04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Stolüstü tennis üzrə Avropa təsnifat turniri keçiriləcək

Fevralın 12-13-də Çexiyanın Xodonin şəhərində stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.Azərtac xəbər verir ki, 33 oğlan və 29 qız tennisçinin qatıldığı turnirdə qalib gələn 4 idmançı cari ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarına lisenziya qazanacaq.Qeyd edək ki, artıq 1 idmançımız Olimpiya Oyunlarına lisenziya əldə edib.xeber100.com

Fevral 9, 2018 12:54

“Kəpəz” klubu qış transferi dövründə

“Kəpəz” klubu qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.Azərtac kluba istinadla xəbər verir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıblar. Hər iki oyunçu mövsümün sonunadək Gəncə klubunda çıxış edəcək.İ.Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.xeber100.com

Fevral 9, 2018 12:19

Həndbol üzrə beynəlxalq turnirə start verilib

Rusiyanın Krasnodar şəhərində həndbol üzrə beynəlxalq turnirə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına hazırlıq məqsədilə 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət yığma komandamız turnirdə iştirak edir.Turnirə fevralın 12-də yekun vurulacaq.xeber100.com

Fevral 8, 2018 1:23

Futbol üzrə yoldaşlıq oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan milli komandası Bakıda yoldaşlıq oyunu keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 23-də Bakı Olimpiya Stadionunda Belarus yığması ilə görüşəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.Qeyd edək ki, yığmamız iyunun 9-da səfərdə Latviya millisi ilə yoldaşlıq görüşü keçirəcək.xeber100.com

Fevral 8, 2018 1:19

Dünya Karate Federasiyasının 2018-ci ildə…

Böyüklərdən ibarət karate üzrə milli komandamızın ikinci heyətinin 6 üzvü fevralın 8-12-də İspaniyanın Qvadalaxara şəhərində nüfuzlu turnirdə iştirak edəcək.Azərtac xəbər verir ki, milli komandanın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (60 kq), Rafiz Həsənov (67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi 75 kq), Pənah Abdullayev (84 kq) və Fidan Teymurova (50 kq) yer alıblar.İspaniyada təşkil olunacaq A seriyası yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir.Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Premyer Liqa turnirinə hazırlığı davam etdirir.xeber100.com

Fevral 8, 2018 1:16

Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb

Bakının “Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.Azərtac kluba istinadla xəbər verir ki, komandamız Trinidad və Tobaqo yığmasının üzvü Jomal Uilyamsla anlaşılıb. Onunla 6 aylıq müqavilə bağlanılıb.İyirmi üç yaşlı hücumçu cari mövsümün sonuna kimi “W Connection” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, futbolçu ilə icarə müqaviləsini artırmaq və ya birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.Jomal Uilyams komandamızda 29 nömrəli forma ilə çıxış edəcək.xeber100.com

Fevral 8, 2018 1:12

İspaniyanın “Deportivo” klubuna yeni baş məşqçi təyin olunub

“Milan” futbol klubunun və Hollandiya millisinin əfsanəsi Klarens Seedorf İspaniyanın “Deportivo” klubunun baş məşqçisi təyin olunub.Azərtac İspaniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, Çempionlar Liqasının dörd dəfə qalibi olmuş C.Seedorf “Deportivo”nu 2017/2018-ci il mövsümünün sonunadək idarə edəcək. Müqavilənin detalları açıqlanmayıb.Xatırladaq ki, daha əvvəl Seedorf “Milan”a və “Şenjen" komandasına başcılıq etsə də, nailiyyət qazana bilməyib.Qeyd edək ki, qırx bir yaşlı hollandiyalı 2014-cü ildə futbol karyerasını başa vurub.xeber100.com

Fevral 7, 2018 12:47

Euronews telekanalının məlumatı

Fevralın 9-da Pxençanda start götürəcək Qış Olimpiya Oyunları gözlənilməz təhlükə - norovirus infeksiyası epidemiyası ilə üzləşib.Euronews telekanalı xəbər verir ki, artıq qastroenteritə səbəb olan virusla həm xidmət personalı, həm də idmançılar yoluxub. İnfeksiyanın yayılmasından ehtiyatlanan təşkilatçılar təhlükəsizlik xidmətinin 1200 əməkdaşını işdən uzaqlaşdırmağa məcbur olub.Epidemiya riskindən əlavə, oyunlara güclü şaxtalar da maneə yarada bilər. Belə ki, Pxençanda havanın temperaturu gecələr mənfi 21 dərəcəyə qədər aşağı enir. Bu səbəbdən təşkilatçılar tamaşaçıları isti qida və adyalla təmin edəcəklərini bildiriblər.Təşkilat komitəsi isə öz növbəsində əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi idman növləri üzrə yarışların digər vaxta keçirilməsini istisna etmir. Lakin bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunmalıdır.xeber100.com

Fevral 7, 2018 12:43

Futzal üzrə Azərbaycan yığması dörddəbir final mərhələsində

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsində fevralın 6-da Portuqaliya yığması ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojice Arena”da keçirilən oyun rəqib komandanın 8:1 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin heyətində yeganə qolu Everton Kardoso vurub. Beləliklə, Portuqaliya yığması qitə çempionatında yarımfinal mərhələsinə yüksəlib.Oyunu Cerny Ondrej (Çexiya), Tomiç Saşa (Xorvatiya) və Çetin Kamildən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib.Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlsə də, İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub və qrupda ikinci yeri tutaraq dörddəbir finala adlamışdı.xeber100.com

Fevral 7, 2018 12:29

“Stadion və təhlükəsizlik strategiyası” sammiti keçirilib

İsveçrənin Nyon şəhərində, UEFA-nın qərargahında “Stadion və təhlükəsizlik strategiyası” sammiti təşkil olunub.Azərtac Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadla xəbər verir ki, sammit UEFA-nın 2017-2021-ci illəri əhatə edən stadion və təhlükəsizlik strategiyası çərçivəsində keçirilib. AFFA-nın infrastruktur direktoru Kamran Vəliyev və qurumun təqdimatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tədbirdə iştirak ediblər.xeber100.com

Fevral 7, 2018 12:26
    Page 564 of 830« First«...102030...562563564565566...570580590...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az