08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Voleybol komandaları arasında qalib müəyyənləşib

Kişi voleybol komandaları arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın final mərhələsi çərçivəsində üçüncü yer uğrunda cavab oyununda “Neftçi” və MOİK komandaları qarşılaşıblar. Görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da “Neftçi” eyni hesablı qələbə qazanıb. İki görüşün nəticəsinə görə, “Neftçi” yarışın bürünc medalına sahib olub.Qızıl medal uğrunda cavab görüşündə isə “Lokomotiv” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. İlk görüşdə rəqibini 3:1, cavab oyununda isə 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” Azərbaycan Super Liqasının qalibi olub.xeber100.com

Aprel 23, 2018 1:42

Azərbaycan yığma komandası sonuncu oyununu keçirib

Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası sonuncu oyununu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Bosniya və Herseqovina yığması ilə qarşılaşan futbolçularımız 1:2 hesabı ilə məğlub olublar.xeber100.com

Aprel 23, 2018 1:39

“AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib

Aprelin 23-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib.Azərtac xəbər verir ki, turnirdə 18 ölkədən idmançılar mübarizə aparırlar. Yarışlarda Azərbaycanı Darya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Nərminə Səmədova təmsil edirlər.Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən təşkil olunan turnirdə 2003-2005-ci il təvəllüdlü gimnastlar halqa, top, gürzlər və lent ilə hərəkətlərdə məharətlərini göstərəcəklər.“AGF Junior Trophy” turniri bu il iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.xeber100.com

Aprel 23, 2018 1:37

İdman gimnastikası üzrə beynəlxalq turnir keçirilib

Almaniyanın paytaxtı Berlində gənclər arasında idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, ölkəmizi təmsil edən idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb. Belə ki, millimizin üzvü Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək qızıl medala sahiblənib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə, 12.850 xalla, paralel qollarda isə 13.250 xalla birinciliyi əldə edib.Turnikdə çıxışına görə, S.Məmmədli hakimlərdən 11.150 xal alaraq 4-cü yerdə qərarlaşıb.xeber100.com

Aprel 23, 2018 1:34

Cüdo üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 26-28-də İsraildə cüdo üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, çempionatda ölkəmizi 10 cüdoçu təmsil edəcək.Kişilərin mübarizəsində Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elxan Məmmədov və Zelim Kotsoev (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.Qadınların yarışında isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyanxışıq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 379 cüdoçu yarışacaq.xeber100.com

Aprel 23, 2018 1:32

“Shamkir Chess 2018” turniri davam edir

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün turnirdə IV turun görüşləri keçiriləcək.Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə ilk qələbə qazananlar liderliyə yüksələcək. Azərbaycan şahmatçılarından ən çətin sınaq Teymur Rəcəbovu gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.Bolqarıstanlı Veselin Topalov isə Şəhriyar Məmmədyarovun rəqibi olacaq. Qrossmeysterimiz qaralarla mübarizə aparacaq.Ağ fiqurlarla oynayacaq Rauf Məmmədovu nisbətən asan rəqib gözləyir. O, polşalı Radoslav Voytaşek üz-üzə gələcək.xeber100.com

Aprel 22, 2018 9:11

“Barselona” və “Sevilya” üz-üzə gəlib

İspaniya kubokunda final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada “Barselona” və “Sevilya” üz-üzə gəlib.Matç Madriddəki “Vanda Metroplitano” stadionunda keçirilib. Kataloniya təmsilçisinin aşkar üstünlüyü ilə keçən görüşdə barselonalılar 5:0 hesabı ilə qalib gəlib. Bununla da kataloniyalılar növbəti tituluna yiyələniblər.xeber100.com

Aprel 22, 2018 9:06

İspaniya çempionatında turnir cədvəlinin 16-cı pilləsində

Barselonanın “Espanyol” klubu baş məşqçisi Kike Sançes Floresi istefaya göndərib.Apa-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.Məlumata görə, baş məşqçi postunu müvəqqəti olaraq ehtiyat komandanı çalışdıran David Qalyexo tutacaq.İstefaya səbəb komandanın uğursuz çıxış etməsidir. “Espanyol” hazırda İspaniya çempionatında 36 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ildə “Espanyol”a gətirilib. Bundan əvvəl müxtəlif illərdə Kike Sançes Flores “Valensiya”, “Benfika”, “Atletiko Madrid”, “Uotford” kimi klublara rəhbərlik edib.xeber100.com

Aprel 21, 2018 5:04

Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində

Aprelin 19-da Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbağça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb.Azərtac xəbər verir ki, matçın ikinci hissəsinin əvvəlində hesab 0:0 olarkən azarkeşlər meydana kənar əşyalar atıblar. Nəticədə “Qara qartallar”ın baş məşqçisi Şenol Günəş başından xəsarət alaraq meydanı tərk edib və bu səbəbdən matç yarımçıq dayandırılıb. “Beşiktaş”ın baş məşqçisinə ilkin tibbi yardım göstərilib.Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Bu cütün qalibi finalda “Akhisarspor” kollektivinin rəqibi olacaq.xeber100.com

Aprel 20, 2018 11:33

İspaniya çempionatının 33-cü turuna yekun vurulub

Futbol üzrə İspaniya çempionatının 33-cü turuna yekun vurulub.Azərtac xəbər verir ki, bu turda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandaların hamısı xal itirib.Lider “Barselona” səfərdə “Selta” klubu ilə heç-heçə oynayıb - 2:2. “Barselona”nın qollarına Dembele və Alkaser, “Selta”nın qollarına isə Conni və Aspas imza atıblar.Turnir cədvəlinin ikinci pilləsində yer alan “Atletiko Madrid” səfərdə “Real Sosyedad” kollektivinə böyük hesabla (0:3) məğlub olub.“Real Madrid” klubu isə doğma meydanda “Atletik Bilbao”nun öhdəsindən gələ bilməyib. Matç 1:1 hesabı ilə başa çatıb. “Kral klubu”nun heyətində Kriştiano Ronaldo, qonaqlardan isə İnaki Villiams fərqləniblər.Beləliklə, 33 turdan sonra “Barselona” klubu 83 xalla turnir cədvəlinə başçılıq edir, “Atletiko” 71 xalla ikinci, “Real Madrid” isə 68 xalla üçüncü pillələrdə qərarlaşıblar.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Deportivo” – “Sevilya” - 0:0 “Vilyareal” – “Leqanes” - 2:1 “Espanyol” – “Eybar” - 0:1 “Valensiya” – “Xetafe” - 1:2 “Alaves” - “Jirona” - 1:2 “Levante” – “Malaqa” - 1:0 “Real Betis” – “Las Palmas” - 1:0.xeber100.com

Aprel 20, 2018 11:30
    Page 533 of 831« First«...102030...531532533534535...540550560...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az