“Valensiya” çempionatın lideri “Barselona”nın qonağı olub

Aprelin 15-də "Malaqa"-"Real Madrid" oyunu ilə 32-ci tura yekun vurulub.Azərtac xəbər verir ki, oyunun favoriti sayılan "madridlilər" 32-ci dəqiqədə hesabı açıblar, İsko fərqlənib - 0:1. Qarşılaşmanın 63-cü dəqiqəsində İskonun ötürməsindən sonra Kazemiro hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə meydan sahibləri qollardan birinin əvəzin çıxa bilib, Dieqo Rolan adını tabloya yazdırıb - 1:2. Görüş bu hesabla başa çatıb.Turun ən maraqlı qarşılaşması "Nou Kamp" stadionunda keçirilib. "Valensiya" çempionatın lideri "Barselona"nın qonağı olub. Bu görüş də "katalonya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində L.Suarez, Samuel Müdiri qonaqlarda isə Daniel Parexo fərqlənib."Atletiko Madrid" doğma meydanda "Levante"nin qapısından üç cavabsız top keçirib - 3:0. Meydan sahiblərinin heyətində Korrea, Qrizmann, Torres fərqləniblər.Çempionatın 32 turundan sonra turnir cədvəlinə 82 xalla "Barselona" klubu başçılıq edir. 71 xalla "Atletiko Madrid" ikinci, "Real Madrid" isə 67 xalla üçüncü yerdə qərarlaşıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Girona"-"Betis" - 0:1. "Sevilya"-"Villyareal" - 2:2. "Las Palmas"-"Real Sosyedad" - 0:1. "Leganes"-"Selta Vigo" - 1:0. "Atletik Bilbao"-"Deportivo" - 2:3. "Eybar"-"Alaves" - 0:1. "Atletiko Madrid"-"Levante" - 3:0. "Xetafe"-"Espanyol" - 1:0.xeber100.com

Aprel 16, 2018 2:35