Formula 1 Qran-Prisinin əsas mərhələsinə start verilib

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib.Apa-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən açılış mərasimi maraqlı anları ilə yadda qalıb. Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib. Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayıb.Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayanıblar.Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.xeber100.com

Aprel 29, 2018 2:54

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib

Aprelin 26-da UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Azərtac xəbər verir ki, bu mərhələnin daha maraqla gözlənilən matçı Londonda “Arsenal” ilə “Atletiko” klubları arasında oynanılıb.Oyunun birinci hissəsi gərgin idman mübarizə şəraitində keçsə də, hesab açılmayıb, lakin maraqlı hadisələrlə yadda qalıb. Matçın 10-cu dəqiqəsində isə “Atletiko”nun futbolçusu Vrsaljko meydandan qovulub. Bir qədər sonra isə hakimə kəskin etiraz etdiyinə görə qonaqların baş məşqçisi Simeone texniki zonadan uzaqlaşdırılıb.Oyunda hesab 61-ci dəqiqədə açılıb. “Arsenal”ın fransalı hücumçusu Aleksandr Lakazet başla topu rəqib qapısından keçirib - 1:0. Qoldan sonra meydan sahiblərinin hesabı artırmaq üçün bir sıra imkanları olsa da, bunlardan yararlana bilməyiblər. Əvəzində isə daha çox əks-hücumlara üstünlük verən ispanlar oyunun bitməsinə səkkiz dəqiqə qalmış istəklərinə çatıblar. Antuan Qrizman adını tabloya yazdırıb - 1:1.Beləliklə, görüş heç-heçə başa çatıb.Yarımfinal mərhələsinin digər oyunu isə Fransada keçirilib. “Marsel” klubu Avstriyanın “Zalsburq” kollektivini qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Florian Tauvən və Klinton NJie fərqləniblər.Yarımfinal mərhələsinin cavab oyunları mayın 3-də keçiriləcək.xeber100.com

Aprel 27, 2018 12:35