08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Beşiktaş” klubunun futbolçusu “Everton” komandasına transfer olub

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Cenk Tosun İngiltərənin “Everton” komandasına transfer olub.Xarici KİV-lər xəbər verir ki, futbolçu 27 milyon avro müqabilində transfer olunacaq.İstanbul klubunun prezidenti Fikrət Orman “Everton” rəsmiləri ilə görüşündə əvvəllər təklif olunan 25 milyon məbləği daha iki milyon avro artırmağa müvəffəq olub. O, transferin həftəsonuna qədər rəsmiləşəcəyini bildirib.Qeyd edək ki, Cenk Tosun “Beşiktaş”a 2014-cü ildə “Qaziantepspor”dan keçib. O, İstanbul təmsilçisinin heyətində keçirdiyi 114 oyunda 55 qol vurub.xeber100.com

Yanvar 4, 2018 2:37

“Qarabağ” futbol klubu yoxlama oyunu keçirəcək

Ağdamın “Qarabağ” futbol klubu Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionunun bütün rəqibləri və oyunların keçiriləcəyi vaxt məlum olub.“Qarabağ” ilk matçında yanvarın 17-də Rusiyanın “Kuban” klubu ilə qarşılaşacaq. Baş məşqçi Qurban Qurbanovun komandası yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra isə Makedoniyanın “Şkupi” və Ukraynanın “Mariopul” klubları ilə üz-üzə gələcək.“Qarabağ”ın beşinci sınağı yanvarın 29-da Bosniya və Herseqovinanın “Sarayevo” komandasına qarşı olacaq. Sonuncu yoxlama matçında isə fevralın 3-də Monteneqronun “Mladost” komandası rəqib olacaq.xeber100.com

Yanvar 4, 2018 1:21

Futbol üzrə İspaniya çempionatının matçlarında…

Futbol üzrə İspaniya çempionatının matçlarının telekanallarda göstərilməsi hüquqlarının satışından bu ölkənin futbol klublarının gəlirləri məlum olub.Azərtac xəbər verir ki, La Liqada matçların translyasiya hüquqlarının satışından əldə edilmiş gəlirlərə görə birinci yeri “Barselona” tutub. Bu klub telekanallardan 146,2 milyon avro alıb. Madridin “Real” komandası kataloniyalı rəqibindən bir qədər geri qalaraq 140,1 milyon avro qazanıb. Liderlər üçlüyünü qapayan “Atletiko”nun qazancı isə 99,2 milyon avroya bərabər olub.2017-ci il ərzində La Liqada çıxış edən bütün komandaların oyunlarının telekanallarda göstərilməsi hüquqlarının satışından əldə edilmiş gəlirin ümumi məbləği 1246,7 milyon avroya bərabər olub.xeber100.com

Yanvar 4, 2018 1:16

2017-ci ilin ən yaxşı futbolçularının siyahısı açıqlanıb

İspaniyanın məşhur “Marca” nəşri 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.İspaniya KİV-lərinin verdiyi məlumata görə, “Real”a yaxınlığı ilə tanınan “Marca” ilin ən yaxşı futbolçusu kimi “Barselona”lı Lionel Messini seçib.Argentinalını “Real”ın qoleadoru Kriştianu Ronaldo izləyib. Siyahıda üçüncü yerdə “kral klubu”nun digər üzvü İsko qərarlaşıb.Ümumiyyətlə, 100 futbolçunun yer aldığı siyahıda “Real”ın 4 oyunçusu ilk “10-luq”da yer alıb. İlk “10-luq”: 1. Lionel Messi (“Barselona”) 2. Kriştianu Ronaldo (“Real”) 3. İsko (“Real”) 4. Harri Keyn (“Tottenhem”) 5. Luka Modriç (“Real”) 6. Kilian Mbappe (PSJ) 7. Canluici Buffon (“Yuventus”) 8. Neymar (PSJ) 9. Serxio Ramos (“Real”) 10. Kevin De Bruyne (“Mançester Siti”).xeber100.com

Yanvar 2, 2018 9:54

Beynəlxalq Şahmat Federasiyasının reytinqinə əsasən…

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2017-ci illə bağlı reytinqinə əsasən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2904 xalla üçüncü yerdə qərarlaşıb.Apa-nın məlumatına görə, FİDE reytinqinə əsasən hazırkı dünya çempionu Maqnus Karlsen 2834 xalla 2017-ci ili lider başa vurub.İkinci yerdə 2811 xalla amerikalı Fabiano Karuana qərarlaşıb.Qadın şahmatçılar arasında isə çinli Xou İfan 2680 xalla lider mövqeyindədir. İkinci yerdə çinli Tszyuy Ventszyun (2572 xal), üçüncü yerdə ukraynalı Anna Muzıçuk (2571) qərarlaşıb.xeber100.com

Yanvar 1, 2018 6:37

2017-ci ilin ən yaxşı idmançılarının adları açıqlanıb

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı idmançılarını açıqlayıb.Apasport.az saytının məlumatına görə, 112 ölkədən 517 jurnalistin iştirak etdiyi səsvermədə ayrı-ayrılıqda həm qadın, həm də kişi idmançıların siyahısı açıqlanıb.Maraqlıdır ki, ötən il olduğu kimi bu dəfə də ilk yerləri tennisçilər Roje Federer və Serena Uillyams tutub. Futbolçular Kristiano Ronaldo və Lionel Messi isə uyğun olaraq 2 və 3-cü yerləri tutublar.Hər iki kateqoriyada ilk 5 yeri tutan idmançıları təqdim edirik. Kişilər 1. Roje Federer (tennis) – 918 (19.94%) 2. Kriştiano Ronaldo (futbol) – 788 (16.94%) 3. Lionel Messi (futbol) – 530 (11.39%) 4. Luis Hemilton (F1) – 358 (7.69%) 5. Rafael Nadal (tennis) – 351 (7.54%) Qadınlar 1. Serena Uillyams (tennis) – 651 (13.99%) 2. Katinka Hossu (üzgüçülük) – 631 (13.56%) 3. Ellison Feliks (yüngül atletika) – 495 (10.64%) 4. Ketlin Ledeki (üzgüçülük) – 442 (9.5%) 5. Qarbinye Muqrusa (tennis) – 351 (7.54%).xeber100.com

Dekabr 30, 2017 10:03

“Qalatasaray”da namizədlər bəlli olub

Yanvarın 20-də növbədənkənar prezident seçkiləri keçirəcək “Qalatasaray”da namizədlər bəlli olub.Apasport.az saytının məlumatına görə, klub prezidentliyi uğrunda iki nəfər mübarizə aparacaq.Hazırkı başqan Dursun Özbəkdən əlavə Mustafa Cengiz də namizədliyini irəli sürüb. Hər iki şəxsin müraciəti Divan Kurulu tərəfindən qəbul edilib.Namizədlər birlikdə çalışacaqları İdarə Heyətinin tərkibini də elan ediblər.Qeyd edək ki, yeni seçiləcək prezidentin səlahiyyət müddəti 3 il olacaq.xeber100.com

Dekabr 30, 2017 9:57

“Neftçi” ilk transferini rəsmiləşdirib

“Neftçi” qış fasiləsində ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” “Qəbələ”nin qapıçısı Aqil Məmmədovu heyətə cəlb ediblər.Tibbi baxışdan uğurla keçən milli komandamızın qolkiperi bu gün “Neftçi” ilə rəsmi müqaviləyə qol çəkib. Anlaşmanın müddəti ilkin olaraq 5 aylıq nəzərdə tutulub. Lakin sözləşmədə yer alan bəndə görə, Aqil bu müddətdə özünü yaxşı tərəfdən göstərsə, yayda müqavilə müddəti daha 1 illik uzadılacaq.“Neftçi” Məmmədov üçün yad komanda deyil. 28 yaşlı çərçivə qoruyucusu 2015/2016 mövsümündə paytaxt klubunun formasını geyinib.Qeyd edək ki, “Neftçi” qış fasiləsində Pavel Dreksa, Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Məqsəd İsayev, Maksim Vaylo, Təyyar Məmmədov və Edson Kastilyo ilə yolları ayırıb.xeber100.com

Dekabr 30, 2017 9:52

Həndbol Federasiyasının məlumatına görə…

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubunun “Çağırış Kuboku” uğrunda yarışlarda İsveçin “Kristianstad” komandası ilə qarşılaşacağı vaxt müəyyənləşib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, komandalar arasında dörddəbir final mərhələsi uğrunda görüşlərin fevralın 2-də və 3-də Bakıda keçirilməsi nəzərdə tutulub.Qonaqlar ilk qarşılaşmada nominal ev sahibi kimi çıxış edəcəklər.xeber100.com

Dekabr 29, 2017 2:52

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən respublika çempionatında bütün qaliblər müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə kişilər arasında 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində ölkə çempionları məlum olub. Adil Kərimli və Şahin Qəhrəmanov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.Usta cüdoçuların mübarizəsində isə bütün yaş qrupları və çəki dərəcələrində qaliblər bilinib.Komanda yarışlarında “Neftçi” birinci, “Atilla” ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub.Qaliblərə mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.Azərbaycan Cüdo Federasiyasının dəvəti ilə respublika çempionatının daha şəffaf keçirilməsində yaxından iştirak etmiş Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin rəhbər üzvlərinə xatirə hədiyyələri təqdim olunub.xeber100.com

Dekabr 29, 2017 2:50
    Page 582 of 831« First«...102030...580581582583584...590600610...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az