08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Liverpul” futbol klubu Çempionlar Liqasında

“Liverpul” futbol klubu Çempionlar Liqasında bir mövsümdə “məhsuldarlıq” göstəricisi üzrə rekord müəyyən edib.Azərtac xəbər verir ki, Yurgen Kloppun komandası “Roma” ilə cavab matçında iki qol vurub.Beləliklə, Çempionlar Liqasında cari mövsümün 14 matçında “qırmızılar”ın vurduğu qolların sayı 46-ya çatıb. Bu, həm turnirin, həm də ümumiyyətlə Avropa Kuboklarının tarixində ən yaxşı nəticədir.Çempionlar Liqasında bundan əvvəlki “məhsuldarlıq” rekordu “Barselona”ya məxsus idi. Bu komanda 1999-2000-ci illər mövsümündə 16 matçda 45 top vurmuşdu.xeber100.com

May 3, 2018 1:09

Futbol üzrə yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma saat 20:00-da başlayacaq.xeber100.com

May 2, 2018 2:01

Həndbol üzrə beynəlxalq turnir keçiriləcək

Mayın 9-dan 11-dək Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda Azərbaycan və Gürcüstanın kişi həndbol komandaları mübarizə aparacaqlar.Ölkəmizi turnirdə “Bakı” və “Məhsul” kollektivləri təmsil edəcəklər. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın U-20 və “Batumi” komandaları olacaqlar.xeber100.com

May 2, 2018 1:58

Milli komandanın növbəti təlim-məşq toplanışı başlayıb

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı başlayıb. Mayın 10-dək keçiriləcək hazırlıqda 25 idmançı iştirak edir.Azərtac xəbər verir ki, Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirir. Hazırlıq prosesinə yığmamızla yanaşı, Gürcüstan millisinin üzvləri də qatılıb. İki yığmanın birgə təlim-məşq toplanışında iştirakı Heydər Əliyev kubokuna hazırlıq məqsədi daşıyır. Bu turnir mayın 10-14-də Bakıda keçiriləcək.xeber100.com

May 2, 2018 1:56

UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyununda

Mayın 2-də UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyununda İtaliyanın “Roma” klubu İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. “Olimpiko” stadionunda baş tutacaq qarşılaşmada ikinci finalçı məlum olacaq.Azərtac xəbər verir ki, komandalar arasında İngiltərədə keçirilən ilk görüş Yurqen Klopun yetirmələrinin qələbəsi ilə başa çatmışdı – 5:2. “Roma” finala yüksəlmək üçün qapısından qol buraxmamaqla ən azı üç top fərqi ilə qələbə qazanmalıdır.“Roma”nın heyətində Perotti, Strotman, Defrel, “Liverpul”un heyətində isə Matip, Lalalana, Emre Can və Cemberland zədə səbəbindən görüşü buraxmalı olacaqlar.Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu sloveniyalı Damir Skomina idarə edəcək.Yarımfinal mərhələsinin digər matçı aprelin 1-də keçirilib. “Real” iki oyunun nəticəsinə əsasən finala vəsiqə qazanıb.xeber100.com  

May 2, 2018 1:53

Cüdo üzrə açıq respublika turniri başlayıb

Yeni Sahil İdman Kompleksində gənclər arasında cüdo üzrə açıq respublika turniri başlayıb.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) Azərtac-a bildiriblər ki, 2001-2003-cü il təvəllüdlü gənclər arasında keçirilən turnirdə oğlanlar 42, 46, 50, 55, 60, 66, 73, 81 kiloqram və 81 kiloqramdan yuxarı çəki dərəcələrində çıxış edəcəklər. Qızlar arasında isə 48, 52 və 57 kiloqram çəkidə qaliblər müəyyənləşəcək.Gənclər və İdman Nazirliyi, BŞGİBİ və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika turnirini beynəlxalq və respublika dərəcəli hakimlər heyəti idarə edirlər.Turnirə mayın 4-də yekun vurulacaq.xeber100.com

May 2, 2018 1:51

Güləş üzrə Avropa çempionatı keçirilir

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir.Azərtac xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulacaqlar.Azərbaycanın idman şərəfini Mariya Stadnik (50 kq), Solmaz Həşimzadə (55 kq), Tatyana Omelçenko (59 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) qoruyacaqlar.xeber100.com

May 2, 2018 1:48

Milli komandaların yeni reytinq cədvəli açıqlanıb

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb.Azərtac xəbər verir ki, reytinq cədvəlində Azərbaycan millisi 1440 xalla onuncu pillədəki mövqeyini qoruyub.Reytinq cədvəlinə 1935 xalla Braziliya millisi başçılıq edir. İspaniya yığması 1807 xalla ikinci, Rusiya isə 1700 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

May 2, 2018 1:45

San Dieqoda şahmat turniri keçirilib

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan şahmat turniri keçirilib.Baş konsulluqdan Azərtac-a bildiriblər ki, “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turnirin bundan sonra hər il 28 may - Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.Dörd turdan ibarət olan turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50 şahmatçı altı bölmədə mübarizə aparıb.Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunub.Turnirin iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman dünyasında ilk dünyəvi respublika olması, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi müstəqillik yolu, əldə etdiyi nailiyyətlər, ölkəmizdə şahmatın inkişafı barədə məlumat verilib, kitabçalar paylanılıb.xeber100.com

May 1, 2018 11:57

UEFA Çempionlar Liqasının cavab oyunları çərçivəsində

Mayın 1-də futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində ilk qarşılaşma keçiriləcək.Azərtac xəbər verir ki, Madridin “Real” klubu “Santyaqo Bernabeu” stadionunda Münxenin “Bavariya” komandasını qəbul edəcək. Bu komandalar arasında Münxendə keçirilən ilk görüş madridlilərin qələbəsi ilə başa çatıb - 2:1. “Bavariya” finala yüksəlmək üçün ya minimal fərqlə daha böyük hesablı, ya da öz qapısından qol buraxmamaqla ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.al, “Bavariya”nın heyətində isə Robben, Arturo Vidal, Boatenq, Noyer zədə səbəbindən görüşü buraxmalı olacaqlar.Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu türkiyəli Cüneyt Çakır idarə edəcək.Yarımfinal mərhələsinin digər matçı aprelin 2-də İtaliyada oynanılacaq. “Roma” səfərdə 2:5 hesabı ilə məğlub olduğu “Liverpul” ilə qarşılaşacaq.xeber100.com

May 1, 2018 11:52
    Page 528 of 831« First«...102030...526527528529530...540550560...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az