Voleybol üzrə Liqa yarışlarına start verilib

Voleybol üzrə qadınlar və kişilər arasında birinci Liqa yarışlarına start verilib.Azərtac xəbər verir ki, 19 komandanın iştirak etdiyi yarışda 10 kişi, 9 qadın klubu mübarizə aparır.Azərbaycan Voleybol Mərkəzində əvvəlcə meydançaya “Azərreyl-1” və “Xətai” komandaları çıxıblar. “Azərreyl-1” görüşdən 3:0 hesabı ilə qalib ayrılıb.Oyundan sonra birinci Liqanın rəsmi açılış mərasimi olub.Mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və qurumun vitse-prezidentləri iştirak ediblər.Komandalar meydançaya dəvət edildikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Federasiyanın vitse-prezidenti Vaqif Əliyev Azərbaycan voleybolunun uğurlarından danışıb, yarışın iştirakçılarına uğurlar arzulayıb.Sonra birinci Liqa yarışları açıq elan olunub.Açılış mərasimindən sonra Azərbaycan Voleybol Mərkəzində kişi komandalarından “ATU” və “BOS-Şelf” üz-üzə gəliblər. Görüş 3:1 hesabı ilə “BOS-Şelf” komandasının qələbəsi ilə başa çatıb. “Şəki”-“İqtisadçı” komandalarının görüşündə isə ikincilər 3:2 hesabı ilə qələbə qazanıblar.Daha sonra qadın komandaları meydana çıxıblar. “Gəncə” ilə qarşılaşan UNEC komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.Qadınlar və kişilər arasında birinci Liqa yarışları iki dövrədən, pley-off və final mərhələsindən ibarətdir.xeber100.com

Yanvar 25, 2018 2:34