08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlaması

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, planetin ən yaxşı 402 komandasının yer aldığı siyahıda Azərbaycan üç klubla təmsil olunub.IFFHS-in tərtib etdiyi cədvəldə Ağdam təmsilçisi “Qarabağ” klubu 136 xalla 93-cü pillədə yer alıb. Siyahıdakı digər təmsilçimiz “Zirə” isə 72 xalla dörd klubla 296-cı yeri bölüşüb. Hesabında 65 xal olan “Qəbələ” isə 353-cü pillədədir.Qeyd edək ki, siyahıya İspaniyanın “Real Madrid” klubu 328 xalla başçılıq edir. Braziliya “Qremio”su 286 xalla ikinci, İngiltərə təmsilçisi “Mançester Yunayted” isə 284 xalla üçüncüdür.xeber100.com

Yanvar 17, 2018 10:41

“Neftçi” futbol klubu birillik müqavilə imzalayıb

Bakının “Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac kluba istinadla xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsia ilə birillik müqavilə bağlanıb.Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın “Serro Portenyo”, “İndependiente”, “Sportivo Lukeno”, “Deportivo Kapiata”, “Nasional” və Kolumbiyanın “Atletiko Huila” klublarında çıxış edib.xeber100.com

Yanvar 17, 2018 10:36

“Kəpəz” futbol klubu transfer çalışmalarını davam etdirir

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha üç futbolçunu heyətinə qatıb.Azərtac kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi bir yerli və iki əcnəbi oyunçu ilə güclənib.“Sarı-göylər” ukraynalı qapıçı Serqey Litovçenko, gürcü əsilli yarımmüdafiəçi Giuli Manjqaladze və digər orta xətt oyunçusu Tərzin Cahangirovla anlaşıblar.S.Litovçenko ilə mövsümün sonunadək, G.Manjqaladze və T.Cahangirovla isə bir illik müqaviləyə imza atılıb.xeber100.com

Yanvar 17, 2018 10:25

Futzal Federasiyasının məlumatına görə…

Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək vətəninə baş çətən futzalçı Olimpik Starda keçiriləcək məşqə qoşulacaq.Xatırladaq ki, ötən ilin aprel ayrında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edən Fineo dekabrda İranda təşkil edilən beynəlxalq turnirə dəvət edilməmişdi. Yaponiya ilə məsafənin uzaq və saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərəcəyini bildirmişdi.xeber100.com  

Yanvar 17, 2018 10:22

Yunan-Roma güləşi üzrə XXI respublika turniri start götürüb

Yanvarın 16-da Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq respublika turniri start götürüb.Azərtac xəbər verir ki, beynəlxalq turnir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.Dünya Güləş Birliyinin qaydalarına əsasən sərbəst güləşçilər Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110, yunan-Roma güləşçiləri isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Turnirdə 2001-2002-ci il təvəllüdlü idmançılar güclərini sınayırlar. İki gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.Yarışların birinci günündə yunan-Roma, ertəsi gün isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.xeber100.com

Yanvar 16, 2018 1:39

Avropa Futbol Assosiasiyaları İttifaqının məlumatı

Doqquz milli futbol assosiasiyası UEFA-nın 2020-ci il Superkubokunu keçirməyə maraq göstərdiyini bildirib.Azərtac xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.Superkubok üçün yerin seçilməsi proseduru 2017-ci il dekabrın 8-də başlayıb. 2018-ci il yanvarın 12-dək milli assosiasiyalar oyunu keçirmək istədiklərini bildirməli idilər. Qeyd olunur ki, 2020-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi edəcək milli assosiasiyalar seçkilərdə iştirak edə bilməzlər.Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nits), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişineu), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) Superkubok uğrunda oyunun keçirilməsində maraqlı olduqlarını bildiriblər.Superkubok oyununun keçirilməsi hüququ üçün müraciət assosiasiyalar tərəfindən 2018-ci il martın 29-dək edilməlidir. Oyunun keçirilmə yeri 2018-ci ilin mayında seçiləcək.xeber100.com

Yanvar 16, 2018 1:35

Şahmat üzrə “Tata Steel Chess” superturnirində III tura yekun vurulub

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub.Azərtac xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib. 33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib. Bu nəticədən sonra Ş.Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb.Turnirə 2,5 xalla Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.xeber100.com

Yanvar 16, 2018 1:33

Bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib

Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında təmsil olunub.Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə hərəkətlərdə göstərərək dördüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışda beşinci olub.Turnirdə Azərbaycanın aktivinə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.xeber100.com

Yanvar 16, 2018 1:30

“Atletiko Bilbao” futbol klubu yeni müqavilə imzalayıb

“Atletiko Bilbao” futbol klubu müdafiəçi İniqo Lekue ilə müqaviləni yeniləyib.Azərtac xəbər verir ki, klub futbolçu ilə 2023-cü ilədək anlaşma imzalayıb.Müdafiəçinin hazırkı məvacibi 40 milyon avro təşkil edir. Gələcəkdə məvacib 50 milyon avro olacaq.Qeyd edək ki, müdafiəçi İspaniya çempionatının cari mövsümündə 16 oyunda meydana çıxıb.xeber100.com

Yanvar 16, 2018 1:27

“Neftçi” futbol klubunun təlim-məşq toplanışı çərçivəsində

“Neftçi” futbol klubunun təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, komandamız yanvarın 30-da Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.“Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, üç gün sonra Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, yanvarın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.xeber100.com

Yanvar 15, 2018 2:13
    Page 576 of 831« First«...102030...574575576577578...590600610...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az