08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İtaliya A seriyasının 24-cü turu çərçivəsində

İtaliya A seriyasının 24-cü turu çərçivəsində keçirilən “Fiorentina” – “Yuventus” matçı Canluici Buffon üçün əlamətdar olub.Apasport.az saytının məlumatına görə, Turin klubunun əfsanəvi qapıçısı doğma komandasında yubiley oyununa çıxıb.Belə ki, “Fiorentina” ilə qarşılaşmada Buffon A seriyasında 500-cü dəfə forma geyinib.Qeyd edək ki, “Yuventus” rəqibini 2:0 hesabı ilə məğlub edib.xeber100.com

Fevral 10, 2018 5:55

Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində

Seneqal millisi Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsinə hazırlıq məqsədilə oynayacağı yoxlama matçları üçün rəqib axtarır. Apasport.az saytının məlumatına görə, “Şirlər”in bu ölkədə Azərbaycanla qarşılaşacağı iddia olunur.Afrikalılar hətta yığmamızla oyunun tarixini də açıqlayıblar. Bu ölkənin mətbuatı Azərbaycan – Seneqal matçının martın 23-də baş tutacağını qeyd ediblər.Hərçənd, həmin gün Qurban Qurbanovun yetirmələri Belarusu qəbul edəcəklər. İstisna olunmur ki, rəqib axtarışında olan AFFA belaruslularla danışıqlardan öncə Afrika təmsilçisi ilə də matçın təşkilini müzakirə ediblər.Böyük ehtimalla, seneqallılarla anlaşma meydan amilinə görə alınmayıb. Çünki afrikalılar matçın Mərakeşdə baş tutacağını qeyd ediblər. Bu isə komandamızın yeni baş məşqçisinin planlarına daxil olmadığından, DÇ-2018-in iştirakçısı ilə duel baş tutmayıb.xeber100.com

Fevral 10, 2018 5:47

Həndbol Federasiyasının məlumatı

Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol yığması Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, əvvəlcə fevralın 7-də meydan sahibləri (2002-2003-cü il təvəllüdlü qızlar) ilə üz-üzə gələn təmsilçilərimiz gərgin keçən görüşdən 25:24 hesabı ilə məğlub ayrılıblar. Fevralın 8-də yeniyetmə qızlarımız krasnodarlı həmyaşıdları ilə yenidən qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən bu matçda tərəflərin cəhdlərinə baxmayaraq, qalib müəyyənləşməyib - 22:22.Xatırladaq ki, turnirə fevralın 12-də yekun vurulacaq.xeber100.com

Fevral 9, 2018 1:04

“Barselona” futbol klubu “Sevilya” ilə qarşılaşacaq

“Barselona” futbol klubu İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Valensiya” klubu ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Mestalya” stadionunda keçirilən qarşılaşmada kataloniyalılar rəqiblərinə 2:0 hesabı ilə qalib gəliblər. İlk oyunda da rəqibini məğlub edən (1:0) “Barselona” “Kral kuboku”nun finalına yüksəlib.Həlledici qarşılaşmada Ernesto Valverdenin yetirmələrinin rəqibi “Sevilya” klubu olacaq.xeber100.com

Fevral 9, 2018 1:00

“Zirə” futbol klubu yeni müqavilə imzalayıb

“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb.İyirmi altı yaşlı müdafiəçi cari mövsümün sonunadək Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.xeber100.com

Fevral 9, 2018 12:57

Stolüstü tennis üzrə Avropa təsnifat turniri keçiriləcək

Fevralın 12-13-də Çexiyanın Xodonin şəhərində stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.Azərtac xəbər verir ki, 33 oğlan və 29 qız tennisçinin qatıldığı turnirdə qalib gələn 4 idmançı cari ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarına lisenziya qazanacaq.Qeyd edək ki, artıq 1 idmançımız Olimpiya Oyunlarına lisenziya əldə edib.xeber100.com

Fevral 9, 2018 12:54

“Kəpəz” klubu qış transferi dövründə

“Kəpəz” klubu qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.Azərtac kluba istinadla xəbər verir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıblar. Hər iki oyunçu mövsümün sonunadək Gəncə klubunda çıxış edəcək.İ.Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.xeber100.com

Fevral 9, 2018 12:19

Həndbol üzrə beynəlxalq turnirə start verilib

Rusiyanın Krasnodar şəhərində həndbol üzrə beynəlxalq turnirə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına hazırlıq məqsədilə 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət yığma komandamız turnirdə iştirak edir.Turnirə fevralın 12-də yekun vurulacaq.xeber100.com

Fevral 8, 2018 1:23

Futbol üzrə yoldaşlıq oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan milli komandası Bakıda yoldaşlıq oyunu keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 23-də Bakı Olimpiya Stadionunda Belarus yığması ilə görüşəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.Qeyd edək ki, yığmamız iyunun 9-da səfərdə Latviya millisi ilə yoldaşlıq görüşü keçirəcək.xeber100.com

Fevral 8, 2018 1:19

Dünya Karate Federasiyasının 2018-ci ildə…

Böyüklərdən ibarət karate üzrə milli komandamızın ikinci heyətinin 6 üzvü fevralın 8-12-də İspaniyanın Qvadalaxara şəhərində nüfuzlu turnirdə iştirak edəcək.Azərtac xəbər verir ki, milli komandanın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (60 kq), Rafiz Həsənov (67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi 75 kq), Pənah Abdullayev (84 kq) və Fidan Teymurova (50 kq) yer alıblar.İspaniyada təşkil olunacaq A seriyası yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir.Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Premyer Liqa turnirinə hazırlığı davam etdirir.xeber100.com

Fevral 8, 2018 1:16
    Page 564 of 831« First«...102030...562563564565566...570580590...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az