08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Los Angeles Galaxy” klubunun məlumatı

“Mançester Yunayted” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da, "Los Angeles Galaxy" klubunda davam etdirəcək.Apa-nın məlumatına görə, bu barədə məlumat klubun “Tvitter” səhifəsində verilib.36 yaşlı futbolçu və klub arasında razılaşmanın detalları hələ ki, açıqlanmır.2016-cı ildə PSJ-dən “Mançester Yunayted”ə keçən, “qırmızı şeytan”ların heyətində 28 matçda 17 qol vuran Zlatan İbrahimoviç bu günlərdə İngiltərə klubu ilə yollarını ayırıb. Cari mövsümdə Z.İbrahimoviç İngiltərə premyer liqasında cəmi 5 oyun keçirib.xeber100.com

Mart 25, 2018 11:29

Avropa çempionatı keçiriləcək

Martın 25-dən aprelin 1-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. Apasport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyanın Tırqu-Jiu şəhərində baş tutacaq yarışda millimiz də iştirak edəcək.Azərbaycan yığmasının məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınamağa qərar verib. Belə ki, kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar. Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.Qeyd edək ki, bu gün saat 20:45-də səfərə yollanacaq komandamız aprelin 3-də Vətənə dönəcək.xeber100.com

Mart 24, 2018 9:22

Milli komandalar yoldaşlıq oyunlarında

Dünyanın bir sıra milli komandaları yoldaşlıq oyunlarında öz güclərini sınayıblar.Apasport.az saytının məlumatına görə, azərbaycanlı azarkeşlərin bir çoxunun diqqəti millimizin Belarusla matçından sonra Türkiyə yığmasında olub. Qardaş ölkə təmsilçisi İrlandiya ilə üz-üzə gəlib. Mirça Luçeskunun komandası minimal hesablı qələbəyə sevinib. DÇ-2018-ə ev sahibliyi edəcək Rusiya doğma meydanda Braziliyaya uduzub.Almaniya – İspaniya, Argentina – İtaliya, Hollandiya – İngiltərə və Portuqaliya – Misir matçları da diqqət mərkəzində olub.xeber100.com

Mart 24, 2018 8:21

İsveçrə çempionatının 24-cü turunda…

Türk əsilli isveçrəli baş məşqçi Murat Yakın ağır cəza alıb. Apasport.az saytının məlumatına görə, “Qrasshopers”in çalışdırıcısı hakimi söydüyü üçün cəzalandırılıb.İsveçrə çempionatının 24-cü turunun “Lozanna” ilə oyununda insident zamanı hakimi təhqir edən Yakın 3 matçda texniki zonadan komandasını idarə edə bilməyəcək.Maraqlıdı ki, həmin görüşdə eyni səbəbdən Muradın kiçik qardaşı və köməkçisi Hakan Yakın da cəzalandırılıb. Onun uzaqlaşdırılma müddəti isə 5 matç olub.xeber100.com

Mart 21, 2018 1:32

Şahmat turnirində II dövrəyə start verilib

Berlində şahmat tacına iddiaçıların turnirində II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın VIII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb. İddiaçılar turniri: VIII tur Aleksandr Qrişuk (2767, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya) - 1:0 Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5 Liren Dinq (2769, Çin) - Levon Aronyan (2794, Ermənistan) - 0.5:0.5 Uesli So (2799, ABŞ) - Fabiano Karuana (2784, ABŞ) - 0.5:0.5 Turnir cədvəli: Karuana - 5.5 xal; Məmmədyarov – 5; Qrişuk - 4.5; Dinq - 4; Kramnik, Karyakin - 3.5; Aronyan, So – 3 İlk turda rəqibini qara fiqurlarla məğlub edən təmsilçimiz bu dəfə “ağ”larla oynayıb. Lider Fabiano Karuananın Uesli So ilə heç-heçəsindən yararlana bilməyən Şəhriyar da matçı bərabərə bitirərək liderlik şansını əldən verib.xeber100.com

Mart 21, 2018 1:19

SGS şirkəti yoxlamanın nəticələrini açıqlayıb

İsveçrənin SGS şirkəti 2017-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, şirkət bununla bağlı təbrik məktubu göndərib.Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundu. Həmçinin o da vurğulanıb ki, Lisenziyalaşdırma qrupu 2018-19-cu il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.xeber100.com

Mart 20, 2018 6:00

İtaliya A seriyasında 29-cu turun növbəti oyunları keçirilib

Martın 18-də futbol üzrə İtaliya A seriyasında 29-cu turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Milan” doğma meydanda “Kiyevo”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Milan” 11 oyundur ki, məğlub olmur.“Roma” isə səfərdə “Krotone”nın qapısına iki cavabsız qol vurub.“Yuventus” səfərdə “Spal”ın qonağı olub, matç gərgin anlarla yadda qalıb. Oyunda hesab açılmayıb - 0:0.Tura "Lazio" - "Bolonya" və "Napoli" - "Genoya" oyunlarından sonra yekun vurulacaq.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Sampdoriya” – “İnter” - 0:5. “Bonevento” – “Kalyari” - 1:2. “Verona” – “Atalanta” - 0:5. “Torino” – “Fiorentino” - 1:2 “Udineze” – “Sasuolo” - 1:2.xeber100.com

Mart 19, 2018 2:37

Şahmat üzrə iddiaçılar turnirinin yeddinci turunda

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirinin yeddinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya idmançısı Aleksandr Qrişukla qarşılaşıb.Azərtac xəbər verir ki, oyun heç-heçə yekunlaşıb. Bununla da, azərbaycanlı qrossmeyster görüşdə xalları yarı bölüb. Hazırda onun aktivində 4,5 xal var.Turun digər görüşlərində isə ABŞ şahmatçısı Fabiano Karuana Ermənistan təmsilçisi Levon Aronyana, Sergey Karyakin (Rusiya) Uesli Soya (ABŞ) qalib gəlib. Vladimir Kramnik (Rusiya) - Din Lijen (Çin) qarşılaşmasında şahmatçılar xalları yarı bölüblər.Yeddi turdan sonra azərbaycanlı şahmatçı turnir cədvəlində 2-ci pilləni tutur. ABŞ təmsilçisi Fabiano Karuana 1-ci, rusiyalı qrossmeyster Vladimir Kramnik 3-cü yerdədir.Növbəti turda Ş.Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.Turnir martın 28-dək davam edəcək.xeber100.com

Mart 19, 2018 2:33

“Karate-1” Premyer Liqa turnirində

Karate üzrə Azərbaycan milli komandasının üç üzvü martın 16-18-də Hollandiyada keçirilən "Karate-1" Premyer Liqa turnirində bürünc medal qazanıb.Azərtac xəbər verir ki, turnirin yarımfinal mərhələsində türkiyəli güclü rəqibi ilə mübarizədə qələbəni əldən verən Firdovsi Fərzəliyev (60 kq) təsəlliverici görüşünü keçirib.Digər idmançımız, sonuncu "Dubay" Premyer Liqa turnirinin qalibi Rafael Ağayev (75 kq) isə iki rəqibini məğlub edərək bürünc medal uğrunda son döyüşünə çıxıb. Səksən dörd kiloqram dərəcəsində yarışan Ayxan Mamayev də yarımfinal mərhələsində məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bürünc mükafatlar uğrunda həlledici görüşlərdə karateçilərimizdən Firdovsi Fərzəliyev qazaxıstanlı idmançı Kaysar Alpısbaya 1:0, Rafael Ağayev Xorvatiya təmsilçisi Enes Qariboviçə 5:0, Ayxan Mamayev isə iranlı Purşab Zabiollaha 5:2 hesabı ilə qalib gələrək turnirdə üçüncü olub.Mötəbər turnirdə milli komandamızın baş məşqçisi Şahin Xudaverdiyev dünya reytinq cədvəlinin ilk əlli pilləsində olan idmançılarımızın yarışda mübarizə aparmasına qərar verib.Turnirdə ümumilikdə 74 ölkədən 683 idmançı iştirak edib.xeber100.com

Mart 19, 2018 2:30

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib

Kiyevdə təlim-məşq toplanışı çərçivəsində futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.Azərtac xəbər verir ki, yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.Komandamızın heyətində Nino Qurqenidze fərqlənib.xeber100.com

Mart 19, 2018 2:26
    Page 546 of 831« First«...102030...544545546547548...560570580...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az