06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

İngiltərə kubokunun ikinci yarımfinal oyununda

Futbol üzrə İngiltərə kubokunun ikinci yarımfinal oyununda “Çelsi” və “Saupgenton” klubları qarşılaşıb.Azərtac xəbər verir ki, “Vembli” stadionunda keçirilən oyunda “Çelsi” rəqib komandanın qapısından iki cavabsız top keçirib. Oyunda Olivye Giru və Alvaro Morata fərqləniblər. Beləliklə, bu qələbədən sonra Antonio Kontenin yetirmələri finalda “Mançester Yunayted” klubu ilə qarşılaşacaqlar.Final mayın 19-da “Vembli” stadionunda keçiriləcək.xeber100.com

Aprel 23, 2018 1:46

Boksçular arasında Avropa birinciliyi davam edir

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Azərbaycan millisinin iki idmançısı yarışın yarımfinal mərhələsinə yüksəlib.Birincilikdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov üçüncü görüşünü də qələbə ilə başa vurub. Həmyerlimiz dörddəbir finalda Nikolay Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb. O, erməni əsilli rəqibini 3:2 hesabı ilə məğlub edib. N.Səfərov yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı da təmin edib. Təmsilçimiz növbəti qarşılaşmasına aprelin 24-də çıxacaq. Finala gedən yolda onun rəqibi hollandiyalı Van Pi Kas olacaq.Yığmamızın 69 kiloqram çəki dərəcəsindəki təmsilçisi Nicat Həsənov da adını yarımfinala yazdırıb. Özü üçün ən azı bürünc medalı təmin edən boksçumuz dörddəbir finalda Mikita Buçkodan (Belarus) güclü olub. Həmyerlimiz rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, aprelin 24-də baş tutacaq yarımfinalda şotlandiyalı Samuel Hikki ilə qüvvəsini sınayacaq.xeber100.com

Aprel 23, 2018 1:44

Voleybol komandaları arasında qalib müəyyənləşib

Kişi voleybol komandaları arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın final mərhələsi çərçivəsində üçüncü yer uğrunda cavab oyununda “Neftçi” və MOİK komandaları qarşılaşıblar. Görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da “Neftçi” eyni hesablı qələbə qazanıb. İki görüşün nəticəsinə görə, “Neftçi” yarışın bürünc medalına sahib olub.Qızıl medal uğrunda cavab görüşündə isə “Lokomotiv” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. İlk görüşdə rəqibini 3:1, cavab oyununda isə 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” Azərbaycan Super Liqasının qalibi olub.xeber100.com

Aprel 23, 2018 1:42

Azərbaycan yığma komandası sonuncu oyununu keçirib

Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası sonuncu oyununu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Bosniya və Herseqovina yığması ilə qarşılaşan futbolçularımız 1:2 hesabı ilə məğlub olublar.xeber100.com

Aprel 23, 2018 1:39

“AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib

Aprelin 23-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib.Azərtac xəbər verir ki, turnirdə 18 ölkədən idmançılar mübarizə aparırlar. Yarışlarda Azərbaycanı Darya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Nərminə Səmədova təmsil edirlər.Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən təşkil olunan turnirdə 2003-2005-ci il təvəllüdlü gimnastlar halqa, top, gürzlər və lent ilə hərəkətlərdə məharətlərini göstərəcəklər.“AGF Junior Trophy” turniri bu il iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.xeber100.com

Aprel 23, 2018 1:37

İdman gimnastikası üzrə beynəlxalq turnir keçirilib

Almaniyanın paytaxtı Berlində gənclər arasında idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, ölkəmizi təmsil edən idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb. Belə ki, millimizin üzvü Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək qızıl medala sahiblənib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə, 12.850 xalla, paralel qollarda isə 13.250 xalla birinciliyi əldə edib.Turnikdə çıxışına görə, S.Məmmədli hakimlərdən 11.150 xal alaraq 4-cü yerdə qərarlaşıb.xeber100.com

Aprel 23, 2018 1:34

Cüdo üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 26-28-də İsraildə cüdo üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, çempionatda ölkəmizi 10 cüdoçu təmsil edəcək.Kişilərin mübarizəsində Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elxan Məmmədov və Zelim Kotsoev (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.Qadınların yarışında isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyanxışıq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 379 cüdoçu yarışacaq.xeber100.com

Aprel 23, 2018 1:32

“Shamkir Chess 2018” turniri davam edir

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün turnirdə IV turun görüşləri keçiriləcək.Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə ilk qələbə qazananlar liderliyə yüksələcək. Azərbaycan şahmatçılarından ən çətin sınaq Teymur Rəcəbovu gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.Bolqarıstanlı Veselin Topalov isə Şəhriyar Məmmədyarovun rəqibi olacaq. Qrossmeysterimiz qaralarla mübarizə aparacaq.Ağ fiqurlarla oynayacaq Rauf Məmmədovu nisbətən asan rəqib gözləyir. O, polşalı Radoslav Voytaşek üz-üzə gələcək.xeber100.com

Aprel 22, 2018 9:11

“Barselona” və “Sevilya” üz-üzə gəlib

İspaniya kubokunda final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada “Barselona” və “Sevilya” üz-üzə gəlib.Matç Madriddəki “Vanda Metroplitano” stadionunda keçirilib. Kataloniya təmsilçisinin aşkar üstünlüyü ilə keçən görüşdə barselonalılar 5:0 hesabı ilə qalib gəlib. Bununla da kataloniyalılar növbəti tituluna yiyələniblər.xeber100.com

Aprel 22, 2018 9:06

İspaniya çempionatında turnir cədvəlinin 16-cı pilləsində

Barselonanın “Espanyol” klubu baş məşqçisi Kike Sançes Floresi istefaya göndərib.Apa-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.Məlumata görə, baş məşqçi postunu müvəqqəti olaraq ehtiyat komandanı çalışdıran David Qalyexo tutacaq.İstefaya səbəb komandanın uğursuz çıxış etməsidir. “Espanyol” hazırda İspaniya çempionatında 36 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ildə “Espanyol”a gətirilib. Bundan əvvəl müxtəlif illərdə Kike Sançes Flores “Valensiya”, “Benfika”, “Atletiko Madrid”, “Uotford” kimi klublara rəhbərlik edib.xeber100.com

Aprel 21, 2018 5:04
    Page 532 of 830« First«...102030...530531532533534...540550560...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az