04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına start verib

“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına Bakıda start verib.Azərtac xəbər verir ki, tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların hazırlığa qatılmasına müsbət rəy verilib.Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Yanvarın 13-dək komanda məhz burada gündə iki dəfə məşq edəcək.Komanda qış hazırlığının ikinci hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.xeber100.com

Yanvar 8, 2018 2:36

U-17 millisi Antalyada təlim-məşq toplanışı keçəcək

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yanvarın 10-da Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verəcək.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, 10 gün davam edəcək hazırlıq prosesinə, ümumilikdə 23 oyunçu dəvət olunub.Heyətdə Elvira Əsgərzadə, Minarə Gözəlova, Nərmin Əhmədli, Sona Rəhimova, Aytac Nemətova, Lamiyə Əlizadə (hamısı “Təhsil”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Baku Siti”), Ləman Niftəliyeva, Alina Nəhmədova, Ümnisə Əliyeva (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Fidan Abdulrəhmanova (“Keşlə”), Firdes Güngör, Canan Qaraquş (hər ikisi “Pendikspor”, Türkiyə), Melis Ersoy (“Karabük Gənclikspor”, Türkiyə), Beyzanur Aslan (“Antalyaspor”, Türkiyə), Gizem Arık (“Kanalboyu Nilüfərspor”, Türkiyə), Birgül Çelik (“Çerkezköy 1923 Spor”, Türkiyə), Neslihan Bozqaya (“Kəmər”, Türkiyə) və Dilara Soley Deli (“Gütersloh”, Almaniya) yer alıblar.xeber100.com  

Yanvar 8, 2018 1:46

İtaliya “A” seriyasının 10-cu turunda…

“Qızıl buts” yarışında “Latsio”nun hücumçusu Çiro İmmobile liderliyi ələ keçirib.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, futbolçu İtaliya “A” seriyasının 10-cu turunda “Spal” ilə səfər matçında “poker” edərək qollarının sayını 20-yə çatdırıb.Beləliklə, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn (“Tottenhem”) və Mauro İkardinin (“İnter”) isə aktivində 18 top var.Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb.xeber100.com

Yanvar 8, 2018 1:44

“Anji” futbol klubunun rəsmi açıqlamasına əsasən…

Azərbaycanlı futbolçu Ayaz Quliyev “Anji”dən ayrılıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmi açıqlama verib.Bildirilib ki, transfer hüququ “Spartak”a məxsus olan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında son verilib. 21 yaşlı futbolçu son iki mövsümü Dağıstan klubunun heyətində keçirib. O, 2016/17 və 2017/18 mövsümündə ümumilikdə 22 matçda meydana çıxıb və 1 qola imza atıb.Qeyd edək ki, Ayaz Quliyev milli komandamıza namizəd futbolçulardan biridir. Yığmamızın baş məşqçisi Qurban Qurbanov onun yaxşı çıxış edəcəyi halda, milliyə çağrıla biləcəyini demişdi.xeber100.com

Yanvar 7, 2018 8:49

“Beşiktaş”ın hücumçusu “Everton”a keçib

“Beşiktaş”ın hücumçusu Cenk Tosun “Everton”a keçib.Apasport.az saytının məlumatına görə, gözlənilən transfer artıq rəsmiləşib.Türkiyə millisinin forvardı üçün Liverpul təmsilçisi “qara qartallar”a 28 milyon avro ödəyəcək.Futbolçu ilə 4.5 illik müqavilə imzalanıb ki, Cenk “Everton”da illik 4 milyon avro qazanacaq.Qeyd edək ki, bu transfer türk futbol tarixinin ən bahalı keçidi olub. Mövsümün əvvəlində “Başakşehir”dən “Roma”ya keçən Cengiz Ünder üçün 15 milyon avro ödənmişdi.xeber100.com

Yanvar 7, 2018 8:38

“Qalatasaray”komandanın heyətində təmizliyə start verib

“Qalatasaray”a yenidən baş məşqçi təyin olunan Fatih Terim artıq komandanın heyətində təmizliyə start verib.Apasport.az klub saytına istinadən xəbər verir ki, Naycel De Yonqun müqaviləsinə xitam verilib.Hollandiyalı futbolçu bu mövsüm heç bir oyunda meydana çıxmayıb.Qeyd edək ki, daha əvvəl “Milan” və “Mançester Siti” kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında 2il müddətinə “Los Anceles Qalaksi” klubundan transfer edilmişdi.xeber100.com

Yanvar 6, 2018 10:40

Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində ilk matçına yanvarın 30-da çıxacaq.2018-ci ilin ilk qarşılaşmasındakı rəqib Moldova millisi olacaq. Bu, yığmamızın yeni baş məşqçisi Qurban Qurbanovun postunda debüt matçı kimi tarixə düşəcək.Qeyd edək ki, millimizin Antalyadakı digər oyunu xeyli əvvəldən dəqiqləşmişdi. Qurbanovun yetirmələri fevralın 2-də Gürcüstan yığması ilə qarşılaşacaq.xeber100.com

Yanvar 6, 2018 10:33

F-1 Qran-Prisi 2020-ci ildə keçirilə bilər

Yanvarın 10-da Formula-1 yarışlarının icraçı direktoru Çeyz Keri Qran-Prinin Danimarkada keçirilməsi imkanlarını müzakirə etmək üçün Kopenhagen meri Frenk Censenlə görüşəcək.F1News.ru saytı xəbər verir ki, görüşə sənaye naziri Brayan Mikkelson, texnologiyalar və inkişaf üzrə mütəxəssis Helqe Sander və Saxo Bankın keçmiş sahibi Lars Seyer Kristensen dəvət olunub.Söhbət keçmiş Formula-1 pilotu Yan Maqnussenin təşəbbüs qrupuna daxil olduğu və çəkilməsində iştirak etdiyi Kopenhagenin tarixi mərkəzindəki 4,5 kilometrlik yol xəttindən gedir. Yerli mətbuat görüləcək işlərin büdcəsini 40-65 milyon avro məbləğində dəyərləndirir.Bununla bağlı qərar fevralın 1-dək qəbul ediləcək və müsbət nəticə əldə olunduğu halda Danimarka Qran-Prisi 2020-ci ilin təqviminə daxil edilə bilər.xeber100.com

Yanvar 5, 2018 10:49

“Zirə” futbol klubu mövsümün hazırlığına start verib

“Zirə” futbol klubu mövsümün ikinci yarısının hazırlığına start verib.Azərtac kluba istinadla xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunda bir araya gəlib. İlk olaraq baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib.Komandanı qarşıda çətin oyunlar gözlədiyini bildirən A.Abbasov futbolçulara tövsiyələrini verib. O, həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb.Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə komandanın yeni transferləri də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq.xeber100.com

Yanvar 5, 2018 10:46

“Qəbələ” futbol klubunda yeni təyinat gerçəkləşib

“Qəbələ” futbol klubunun məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.Azərtac xəbər verir ki, 2017-2018-ci il mövsümünün ilk yarısında əvəzedicilərin baş məşqçisi olan Elmar Baxşıyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərin “sükanı arxası”na keçənədək də bu komandada çalışmış 37 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.O, Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda Ramin Quliyevi əvəzləyib. Sonuncunun “Qəbələ”dəki fəaliyyəti 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edildiyi üçün başa çatıb.Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərən E.Baxşıyev ötən ilin yayında bu komandanın baş məşqçisi təyin olunmuşdu.xeber100.com

Yanvar 5, 2018 10:44
    Page 580 of 830« First«...102030...578579580581582...590600610...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az