Bakıda 18 şahmatçı, o cümlədən üç beynəlxalq usta və üç FIDE ustasının iştirakı ilə kişilər arasında Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, üç turdan sonra hərəyə 2,5 xal toplamış beynəlxalq ustalar Abdulla Qədimbəyli, Nail Bəşirli, FIDE ustası Rəvan Əliyev və Xəzər Babazadə irəlidədir. Sadiq Məmmədov, Gövhər Beydullayeva və Vüqar Əsədlinin 2 xalı var. Daha üç şahmatçı 1,5 xal toplayıb.İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarışda bir partiya üçün vaxta nəzarət ilk 40 gediş üçün 90 dəqiqə, sonrakı birinci gedişdən başlayaraq, hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.Azərbaycan Şahmat Federasiyasının binasında keçirilən ölkə çempionatının qalibi yanvarın 24-də məlum olacaq.xeber100.com