04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avropa Futbol Assosiasiyaları İttifaqının məlumatı

Doqquz milli futbol assosiasiyası UEFA-nın 2020-ci il Superkubokunu keçirməyə maraq göstərdiyini bildirib.Azərtac xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.Superkubok üçün yerin seçilməsi proseduru 2017-ci il dekabrın 8-də başlayıb. 2018-ci il yanvarın 12-dək milli assosiasiyalar oyunu keçirmək istədiklərini bildirməli idilər. Qeyd olunur ki, 2020-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi edəcək milli assosiasiyalar seçkilərdə iştirak edə bilməzlər.Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nits), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişineu), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) Superkubok uğrunda oyunun keçirilməsində maraqlı olduqlarını bildiriblər.Superkubok oyununun keçirilməsi hüququ üçün müraciət assosiasiyalar tərəfindən 2018-ci il martın 29-dək edilməlidir. Oyunun keçirilmə yeri 2018-ci ilin mayında seçiləcək.xeber100.com

Yanvar 16, 2018 1:35

Şahmat üzrə “Tata Steel Chess” superturnirində III tura yekun vurulub

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub.Azərtac xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib. 33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib. Bu nəticədən sonra Ş.Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb.Turnirə 2,5 xalla Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.xeber100.com

Yanvar 16, 2018 1:33

Bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib

Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında təmsil olunub.Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə hərəkətlərdə göstərərək dördüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışda beşinci olub.Turnirdə Azərbaycanın aktivinə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.xeber100.com

Yanvar 16, 2018 1:30

“Atletiko Bilbao” futbol klubu yeni müqavilə imzalayıb

“Atletiko Bilbao” futbol klubu müdafiəçi İniqo Lekue ilə müqaviləni yeniləyib.Azərtac xəbər verir ki, klub futbolçu ilə 2023-cü ilədək anlaşma imzalayıb.Müdafiəçinin hazırkı məvacibi 40 milyon avro təşkil edir. Gələcəkdə məvacib 50 milyon avro olacaq.Qeyd edək ki, müdafiəçi İspaniya çempionatının cari mövsümündə 16 oyunda meydana çıxıb.xeber100.com

Yanvar 16, 2018 1:27

“Neftçi” futbol klubunun təlim-məşq toplanışı çərçivəsində

“Neftçi” futbol klubunun təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, komandamız yanvarın 30-da Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.“Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, üç gün sonra Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, yanvarın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.xeber100.com

Yanvar 15, 2018 2:13

Yunan-Roma güləşi üzrə XXI respublika turniri keçiriləcək

Yanvarın 16-17-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə sayca XXI açıq respublika turniri keçiriləcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, turnir 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 100 kiloqram çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kiloqram çəkidə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilərin iştirak edəcəklər.İlk gün yunan-Roma, ikinci yarış günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.Çəki dərəcələri üzrə ilk üç yeri tutacaq idmançılar diplom və medalla mükafatlandırılacaqlar.xeber100.com

Yanvar 15, 2018 2:11

“Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub

Türkiyə toplanışı çərçivəsində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub.Azərtac xəbər verir ki, Gəncə klubu Antalyada Koreya Respublikasının “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq.Xatırladaq ki, “sarı-göylər” qardaş ölkədə dörd yoxlama görüşü keçirəcəklər. Rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşmişdi. Belə ki, komandamız asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), yanvarın 28-də “Yagelloniya” (Belostok, Polşa) və üç gün sonra “Spartak” (Subotiça, Serbiya) klubları ilə üz-üzə gələcək.xeber100.com

Yanvar 15, 2018 1:30

“Zirə” klubu növbəti yoxlama oyununu keçirib

“Zirə” futbol klubu yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, əsas komanda əvəzedici heyətlə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş əsas komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matçda ilk iki qolu Vüsal İsgəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurublar. Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb.“Zirə” növbəti matçını yanvarın 19-da “Keşlə”yə qarşı keçirəcək.xeber100.com

Yanvar 15, 2018 1:26

Xorvatiyada keçirilən karate üzrə 27-ci Qran-Pri turnirində

Yeniyetmələrin ardından gənclərdən ibarət milli komandamız Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turnirində medallara sahib olub.Azərtac Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, gənc karateçilərimiz yarışda iki gümüş və üç bürünc medal qazanıblar.Ülvi Qurbanov (60 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) nüfuzlu beynəlxalq turnirin ikinci pilləsində yer alıblar. Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və Elcan Məmmədrzayev (60 kq) isə yarışı üçüncü pillədə başa vurublar.Məhəmməd Məmmədov (65 kq), Ruslan Əhmədov (75 kq) və Murad Balakişiyev (84 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar. Aytac Əliyeva (55 kq) mübarizəni bürünc mükafatın bir addımlığında dayandırıb.xeber100.com

Yanvar 15, 2018 1:23

Qılıncoynatma Federasiyasının məlumatı

Qılıncoynatmanın şpaqa növü üzrə çıxış edən idmançımız Kənan Əliyev dünya kuboku yarışlarına hazırlaşır.Azərbaycan Qılıncoynatma Federasiyasından Azərtac-a bildirilib ki, K.Əliyev yanvar 19-23-də baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında Kiyevdə təlim-məşq toplanışında iştirak edəcək.Şpaqaçımız yanvarın 25-26-da Almaniyanın Haydenhaym şəhərində keçiriləcək dünya kuboku yarışlarında mübarizə aparacaq.xeber100.com

Yanvar 15, 2018 1:20
    Page 576 of 830« First«...102030...574575576577578...590600610...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az