“Böyük dəbilqə” yarışları Düsseldorfda keçiriləcək

Hər il Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışlarının lokasiyası dəyişdirilir. Gələn il Azərbaycan paytaxtı bu reytinq turnirinə ev sahibliyi etməyəcək. Milli Cüdo Federasiyası bütün qüvvələrini səfərbər edərək sentyabr ayında burada keçiriləcək dünya çempionatına hazırlaşacaq.Beynəlxalq Cüdo Federasiyası( İJF) tərəfindən yayılmış məlumatda göstərilir ki, 2018-ci ildə “Böyük dəbilqə” mundialı həm şəxsi, həm də komanda formatında keçiriləcək. Bununla əlaqədar həmin turnirə Bakı ev sahibliyi etməyəcək. Xatırladaq ki, İJF-nin ilkin təqvimində bu turnirin mayın 11-13-də Azərbaycan paytaxtında keçirilməsi nəzərdə tutulurdu. Lakin həmin cədvəl hələ qəti deyildi. İndi məlum olub ki, Bakı “Böyük dəbilqə” turnirinin təşkili məsələsini öz üzərinə götürməyəcək və bütün səylərini yalnız dünya çempionatına hazırlıq üzərində cəmləşdirəcək.İndi Düsseldorfda keçiriləcək yarışın statusu daha da artacaq, çünki gələn il Qran-Pri “Böyük dəbilqə”yə çevriləcək və həmin yarışlar fevralın 23-25-də keçiriləcək. Gələn il dörd belə turnir nəzərdə tutulur. Onlardan birincisi Parisdə, ikincisi Düsseldorfda, üçüncüsü Yekaterinburqda keçiriləcək, ilin sonunda isə artıq ənənəyə görə “Böyük dəbilqə” mərhələsini Tokio qəbul edəcək.İJF-dən verilən məlumata görə, olimpiya dövrəsi 2018-ci ilin mayında başlanacaq. Cüdoçular həm reytinq balları, həm də Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaqlar. Bu baxımdan, Bakıda keçiriləcək dünya çempionatı mövsümün ən mühüm startı olacaq. Çempionat maksimum xal qazanmaq imkanı verəcək və bu mundialın mükafatçılarının Tokio mərhələsinə düşmək şansları xeyli artacaq.xeber100.com

Dekabr 12, 2017 12:20

II Dünya İntellektual Oyunları start götürüb

Çinin Huayan şəhərində II Dünya İntellektual Oyunları start götürüb.Azəərtac xəbər verir ki, yarışlar çərçivəsində 5 növ - bric, dama, şahmat, qo, Çin şahmatı və ma-conq stolüstü oyunlar üzrə görüşlər keçiriləcək.Şahmat turnirində yarışların üç növdə təşkili nəzərdə tutulub. Şahmatçılar dekabrın 10-11-də rapid yarışında mübarizə aparıblar. Dekabrın 12-13-də blits, dekabrın 14-15-də isə bask şahmatı (eyni zamanda, iki şahmat taxtası üzərində müxtəlif rəngli fiqurlarla oyun) yarışlar keçiriləcək.Şahmat turnirində Asiya, Amerika, Afrika və Avropa ölkələrindən 12 qadın və 12 kişi şahmatçı iştirak edəcək. Azərbaycanı kişi şahmatçıların turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov təmsil edirlər.Proqramın ilk növü rapid olub. Turnir iştirakçıları iki gün ərzində İsveçrə sistemi üzrə 7 turda yarışıblar.Turnirin yekununa görə, kişi şahmatçıların yarışında 4,5 bal toplayan rusiyalı Dmitri Andreykin qalib olub. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və vyetnamlı Le Kuanq Lyem eyni xal toplayıblar. Əlavə göstəricilər nəzərə alınaraq, Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb. Rauf Məmmədov isə 12-ci yerlə kifayətlənib.Bu Oyunlar Çində 2008-ci ildən keçirilir. Bütün bu illər ərzində beş növ üzrə yarışlarda qazanılan medalların sayına görə ufalı Aleksandr Georgiyev və Tamara Tansıkkujina rekordçudurlar. Onlar Dünya İntellektual Oyunlarında hərəyə 7 medal qazanıblar. Aleksandr Georgiyev 4 qızıl medala sahibdir.Proqramın digər iki növü blits və bask şahmatı olacaq. Bask şahmatında rəqiblər iki şahmat taxtası üzərində eyni zamanda mübarizə aparırlar.xeber100.com

Dekabr 12, 2017 11:47