08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Gimnastika Federasiyasının məlumatı

Rusiyanın paytaxtı Moskvada idman gimnastikası üzrə Mixail Voroninin xatirəsi həsr olunmuş beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız yarışda 3 medal qazanıb.Gimnastlarımızdan Marina Nekrasova və Yuliya İnşına ilk olaraq, komanda hesabında fərqləniblər. İdmançılarımız yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq, 95.950 xalla turnirin bürünc medalına sahibləniblər.Ayrı-ayrı alətlər üzrə finallarda isə Marina şəxsi hesabına da medal yazdırmağı bacarıb. Sevimli proqramı olan sərbəst hərəkətlərdə çıxışı gimnastımıza gümüş medal (12.266 xal) qazandırıb. Növbəti uğurlu çıxışını Marina gimnastika tirində nümayiş etdirib. Bu alətdə icrasına görə hakimlərdən 12.433 xal alan idmançımız, ikinci bürünc medalını qazanıb.Heyətimizin gənc təmsilçisi Samirə Qəhrəmanova isə öz yaşıdları arasında çöxnövçülükdə 23-cü yerdə qərarlaşıb.Kişi gimnastlar arasında isə ölkəmizi Cavidan Babayev, Timur Bayramov və Səməd Məmmədli təmsil ediblər. Ən yaxşı nəticəni Cavidan sərbəst hərəkətlərdə, Səməd isə turnikdə göstərib. Hər iki idmançımız final çıxışlarını 8-ci yerdə bitiriblər.xeber100.com

Dekabr 23, 2017 7:35

İspaniya La Liqasında ilin sonuncu turunda…

İspaniya La Liqasında ilin sonuncu turunda "Real"la "Barselona" üz-üzə gəlib.APA-nın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə qonaqlar sevinib.Çempionatın hazırkı lideri “Barselona” rəqibinə 3 cavabsız qol vurub. “Real” – “Barselona” 0:3 Suares, 54, Messi, 65-p., Vidal, 90+2.xeber100.com

Dekabr 23, 2017 7:26

“Sevilya” baş məşqçi Eduardo Berissonu istefaya göndərib

“Sevilya” baş məşqçi Eduardo Berissonu istefaya göndərib.Apasport.az saytının məlumatına görə, bu barədə La Liqa təmsilçisi açıqlama yayıb. Buna səbəb argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi olub.Əndəlüs klubu hazırda La Liqada 17 oyundan sonra 29 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İspaniya mətbuatında yayılan xəbərlərdə “Sevilya”nın Beritsonun yerinə “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrikeni gətirəcəyi deyilir.Qeyd edək ki, baş məşqçinin bir müddət əvvəl prostat vəzi xərçəngindən əziyyət çəkdiyi və əməliyyat oldunduğu haqqında xəbər yayılmışdı.xeber100.com

Dekabr 23, 2017 7:21

“Qalatasaray”ın rəsmi açıqlamasına əsasən…

İqor Tudoru baş məşqçi postundan qovduqdan sonra vakant yerə namizəd axtaran “Qalatasaray”ın siyahısında Fatih Terimin də olduğu haqqında xəbər vermişdik.Apasport.az saytının məlumatına görə, hətta idarə heyəti üzvləri arasında mübahisələrə səbəb olan təcrübəli mütəxəssis maraqlı mesajla diqqət mərkəzinə gəlib.Terim rəsmi tvitter hesabından klubun adını əlavə edərək “Harda qalmışdıq, “Qalatasaray”? yazıb.Bundan bir neçə dəqiqə sonra isə klubdan rəsmi açıqlama verilib və Fatih Terim ilə danışıqlara başlandığı bildirilib.Onun bu həftə “Göztəpə” ilə oynanılacaq Super Liqa matçında komandanın başında olması gözlənilir.Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdı. Daha əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.xeber100.com

Dekabr 23, 2017 7:16

Milli komandaların növbəti reytinq cədvəli açıqlanıb

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Millimiz 281 xalla 117-ci yerdə qərarlaşıb.Reytinq cədvəlinə 1602 xalla Almaniya millisi başçılıq edir. Braziliya yığması 1483 xalla ikinci, Portuqaliya isə 1358 xalla üçüncü pillədə yer alıb.xeber100.com

Dekabr 22, 2017 2:18

Həndbol Federasiyasının məlumatına görə…

Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara təyinat alıblar.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, Vaqif Əliyev və Ələkbər Ağakişiyev 2019-cu ildə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində keçiriləcək Slovakiya-Finlandiya görüşünü idarə edəcəklər. Matç gələn il yanvarın 7-də Slovakiyanın Povazska Bıstritsa şəhərində oynanılacaq.Təcrübəli referimiz İsgəndər Əsgərov isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 13-də keçiriləcək Rusiya-Finlandiya oyununda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.xeber100.com

Dekabr 22, 2017 2:16

“Qarabağ” futbol klubunun hazırlıq planı dəqiqləşib

Ağdamın “Qarabağ” futbol klubunun qış hazırlıq planı dəqiqləşib.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada keçiriləcək təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Komandamız toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır.“Qarabağ”ın artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi vaxt məlum olub. Komandamız yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra Ukraynanın “Mariopol” və fevralın 3-də isə Monteneqronun “Mladost” komandası ilə qarşılaşacaq.xeber100.com

Dekabr 22, 2017 2:14

“Zirə” klubunun Antalyadakı qış təlim-məşq toplanışında

“Zirə” futbol klubunun Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisi müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi yanvarın 27-də Polşanın “Krakoviya”, üç gün sonra isə Rusiyanın “Avanqard” klubları ilə qarşılaşacaq.Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək.xeber100.com

Dekabr 22, 2017 2:12

Boks Federasiyasının məlumatı

Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir davam edir.Azərtac xəbər verir ki, Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarış dörd gün davam edəcək.Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini sınayırlar.Ümumilikdə 114 boksçunun qatıldığı və 10 çəki dərəcəsi üzrə keçirilən yarışda ölkəmiz 3 komanda ilə təmsil olunur.Turnirin final qarşılaşmaları dekabrın 24-də keçiriləcək.xeber100.com

Dekabr 22, 2017 2:06

Futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda

“Marafon” idman klubunda futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda yer alan komandalar növbəti oyunlarını keçiriblər.Azərtac xəbər verir ki, üçüncü tur çərçivəsində paytaxt “Atletiko”su ilə üz-üzə gələn “Yeni Günəşli” inamlı qələbə qazanıb – 2:0. Super Liqanın iddialı klublarından olan “Marafon” NUR ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. “Yasamal”-“Xilə” matçı da eyni hesabla yekunlaşıb.Dördüncü turda futtennis üzrə Azərbaycan kuboku yarışlarının finalçısı olan “Marafon” güclü heyətə malik “Yeni Günəşli” qarşısında tab gətirə bilməyib – 1:2. Gün ərzində ikinci dəfə mübarizəyə atılan “Atletiko” isə “Yasamal” ilə bacara bilməyib – 0:2. Üçüncü turda qalib gələ bilməyən “Xilə” bu dəfə də məğlubiyyətlə barışıb. Heyətində futbol üzrə yığma komandamızın sabiq forvardı Fərid Quliyevin çıxış etdiyi NUR komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.xeber100.com

Dekabr 22, 2017 2:04
    Page 586 of 831« First«...102030...584585586587588...600610620...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az