06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Keşlə” futbol klubu hazırlıq prosesi çərçivəsində

Antalyada təlim-məşq toplanışında olan Bakının “Keşlə” futbol klubu hazırlıq prosesi çərçivəsində ikinci yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın “Karpatı” klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb. Komandamızın heyətində Əlibəy Məmmədli fərqlənib.Qeyd edək ki, “Keşlə” Antalyada keçirdiyi ilk yoxlama matçında Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabı ilə qalib gəlib.xeber100.com

Yanvar 30, 2018 12:45

Braziliyalı futbolçusu “Beşiktaş”a transfer olub

Braziliyalı futbolçu Vaqner Lav “Alanyaspor” klubundan “Beşiktaş”a transfer olub.Azərtac İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı hücumçu “Beşiktaş”la 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıb.Transfer məbləğinin 3,7 milyon avro olduğu bildirilir.Qeyd edək ki, Vaqner Lav ötən mövsüm 28 oyunda 23 qol vurmaqla Türkiyə çempionatının bombardiri olub. Cari mövsümdə isə forvard çempionatda 14 maç keçirib və 10 dəfə fərqlənib.xeber100.com

Yanvar 30, 2018 12:42

“Qarabağ” futbol klubu beşinci yoxlama oyununu keçirib

Ağdamın “Qarabağ” futbol klubu Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində beşinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Bosniya və Herseqovinanın “Sarayevo” komandası ilə qarşılaşıb.“Qarabağ” görüşdən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Antalya toplanışı çərçivəsində “Kuban”la 2:2, “Lexiya” ilə 1:1 və “Şkupi” ilə 0:0 hesablı heç-heçə edib, “Mariupol”a isə 2:3 hesabı ilə məğlub olub.xeber100.com

Yanvar 30, 2018 12:39

“Persian Cup-2018” beynəlxalq turnirində

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş “Persian Cup-2018” beynəlxalq turnirində ikinci oyununu keçirib.Azərtac xəbər verir ki, İspaniya yığması ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub.Komandamızın qolunu Orxan Məmmədov vurub.Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda İran yığmasına 2:3 hesabı ilə uduzub.xeber100.com

Yanvar 29, 2018 12:07

Boksçular arasında Azərbaycan çempionatı davam edir

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, 39 komandanın qatıldığı yarışın üçüncü günündə 32 döyüş keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.Çempionatda 49 və 91 kiloqram çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 52, 64, 69 və 75 kiloqram çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.Bu gün çempionatda 8 çəki dərəcəsi üzrə 32 görüş keçiriləcək.xeber100.com

Yanvar 29, 2018 12:04

“Barselona” futbol klubu La Liqanın 21-ci turunda

“Barselona” futbol klubu La Liqanın 21-ci turunda “Alaves”i 2:1 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisi İspaniya La Liqasında məğlubiyyətsiz oyunlar seriyası üzrə rekordunu təkrarlayıb.Azərtac xəbər verir ki, sonuncu dəfə “Barselona” 2009/2010-cu il mövsümündə 21 tur məğlub olmayıb. Kataloniyalılar bu oyunlardan 17-də qələbə qazanıb, 4-də isə heç-heçə ediblər. Cari mövsüm isə “Barselona”nın hesabında 18 qələbə var.Hazırda İspaniya çempionatına 57 xalla “Barselona” başçılıq edir. Aktivində 46 xal olan “Atletiko” ikinci , “Valensiya” 40 xalla üçüncü, bir oyun az keçirən “Real” isə 38 xalla dördüncü sırada qərarlaşıb.xeber100.com

Yanvar 29, 2018 12:02

Milli Karate Federasiyasının məlumatı

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev (75 kq) Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub.Azərtac Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübarizə aparıb.Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir fevralın 16-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.Qeyd edək ki, yanvarın 30-da Bakıya dönəcək karateçilərimiz növbəti yarışa hazırlığı davam etdirəcəklər.xeber100.com

Yanvar 29, 2018 11:56

“Zirə” futbol klubu “Voluntari” klubu ilə qarşılaşıb

Antalyada təlim-məşq toplanışında olan Bakının “Zirə” futbol klubu ilk yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşıb.Görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Elşən Abdullayev və Vüsal İsgəndərli vurublar.xeber100.com

Yanvar 29, 2018 11:51

Həndbol Federasiyasının məlumatı

Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, ölkə birinciliyinin növbəti turu çərçivəsinə iki görüş keçirilib. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini nominal ev sahibi kimi qəbul edən “Məhsul” komandası 25:21 hesabı ilə qələbə qazanıb.Günün digər matçında isə “Təhsil” və “Bakı” komandaları qarşılaşıblar. Görüş paytaxtın eyniadlı təmsilçisinin 35:27 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com

Yanvar 29, 2018 11:49

“Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb.Matçın 30-cu dəqiqəsində Vurğun Hüseynovun qolu ilə “Sumqayıt” hesabda önə keçsə də, 44-cü dəqiqədə Aleksandar Mişov hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 31-də Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək.xeber100.com

Yanvar 29, 2018 11:47
    Page 569 of 830« First«...102030...567568569570571...580590600...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az