İspaniya çempionatının XXII turu çərçivəsində dörd oyun keçirilib

Fevralın 4-də futbol üzrə İspaniya çempionatının XXII turu çərçivəsində dörd oyun keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında "Xetafe" doğma meydanda "Leqanes"i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.Günün ikinci qarşılaşmasında "Barselona" komandası "Espanyol"un qonağı olub. Birinci hissədə komandalar fərqlənə bilməyiblər. Görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Herard Moreno hesabı açıb. Matçın 82-ci dəqiqəsində Jerar Pike hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq, görüşdə qalib müəyyənləşməyib – 1:1."Jirona"-"Atletik" oyununda qələbəni meydan sahibləri qeyd ediblər. Belə ki, Kristian Stuaninin görüşün 7-ci və 65-ci dəqiqələrində vurduğu qollar "Jirona"nın qələbəsini rəsmiləşdirib – 2:0.Günün sonuncu qarşılaşmasında isə "Atletiko Madrid" və "Valensiya" komandaları üz-üzə gəliblər. Komandaların cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Madrid təmsilçisi matçın 59-cu dəqiqəsində istəyinə çatıb. Anxel Korreanın qolu ilə "Atletiko Madrid" 1:0 hesablı qələbə qazanıb.Qeyd edək ki, hesabında 58 xal "Barselona" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Atletiko Madrid" 49 xalla ikinci, "Valensiya" 40 xalla üçüncü, "Real Madrid" 39 xalla dördüncü, "Vilyareal" isə 37 xalla beşinci pillədə yer alıb.xeber100.com

Fevral 5, 2018 2:03