TASS agentliyinin məlumatına görə…

Tolmaçevo aeroportunun (Novosibirsk) mətbuat xidmətindən verilən məlumata görə, Futbol üzrə Dünya Çempionatının qızıl kuboku cümə günü Novosibirskə gətirilib.2018-ci ildə bu kubokun Rusiya boyunca marşrutunda Novosibirsk Vladivostokdan sonra ikinci dayanacaq olacaq. TASS agentliyi bildirir ki, kubokun marşrutunda növbəti dayanacaqlar Yekaterinburq, Samara, Kazan, Nijni Novqorod, Rostov-Don, Sankt-Peterburq və Moskva şəhərləri olacaq.Məlumatda deyilir: “Bu gün Tolmaçevo aeroportu futbol üzrə Dünya Çempionatı kubokunu Novosibirskə çatdırmış təyyarəni qəbul edib.Xalis qızıldan hazırlanmış, kütləsi 6,142 kq olan kubok mayın 5-də və 6-da Novosibirskdəki Mixaylovskaya sahil küçəsində nümayiş etdiriləcək.Novosibirsk meriyası bildirir: “Arzu edən hər kəs bu əfsanəvi kuboku öz gözləri ilə görə və onunla yanaşı xatirə fotoşəkli çəkdirə bilər. Buraya gələnlərin əyləncəli proqramda iştirak etmək və futbol dünyasında ən geniş əhatəli hadisənin intizarla gözləndiyi bayram ab-havasını hiss etmək imkanı da olacaq”.Dünya kubokunun ilk belə “səyahəti” 2016-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində baş tutub. Bu il kubok 50 ölkəni gəzəcək, lakin Rusiyada daha çox dayanacaq edəcək”. 123 gün ərzində kubok 26 min məsafə qət edəcək, Vladivostokdan Kalininqrada qədər Rusiyanın 24 şəhərində olacaq. Turun milli hissəsi iki mərhələyə bölünüb. 2017-ci ildə kubok 15 şəhərdə olub, bu il isə may ayından turnirə start verilənə qədər daha doqquz şəhərdə olacaq və sonda Moskvada dayanacaq.xeber100.com

May 4, 2018 2:44

UEFA Avropa Liqasında cavab görüşləri keçiriləcək

Mayın 3-də futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. İspaniyanın “Atletiko” klubu İngiltərənin “Arsenal”, Avstriyanın “Zalsburq” klubu isə Fransanın “Marsel” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, “Atletiko” və “Arsenal” komandalarının arasında ilk oyunda Londonda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Səfərdə 80 dəqiqə azlıqda oynamasına baxmayaraq, lazımi nəticəni qazanmağı bacaran Dieqo Simeonenin yetirmələri üstünlüyü əldən vermək istəmirlər. İspanlara hətta qolsuz bərabərlik də sərf edəcək. “Arsenal” səfərdə oynamasına baxmayaraq, hər hansı minimal hesablı qələbə Arsen Vengerın yetirmələrinə finala vəsiqə qazandıracaq. “Atletiko”nun heyətində ilk oyunda qırmızı kart alan Şime Vrsalko cəzalı olduğundan oyunu buraxmalı olacaq.Bakı vaxtı ilə saat 23:05-də başlayacaq oyunu italiyalı baş hakim Canluka Rokki idarə edəcək.Avropa Liqasında mövsümün sürprizi hesab olunan Avstriyanın “Zalsburq” klubu bu dəfə çətinliklə üzləşib. Fransada “Marsel”dən iki cavabsız qol buraxan avstriyalılar doğma meydanda ən azı 3 cavabsız qol vurmalıdır. Fransızlara isə hər hansı bir heç-heçə və minimal məğlubiyyət sərf edir.Bakı vaxtı ilə saat 23:05-də başlayacaq oyunu rusiyalı Sergey Korosyov idarə edəcək.xeber100.com

May 3, 2018 1:28