08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bavariya” klubu üçillik müqavilə imzalayacaq

“Bavariya”nın hazırkı baş məşqçisi Yupp Haynkesi mövsümün sonunda “Ayntraxt”ın çalışdırıcısı Niko Kovaçın əvəzləyəcəyi dəqiqləşib.Azərtac xəbər verir ki, xorvatiyalı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.O, iyulun 1-dən Münhen təmsilçisinin sükanı arxasına keçəcək.Kovaçın təyinatının maliyyə detalları da açıqlanıb. “Bavariya” rəhbərliyi “Ayntraxt” klubuna 2,2 milyon avro təzminat ödəyəcək. Razılaşmaya əsasən, Kovaçın köməkçilərindən biri qardaşı Robert Kovaç olacaq.Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü ildə Xorvatiyanın U-21, 2013-2015-ci illərdə isə əsas komandasını çalışdırıb. 2015-ci ildən “Ayntraxt”ın baş məşqçisidir.xeber100.com

Aprel 16, 2018 2:25

Cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub

Sankt-Peterburqda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan milli komandası və “Qəbələ” idman klubunun cüdoçusu Rövşən Əliyev uğurla çıxış edib. Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək çempion olub.Rusiya idmançıları İsa Elsixanov və Şaxzod Amonova qalib gələn R.Əliyev yarımfinala yüksəlib. Bu mərhələdə daha bir rusiyalı Timur Uyanayevi mübarizədən kənarlaşdıran idmançımız həlledici görüşə vəsiqə qazanıb. Cüdoçumuz finalda komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gəlib və ardıcıl 4-cü qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com

Aprel 16, 2018 2:23

İspaniya La Liqasının 32-ci turunda…

İspaniya La Liqasının 32-ci turunda “Valensiya”nı qəbul edən “Barselona” 2:1 hesablı qələbə qazanıb.Azərtac xəbər verir ki, bu qələbə ilə kataloniyalılar yeni rekorda imza atıblar. Belə ki, “Barselona”nın məğlubiyyətsiz oyun seriyası 39-a çatıb.Qeyd edək ki, daha əvvəl rekord “Real Sosyedad” klubuna məxsus idi (38). “Barselona” 39 oyunda 32 qələbə qazanıb və 7 heç-heçə edib. “Real Sosyedad” isə 22 qələbəyə sevinib və 16 dəfə meydanı heç-heçə ilə tərk edib.xeber100.com

Aprel 16, 2018 1:14

FIFA yeni klub turnirinin hazırlıqlarına başlayıb

FIFA 2021-ci ildə təşkil olunması planlaşdırılan yeni klub turnirinin hazırlıqlarına başlayıb.Azərtac xəbər verir ki, klublararası dünya kuboku yarışlarının alternativi kimi düşünülən yeni turnir dörd ildən bir keçiriləcək və birincilik uğrunda 24 komanda mübarizə aparacaq. Hər il keçirilən klublararası dünya kuboku yarışlarının nüfuz qazanmaması ilə əlaqədar yaradılacaq yeni turnir iyun və ya iyul aylarında üç həftəlik dövrdə təşkil ediləcək.Dörd ildən bir keçirilməsi planlaşdırılan yarışda 8 qrupun hər birində 3 klub mübarizə aparacaq. Qrup qalibləri dörddəbir finala yüksələcəklər. Klubların dünya çempionatında, ümumilikdə 31 oyunun keçirilməsi nəzərdə tutulur.xeber100.com

Aprel 16, 2018 1:12

Milli Gimnastika Arenasında keçirilən Avropa çempionatında

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.Apa-nın məlumatına görə, tamblinq yarışında 77,400 bal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.xeber100.com

Aprel 15, 2018 3:13

İngiltərə Premyer Liqasının növbəti mövsümündə

İngiltərə Premyer Liqasının növbəti mövsümündə videotəkrar sistemindən (VAR) istifadə olunmayacaq.Apasport.az saytının məlumatına görə, bu barədə qərar Premyer Liqa klublarının səsverməsi ilə verilib.Elita komandaları VAR-in işində hazırda müəyyən çatışmazlıqlar olması qənaətindədir. 2018/19 mövsümündə videotəkrar İngiltərə kuboku və Liqa kubokunda sınaqdan keçirilməkdə davam edəcək.Qeyd edək ki, VAR sistemindən bu yay Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində istifadə ediləcək.xeber100.com

Aprel 14, 2018 1:23

UEFA-nın rəsmi saytında keçirilən səsvermədə…

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun kimliyinə aydınlıq gəlib.Apasport.az saytının məlumatına görə, “Liverpul”un hücumçusu Sadio Mane qalib olub.UEFA-nın rəsmi saytında keçirilən səsvermədə səslərin 51%-ni toplayan seneqallı futbolçu “Roma”dan Edin Ceko (31%) və “Yuventus”dan Mario Mandjukiçi (16%) qabaqlayıb.xeber100.com

Aprel 14, 2018 1:19

“Ayntraxt”ın baş məşqçisi “Bavariya”nı çalışdıracaq

“Ayntraxt”ın baş məşqçisi Niko Kovaç yeni mövsümdən etibarən “Bavariya”nı çalışdıracaq.Apasport.az saytının “Kicker”ə istinadən məlumatına görə, Münhen klubu xorvat mütəxəssisə görə 2,2 milyon avro kompensasiya ödəyib.“Bavariya”nın Kovaçla olan müqaviləsi 2018-ci ilin 1 iyulundan etibarən qüvvəyə minəcək. Saziş 2 il müddətinə nəzərdə tutulub. Yeni iş yerində Niko Kovaça qardaşı Robert Kovaç yardımçı olacaq.Qeyd edək ki, Niko Kovaçın çalışdırdığı “Ayntraxt” hazırda 46 xalla Bundesliqada 5-ci pilləni tutur.xeber100.com

Aprel 14, 2018 1:10

Avrokubokların 1/4 final mərhələsində

Avrokubokların 1/4 final mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 442 komandası yer alıb.Bu həftə keçirilən 8 qarşılaşma cədvəldə cüzi dəyişikliklərə səbəb olub. İlk “onluq”da yalnız bir yerdəyişmə qeydə alınıb. “Barselona”dan uzaqlaşmağı bacaran “Bavariya” digər İspaniya klubu “Atletiko”ya şərik çıxıb. Bu iki komanda “Real”dan sonra 2-ci yeri bölüşür.Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəyə malik “Qarabağ” 73-cü pillədə qalıb. Qurban Qurbanovun yetirmələri son 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Ağdam klubu BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eyni pilləyə şərikdi.Azərbaycan çempionunun özündən irəlidə qərarlaşan üç İspaniya klubu ilə fərq isə artıb. “Selta”, “Real Sosyedad” və “Betis” artıq təmsilçimizi 0,556 xal üstələyir.Digər klublarımızdan “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdi.xeber100.com

Aprel 14, 2018 1:02

Azərbaycan çempionatının XVIII turuna start verilib

Mingəçevirdə qadın həndbolçular arasında Azərbaycan çempionatının XVIII turuna start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, “Kür” Olimpiya İdman Mərkəzində yerli “Nur” komandası “Qarabağ” kollektivini qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb - 31:30.Turun digər görüşləri aprelin 14-də keçiriləcək. “Azərsu” komandası “Gənclər Birliyi”ni, “Azəryol” kollektivi isə “İdman Akademiyası”nı sınağa çəkəcək.xeber100.com

Aprel 13, 2018 1:12
    Page 536 of 831« First«...102030...534535536537538...550560570...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az