Berlində şahmat tacına iddiaçıların turnirində II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın VIII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb.
İddiaçılar turniri: VIII tur
Aleksandr Qrişuk (2767, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5
Liren Dinq (2769, Çin) - Levon Aronyan (2794, Ermənistan) - 0.5:0.5
Uesli So (2799, ABŞ) - Fabiano Karuana (2784, ABŞ) - 0.5:0.5
Turnir cədvəli: Karuana - 5.5 xal; Məmmədyarov – 5; Qrişuk - 4.5; Dinq - 4; Kramnik, Karyakin - 3.5; Aronyan, So – 3
İlk turda rəqibini qara fiqurlarla məğlub edən təmsilçimiz bu dəfə “ağ”larla oynayıb. Lider Fabiano Karuananın Uesli So ilə heç-heçəsindən yararlana bilməyən Şəhriyar da matçı bərabərə bitirərək liderlik şansını əldən verib.xeber100.com