08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Çili Futbol Federasiyası baş məşqçi təyin edildiyini elan edib

Çili Futbol Federasiyası Reynaldo Ruedanın baş məşqçi təyin edildiyini elan edib.Azərtac xəbər verir ki, kolumbiyalı mütəxəssislə 2022-ci ilədək müqavilə imzalanıb. Komanda 2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağı təqdirdə sözləşmə artırılacaq.Altmış yaşlı Rueda bir dəfə Honduras millisini dünya çempionatına yüksəldib. Onun ən böyük uğuru isə “Atletiko Nasyonal”la 2016-cı ildə Lebrtodores kubokunu qazanmasıdır.Xatırladaq ki, Çili millisi dünya çempionatına vəsiqə əldə edə bilmədiyinə görə baş məşqçi Xuan Antonio Pissini istefaya göndərmişdi.xeber100.com

Yanvar 9, 2018 10:59

“Barselona” klubu “Luverpul”un yarımmüdafiəçisini transfer edib

İspaniyanın “Barselona” futbol klubu “Luverpul”un braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyonu transfer edib.Azərtac xəbər verir ki, futbolçunun keçidi ümumilikdə 160 milyon avro məbləğində transfer müqaviləsi əsasında reallaşıb. “Barselona” 25 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, yarımmüdafiəçinin sərbəst qalması üçün 400 milyon avroluq məbləğ müəyyənləşdirilib.Bu, “Barselona”nın tarixində ən bahalı, dünyada isə Neymar və Mbappedən sonra üçüncü ən yüksək ödənişli transfer müqaviləsidir.2013-cü ildə 10 milyon avro müqabilində “Liverpul”a transfer edilən futbolçu bu klubun heyətində 201 matçda 54 dəfə fərqlənib.xeber100.com

Yanvar 8, 2018 2:53

“Qəbələ” futbol klubunun hazırlıq planı müəyyənləşib

"Qəbələ" futbol klubunun əvəzedicilərdən ibarət komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.Azərtac xəbər verir ki, 2017-2018-ci il mövsümünün ilk yarısını lider kimi başa vuran komanda hazırlığına yanvarın 7-də başlayıb. Yanvarın 26-dək davam edəcək hazırlığın ilk mərhələsi Qəbələ və Bakıda olacaq. Baş məşqçi Emin İmaməliyevin yetirmələri bu müddətdə bir neçə yoxlama oyunu keçirəcəklər. Rəqiblər hələ müəyyənləşməyib.Hazırlıq prosesinin ikinci mərhələsi Gürcüstanda təşkil ediləcək. Əvəzedicilər yanvarın 26-dan fevralın 2-dək qonşu ölkədə toplanışda olacaqlar. "Qəbələ" Gürcüstanda 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bunlardan ikisində rəqib müəyyənləşib. Komandamız Tbilisi "Dinamo"su və "Saburtalo"nun əvəzediciləri ilə üz-üzə gələcək. Yoxlama oyunundakı üçüncü rəqibin adı hələ dəqiqləşməyib.xeber100.com

Yanvar 8, 2018 2:50

“Real Madrid” klubu İspaniya çempionatının 18-ci turunda…

“Real Madrid” futbol klubu İspaniya çempionatının 18-ci turunda səfərdə “Selta” ilə oyunda 2:2 hesablı heç-heçə edib.Xarici KİV-lər xəbər verir ki, ardıcıl dörd səfər oyunudur “Real” qalib gələ bilmir. Daha əvvəl “Real” “Atletik” və “Atletiko” ilə qolsuz heç-heçə edib, “Jirona”ya isə 2:1 hesabı ilə məğlub olub.Qeyd edək ki, sonuncu dəfə kral klubu 2008-ci ilin dekabrında ardıcıl 4 turda qələbə qazana bilməyib. Həmin vaxt Madrid klubu 1 oyunda heç-heçə edib və 3 matçda məğlub olub.xeber100.com

Yanvar 8, 2018 2:47

Futzal üzrə Avropa çempionatı start götürəcək

Yanvarın 30-da Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə Avropa çempionatı start götürəcək.Azərtac UEFA-nın saytına istinadən xəbər verir ki, yarışda 12 komanda dörd qrupda mübarizə aparacaq.Yarışda “D” qrupunda yer alan Azərbaycan millisinin rəqibləri İspaniya və Fransa yığmaları olacaq.Qeyd edək ki, çempionata fevralın 10-da yekun vurulacaq.xeber100.com

Yanvar 8, 2018 2:44

“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına start verib

“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına Bakıda start verib.Azərtac xəbər verir ki, tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların hazırlığa qatılmasına müsbət rəy verilib.Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Yanvarın 13-dək komanda məhz burada gündə iki dəfə məşq edəcək.Komanda qış hazırlığının ikinci hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.xeber100.com

Yanvar 8, 2018 2:36

U-17 millisi Antalyada təlim-məşq toplanışı keçəcək

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yanvarın 10-da Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verəcək.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, 10 gün davam edəcək hazırlıq prosesinə, ümumilikdə 23 oyunçu dəvət olunub.Heyətdə Elvira Əsgərzadə, Minarə Gözəlova, Nərmin Əhmədli, Sona Rəhimova, Aytac Nemətova, Lamiyə Əlizadə (hamısı “Təhsil”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Baku Siti”), Ləman Niftəliyeva, Alina Nəhmədova, Ümnisə Əliyeva (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Fidan Abdulrəhmanova (“Keşlə”), Firdes Güngör, Canan Qaraquş (hər ikisi “Pendikspor”, Türkiyə), Melis Ersoy (“Karabük Gənclikspor”, Türkiyə), Beyzanur Aslan (“Antalyaspor”, Türkiyə), Gizem Arık (“Kanalboyu Nilüfərspor”, Türkiyə), Birgül Çelik (“Çerkezköy 1923 Spor”, Türkiyə), Neslihan Bozqaya (“Kəmər”, Türkiyə) və Dilara Soley Deli (“Gütersloh”, Almaniya) yer alıblar.xeber100.com  

Yanvar 8, 2018 1:46

İtaliya “A” seriyasının 10-cu turunda…

“Qızıl buts” yarışında “Latsio”nun hücumçusu Çiro İmmobile liderliyi ələ keçirib.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, futbolçu İtaliya “A” seriyasının 10-cu turunda “Spal” ilə səfər matçında “poker” edərək qollarının sayını 20-yə çatdırıb.Beləliklə, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn (“Tottenhem”) və Mauro İkardinin (“İnter”) isə aktivində 18 top var.Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb.xeber100.com

Yanvar 8, 2018 1:44

“Anji” futbol klubunun rəsmi açıqlamasına əsasən…

Azərbaycanlı futbolçu Ayaz Quliyev “Anji”dən ayrılıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmi açıqlama verib.Bildirilib ki, transfer hüququ “Spartak”a məxsus olan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında son verilib. 21 yaşlı futbolçu son iki mövsümü Dağıstan klubunun heyətində keçirib. O, 2016/17 və 2017/18 mövsümündə ümumilikdə 22 matçda meydana çıxıb və 1 qola imza atıb.Qeyd edək ki, Ayaz Quliyev milli komandamıza namizəd futbolçulardan biridir. Yığmamızın baş məşqçisi Qurban Qurbanov onun yaxşı çıxış edəcəyi halda, milliyə çağrıla biləcəyini demişdi.xeber100.com

Yanvar 7, 2018 8:49

“Beşiktaş”ın hücumçusu “Everton”a keçib

“Beşiktaş”ın hücumçusu Cenk Tosun “Everton”a keçib.Apasport.az saytının məlumatına görə, gözlənilən transfer artıq rəsmiləşib.Türkiyə millisinin forvardı üçün Liverpul təmsilçisi “qara qartallar”a 28 milyon avro ödəyəcək.Futbolçu ilə 4.5 illik müqavilə imzalanıb ki, Cenk “Everton”da illik 4 milyon avro qazanacaq.Qeyd edək ki, bu transfer türk futbol tarixinin ən bahalı keçidi olub. Mövsümün əvvəlində “Başakşehir”dən “Roma”ya keçən Cengiz Ünder üçün 15 milyon avro ödənmişdi.xeber100.com

Yanvar 7, 2018 8:38
    Page 580 of 831« First«...102030...578579580581582...590600610...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az