.Azərtac xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə edəcəklər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyık olacaq. Ona həmyerliləri Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək. Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.xeber100.com

May 29, 2018 11:50

“Liverpul” klubu “Monako”nun yarımmüdafiəçisi ilə müqavilə imzalayıb

İngiltərənin “Liverpul” klubu “Monako”nun braziliyalı yarımmüdafiəçisi Fabinyo ilə müqavilə imzalayıb.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, transferin məbləği 50 milyon avrodur. Fabinyo rəsmi olaraq iyulun 1-də “Liverpul”un stadionu “Enfil”də təqdim olunacaq. Futbolçu 2015-ci ildə “Rio Ave” komandasından “Monako”ya transfer olunmuşdu.“Mən bu klubun tarixinin bir hissəsi olmaq üçün böyümək, öyrənmək, və inkişaf etməyə çalışacağam. Belə bir böyük tarixə malik olan klubun təklifini çox düşünmədim. Çox xoşbəxtəm ki, “Liverpul” mənimlə maraqlandı”, – deyə Fabinyo bildirib.xeber100.com  

May 29, 2018 11:46

Milli komandanın futbolçusu karyerasını “Mattersburq”da davam etdirəcək

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.Azərtac xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını Avstriya Bundesliqasında çıxış edən “Mattersburq”da davam etdirəcək. Bu barədə klub prezidenti Martin Puxer açıqlamasında məlumat verib. Avstriya mətbuatı gənc hücumçunu “Zalsburq”a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. “Mattersburq” cari mövsümdə Bundesliqanı 36 oyunda 46 xal yığaraq 6-cı pillədə başa vurub.Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında “Trabzonspor”la dördillik müqavilə bağlayıb. O, 2017-ci ilin yanvarında Slovakiyanın “Zilina”, ötən ilin yayında isə “Qarabağ” klubuna icarəyə verilib. R.Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.xeber100.com

May 29, 2018 11:35

Azərbaycan kubokunun final matçı keçiriləcək

Bu gün Azərbaycan kubokunun final matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulacaq.Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşacaq. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyacaq.Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə “Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul ola bilər. Doğma meydanda nominal qonaq olacaq “Qəbələ” isə I dəstə çempionluğu sayılmasa, tarixinin ilk titulunu əldə etməyə iddialıdı. Görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirəcək. Bakılılar Avropaya yollanmaq üçün mütləq kubok qazanmalıdır,“Qəbələ” isə artıq avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu qalib gəlsə, qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz “Zirə” olacaq.xeber100.com

May 28, 2018 11:43

2017/18 mövsümünün rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında 2017/18 mövsümünün rəmzi komandası açıqlanıb.Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi siyahıda 18 futbolçu yer alıb.“18-lik”dən səkkizi yarışın qalibi “Real”ın üzvləridir.Qapıçılar: Keylor Navas (“Real”), Alisson bekker (“Roma”);Müdafiəçilər: Serxio Ramos, Marselo, Rafael Varan (hamısı “Real”), Coşua Kimmix (“Bavariya”), Corcio Kyellini (“Yuventus”), Virgil van Diyk (“Liverpul”);Yarımmüdafiəçilər: Kazemiro, Luka Modriç, Toni Kroos (hamısı “Real”), Kevin de Bruyne (“Mançester Siti”), Xames Rodriges (“Bavariya”);Hücumçular: Kriştianu Ronaldo (“Real”), Məhəmməd Salah, Roberto Firmino (hər ikisi “Liverpul”), Edin Dzeko (“Roma”), Lionel Messi (“Barselona”).xeber100.com

May 28, 2018 11:38

2017/18 mövsümünün final oyunu keçirilib

Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.Ardıcıl iki il Avropanın ən güclüsü olan "kral klubu" bu dəfə də rəqibinə şans verməyib. Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Benzema fərqlənib.Bundan 5 dəqiqə sonra Mane hesabda tarazlıq yaradıb."Real"ın baş məşqçisi Zidanın etdiyi dəyişiklik isə matça damğasını vurub. Sonradan oyuna daxil olan Beyl iki qol vuraraq komandasına qələbə qazandırıb. UEFA Çempionlar Liqası Final 26 may “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 3:1 Qollar: Benzema, 51, Beyl, 64, 83 - Mane, 55 Baş hakim: Milorad Maziç (Serbiya).xeber100.com

May 27, 2018 1:53

Çempionlar Liqasında final oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək.Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gələcək.Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən “kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan “qırmızılar”.12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan “kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədirsə, ÇL-in beşqat qalibi “Liverpul” möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.Rəqibindən fərqli, “Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə ucbatından meydana çıxa bilməyəcək. UEFA Çempionlar Liqası Final 26 may 22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) Baş hakim: Milorad Maziç (Serbiya) Kiyev, Olimpiya stadionu.xeber100.com

May 26, 2018 9:02

“Le Monde” qəzeti yazır…

İsveçrə prokurorluğu UEFA-nın sabiq prezidenti Mişel Platini üzərindən korrupsiya ittihamını geri götürüb.Apa-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib.Qərara dəlil-sübutların yetərincə olmadığı göstərilib.Qeyd edək ki, Mişel Platini 2016-ci il, sentyabrın 14-də UEFA prezidenti postunu tərk edib.UEFA-nın keçmiş prezidenti M. Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatterin FİFA-nın etika üzrə Komitəsi tərəfindən futbol sahəsində fəaliyyətdən uzaqlaşdırılması pul köçürməsi ilə bağlıdır. J. Blatter 2011-ci ildə, FİFA prezidenti olduğu dönəmdə FİFA-nın hesabından M. Platininin hesabına 2 milyon İsveç frankı köçürüb. Komitə J. Blatterin M. Platini ilə şifahi razılaşma əsasında bu pul köçürməsinin həyata keçirildiyi barədə sözlərini inandırıcı saymayıb. J. Blatter və M. Platini həmçinin FİFA-nın etika kodeksinin bir sıra bəndlərini pozmaqda günahkar sayılıblar.xeber100.com

May 26, 2018 8:54

UEFA Çempionlar Liqasının final oyununda

Mayın 24-də gecə saatlarında Kiyevdə maskalı şəxslərdən ibarət 20 nəfərlik qrup UEFA Çempionlar Liqasının final oyununa baxmaq üçün Ukrayna paytaxtına gələn “Liverpul” klubunun azarkeşlərinə hücum ediblər.Azərtac-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, qarşıdurma Kiyev restoranlarının birində baş verib. Maskalılar “Liverpul” azarkeşlərinə stol və stulları atmağa başlayıblar. Nəticədə ingilis azarkeşləri başdan və boğazdan ciddi xəsarət alıblar.Polis hücum edənlərdən ikisini və “Liverpul” azarkeşlərindən birini saxlayıb. İngiltərəli azarkeşlər polisə şikayət ərizəsi yazmaqdan imtina ediblər.xeber100.com

May 25, 2018 2:31
    Page 515 of 831« First«...102030...513514515516517...520530540...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az