Azərbaycan çempionatında final qarşılaşmaları keçiriləcək

Yanvarın 31-də kişi boksçular arasında Azərbaycan çempionatında final qarşılaşmaları keçiriləcək.Azərtac xəbər verir ki, 10 çəki dərəcəsi üzrə yarımfinal qarşılaşmalarının nəticələrinə əsasən bütün finalçılar müəyyənləşib.Ümumiyyətlə, on çəki dərəcəsində finala vəsiqə qazanan idmançılar aşağıdakılardır: 49 kq çəki dərəcəsində - Hacıbala Fərzəliyev (“Rabitə” İK) - Araz İmaməliyev (“Gilan” İK); 52 kq çəki dərəcəsi - Məsud Yusifzadə (“Rabitə” İK) - Ramazan Abdullayev (Balakən); 56 kq çəki dərəcəsi - Tayfur Əliyev (MOİK) – Ümid Rüstəmov (“Rabitə” İK, DİN); 60 kq çəki dərəcəsi - Sayad Lalayev (MOİK) - Cavid Çələbiyev (“Qəbələ” İK); 64 kq çəki dərəcəsi - Fərid Ağamoğlanov (“Qəbələ” İK) – Elvin İsayev (“Gilan” İK); 69 kq çəki dərəcəsi - Nicat Məmmədov (“Qızıl Əlcək” İK) - Elnur Süleymanov (“Gilan” İK); 75 kq çəki dərəcəsi - İsmayıl Hüseynov (“Qəbələ” İK) – Hidayət Musayev (“Kür” İK); 81 kq çəki dərəcəsi - Eldar Quliyev (“Gilan” İK) – Rauf Rəhimov (“Qəbələ” İK); 91 kq çəki dərəcəsi - Qulaməli Aslanov (“Gömrükçü” İK) - Rahil Məmmədli (“Qəbələ” İK); 91 kq-dan yuxarı çəki dərəcəsi - Ağalar Sadıqzadə (Naxçıvan) – Məhəmməd Abdullayev (“Rabitə” İK); Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın heyətində 203 boksçu qatılıb.Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.xeber100.com

Yanvar 31, 2018 2:27