08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qəbələ” idman klubu yeni müqaviləyə imza atıb

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb.Azərtac kluba istinadla xəbər verir ki, idmançı “Fight Night”la anlaşma imzalayıb. Müqaviləyə əsasən, yüngül çəkidə mübarizə aparacaq 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.Peşəkar karyerasına 2013-cü ildə başlayan N.Abbasov indiyədək 20 döyüş keçirib. On yeddi qələbə qazanıb, 3 dəfə uduzan döyüşçümüz 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.xeber100.com

Dekabr 26, 2017 2:00

“Kəpəz” iki futbolçunu heyətinə qatıb

Qış fasiləsi dövründə transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçunu heyətinə qatıb.Azərtac xəbər verir ki, Gəncə klubu mövsümün ilk yarısını “Keşlə”də keçirən Samir Zərgərov və “Zirə”dən ayrılan Murad Səttarlı ilə müqavilə bağlayıb.Yarımmüdafiə mövqeyində çıxış edən hər iki oyunçu ilə bir illik razılıq əldə olunub.Qeyd edək ki, Samir Zərgərov “Kəpəz” üçün yad sima deyil. S.Zərgərov 2010/2011-ci il mövsümündə komandamızın şərəfini qoruyub.xeber100.com

Dekabr 26, 2017 1:56

“Sumqayıt” futbol klubu təlim-məşq toplanışı keçəcək

TOPAZ Premyer Liqa təmsilçisi “Sumqayıt” futbol klubu yanvarın 21-də Türkiyəyə yollanacaq, fevralın 4-dək Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sumqayıtlıların yanvarın 31-də Rusiyanın “Anji” komandası ilə qarşılaşacağı dəqiqləşib.Futbol klubunun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, digər üç oyunun vaxtı bilinməsə də, rəqiblərdən daha ikisi məlumdur. Bunlar Makedoniya çempionatının II liqasında çıxış edən, tanınmış futbolçu Qoran Pandevin sahibi olduğu "Akademiya Pandev” və Serbiya Super Liqasından "Mladost”dur.Qeyd edək ki, yanvarın 20-dək Sumqayıtda hazırlıq keçəcək komandanın "Səbail” ilə yoxlama matçı da nəzərdə tutulub. Ayın 18-də keçiriləcək qarşılaşmanın yeri və saatı dəqiqləşməyib.“Sumqayıt” qış fasiləsinə 20 xalla 4-cü pillədə yollanıb.xeber100.com

Dekabr 26, 2017 1:54

Türkiyə Super Liqasında XVII turun növbəti oyunları keçirilib

Dekabrın 24-də futbol üzrə Türkiyə Super Liqasında XVII turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Kayserispor” səfərdə “Malatyaspor”a 0:1 hesabı ilə məğlub olub, “Karabükspor”-“Trabzonspor” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.Turnir cədvəlinin lideri “Başakşehir” isə səfərdə “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlib.Turun ən çox maraq doğuran görüşü isə “Qalatasaray”-“Göztepe” matçı olub. Yenidən “Qalatasaray”ın sükanı arxasına keçən Fatih Terimin rəhbərliyi ilə İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb.Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdır. Daha əvvəl 1996-2000-ci il, 2002-2004-cü və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Fatih Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.XVII tura dekabrın 25-də keçiriləcək “Osmanlıspor”-“Akhisarspor” matçı ilə yekun vurulacaq.“Başakşehir” 36 xalla turnir cədvəlinin lideridir. “Qalatasaray” 35 xalla ikinci, “Fənərbağça” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 25, 2017 2:42

Boks üzrə beynəlxalq turnir başa çatıb

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən məlumata görə, Bakıda keçirilən yarışda yığmamızla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayıblar. Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.Millimizin heyətində Maqsud Xasmətov (49 kq), Əflatun Babayev (52 kq) və Amid Əlizadə (56 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Məhəmməd Yusifovla (75 kq) Zaur Musayev (81 kq) ikinci yeri tutublar. Digər boksçularımızdan Nurlan Səfərov (60 kq), Səlim Səlimov (64 kq), Cavid Qurbanov (69 kq), Elmir Süleymanov, İbrahim Məhəmmədhəbib (hər ikisi - 81 kq), İsmayıl Yaqubov (91 kq) və Elgün Nəzərli (91 kq-dan yuxarı) bürünc medalla kifayətləniblər.Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar Abbas Ağalarov turnirində 2 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. İlk üçlüyü isə Ukrayna yığması qapayıb. Ukraynalı boksçular 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.Qaliblərə diplom və kubok verilib.xeber100.com

Dekabr 25, 2017 2:41

Gimnastika Federasiyasının məlumatı

Moskvada keçirilən kişi və qadın idman gimnastikası üzrə Mixail Voronin adına kubokda Azərbaycan təmsilçiləri 3 medal əldə ediblər.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, qadın idman gimnastlarımızdan Marina Nekrasova və Yuliya İnşına ilk olaraq komanda hesabında fərqləniblər. Onlar yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq 95.950 xalla turnirin bürünc medalına sahibləniblər.Ayrı-ayrı alətlər üzrə finallarda isə Marina şəxsi hesabına da medal yazdırmağı bacarıb. Sevimli proqramı olan sərbəst hərəkətlərdə çıxışı gimnastımıza gümüş medal (12.266 xal) qazandırıb. Növbəti uğurlu çıxışını Marina gimnastika tirində nümayiş etdirib. Bu alətdə icrasına görə hakimlərdən 12.433 xal alan idmançımız ikinci bürünc medalını qazanıb.Heyətimizin gənc təmsilçisi Samirə Qəhrəmanova isə öz yaşıdları arasında çöxnövçülükdə 23-cü yerdə qərarlaşıb.Kişi gimnastlar arasında isə ölkəmizi Cavidan Babayev, Timur Bayramov və Səməd Məmmədli təmsil ediblər. Ən yaxşı nəticəni Cavidan sərbəst hərəkətlərdə, Səməd isə turnikdə göstərib. Hər iki idmançımız final çıxışlarını 8-ci yerdə bitiriblər.xeber100.com

Dekabr 25, 2017 2:26

Azərbaycan yığması yoldaşlıq oyunu keçirib

Dubayda təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.Azərtac xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.Qolları Anna Abulaşvili, Nigar Mirzəliyeva və Umnisə Əliyeva vurublar.xeber100.com

Dekabr 25, 2017 2:24

Stolüstü tennis üzrə turnir keçirilib

Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin idman zalında Bakı məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirilib.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) Azərtac-a bildiriblər ki, paytaxt məktəblərinin VI–IX sinif şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan turnirdə Nizami rayonu 238 nömrəli tam orta məktəbin komandası birinci olub.Nərimanov rayonunu təmsil edən İstək liseyinin komandası ikinci, Sabunçu rayonunu Kaspi liseyinin məktəbliləri isə üçüncü yeri tutublar.Yarışın bağlanış mərasimində Baş İdarənin baş məsləhətçisi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.Turnirdə ilk üç yeri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.xeber100.com

Dekabr 25, 2017 2:21

İdman Akademiyasında ilin yekunlarına dair tədbir keçirilib

Dekabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin yekunlarına dair tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.Əvvəlcə 2017-ci il ərzində Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.Sonda ilin ən yaxşı məşqçisi, hakimi, federasiyası, idman klubu, idman verilişi və jurnalisti, idmançıları nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.xeber100.com

Dekabr 25, 2017 2:19

Şahmat və blits üzrə dünya çempionatları keçiriləcək

Dekabrın 26-dan 30-dək Səudiyyə Ərəbistanın paytaxtında sürətli şahmat və blits üzrə dünya çempionatları (King Salman World Rapid və Blitz Chess Championships) keçiriləcək. Keçən il olduğu kimi, bu il də yarışlar kişi şahmatçılar və qadın şahmatçılar arasında eyni vaxtda təşkil ediləcək.Azərtac xəbər verir ki, turnirin mükafat fondu 2 milyon dollardır. Bu məbləğin 1,25 milyon dolları kişi şahmatçıların, 750 min dolları qadın şahmatçıların yarışına aiddir.Bir çox məşhur qrossmeysterlər, o cümlədən dünya çempionları Maqnus Karlsen (klassik), Vasili İvançuk (rapid) və Sergey Karyakin (blits) yarışda iştirak edəcəklərini təsdiqləyiblər. Azərbaycanı çempionatda beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edəcək.Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun adını daşıyan dünya çempionatında rapid üzrə yarışlar dekabrın 26-dan 28-dək olacaq. On beş turdan ibarət bu yarışlar İsveçrə sistemi üzrə keçiriləcək. Blits üzrə çempionat dekabrın 29-30-da keçiriləcək və 11 qoşa turdan ibarət olacaq.Açıq yarışlarda 250-dən çox kişi şahmatçı, 150 qadın şahmatçı iştirak edəcək.xeber100.com

Dekabr 25, 2017 2:17
    Page 585 of 831« First«...102030...583584585586587...590600610...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az