08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Azərreyl” voleybol klubu növbəti transferini reallaşdırıb

Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu növbəti transferini reallaşdırıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisi ukraynalı Viktoriya Dedkova ilə mövsümün sonunadək müqavilə imzalayıb.Otuz yaşlı voleybolçu son iki mövsümü Qazaxıstanın “Altay” komandasında keçirib.xeber100.com

Yanvar 25, 2018 2:25

Sambo üzrə Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyi keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, birincilikdə 10 çəki dərəcəsi üzrə 141 idmançı mübarizə aparıb.Yarışda Orxan Qəhrəmanov (48 kq), Hacalı Qasımov (52 kq), Sübhan İsrafilli (56 kq), Əjdər Əsədov (60 kq), Vüsal Mürsəqulov (65 kq), Adil Adilzadə (70 kq), Ağami Məmmədov (75 kq), Vüqar Ağayev (81 kq), Xəlil Cəlilzadə (87 kq) və Elvin Tarverdiyev (87 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.xeber100.com

Yanvar 25, 2018 2:23

“Arsenal” klubu “Borussiya” ilə danışıqları davam etdirir

“Arsenal” klubu forvard Pyer-Emerik Obameyanqın transferi barədə “Borussiya” ilə danışıqları davam etdirir.Azərtac xəbər verir ki, dortmundlular 60 milyon avro müqabilində 28 yaşlı forvarddan imtina etməyə hazırdırlar. Bir şərtlə ki, London klubu sövdələşməyə Olivye Jirunu da əlavə etsin.“Arsenal” Obameyanqın transferi haqqında müqaviləni yanvarın 30-da İngiltərə Premyer-Liqasında “Suonsi” ilə oynanılacaq matça qədər imzalamağı planlaşdırır.Daha əvvəl bildirilirdi ki, “Borussiya” forvardı “Arsenal”a 50 milyon funt sterlinqən çox məbləğə satmaqdan imtina edib.xeber100.com

Yanvar 25, 2018 2:17

Milli komandalar arasında yoldaşlıq oyunu keçiriləcək

Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.Azərbaycan-Makedoniya oyunu martın 27-də təşkil olunacaq.xeber100.com

Yanvar 25, 2018 2:10

Karate üzrə 2018-ci il yarış mövsümünə start verilib

Böyüklərdən ibarət karate üzrə milli komandamız 2018-ci il yarış mövsümünə start verir.Azərbaycan Milli Karate Federasiyasından (AMKF) Azərtac bildirilib ki, kişi və qadın karateçilər yanvar 26-28-də Fransanın paytaxtı Parisdə “Karate-1 Premyer Liqa” turnirində iştirak edəcəklər.AMKF-nin prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov və baş katib Mirhəsən Seyidov Fransaya yola düşən heyətin tərkibindədir.Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu liqa yarışında 15 karateçimiz mübarizə aparacaq. Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev, milli komandanın məşqçiləri Vahid Ayvazov, Qurban Tağıyev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev bəzi çəkilərdə iki idmançını sınaqdan keçirməyə üstünlük verib.Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov (hər ikisi 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (67 kq-dan yuxarı) medal qazanmaqla bərabər, dünya reytinq xallarını artırmağa çalışacaqlar.xeber100.com

Yanvar 24, 2018 2:59

Antalyada təlim-məşq toplanışı çərçivəsində…

Antalyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.Azərtac xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunun 45-ci dəqiqəsində Gürcüstan millisinin üzvü avtoqolla yadda qalıb.Əvvəlki oyunlarda "Alanyaspor" klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-21 millisinə məğlub olub - 0:1.Qeyd edək ki, U-21 növbəti oyununu yanvarın 26-da Albaniyanın müvafiq yaş qrupuna qarşı keçirəcək.xeber100.com

Yanvar 24, 2018 2:57

“Səbail” futbol klubu ilk yoxlama oyununu keçirib

Bakının “Səbail” futbol klubu Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Çernomorets” klubu ilə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.Qeyd edək ki, “Səbail” Antalyada ikinci oyununu yanvarın 26-da Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.xeber100.com

Yanvar 24, 2018 2:49

“Azərreyl” voleybol klubu Ukrayna millisinin üzvünü heyətinə cəlb edib

Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Ukrayna millisinin üzvünü heyətinə cəlb edib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Alla Politanskaya ilə mövsümün sonunadək müqavilə imzalayıb.Otuz yaşlı voleybolçu “Azərreyl”ə “Ximik” klubundan transfer olub.Qeyd edək ki, Alla Politanskaya 2013-cü ildən milliyə dəvət olunur.xeber100.com

Yanvar 24, 2018 2:39

“Barselona” klubunun müdafiəçisi karyerasını Çində davam etdirəcək

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Maskerano karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirəcək.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, transferin rəsmi müqaviləsi yanvarın 26-da 10 milyon avro müqabilində imzalanacaq.Qeyd edək ki, argentinalı futbolçu 2010-cu ildən Kataloniya klubunun şərəfini qoruyur. O, bu müddət ərzində 334 rəsmi oyuna çıxıb və “Barselona” ilə 18 mükafat qazanıb.xeber100.com

Yanvar 24, 2018 2:33

“Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək

Yanvarın 25-26-da İranın Mehşəhr şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. Turnir yunan-Roma güləşçilərinin reytinq xallarının hesablanacağı ilk yarışdır.Azərtac xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamızın üzvləri yarışda baş məşqçi Şaban Donat və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında iştirak edəcəklər. Heyətdə Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq), Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (72 kq), Nəsir Həsənov (77 kq), Türmən Eyyubov və Orxan Nuriyev (hər ikisi 97 kq) yer alıblar.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək.2018-ci ilin təqvim planında nəzərdə tutulan qitə və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.xeber100.com

Yanvar 24, 2018 2:24
    Page 572 of 831« First«...102030...570571572573574...580590600...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az