04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Roma” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.Azərtac UEFA-nın saytına istinadla bildirir ki, qitənin ali futbol qurumu bu matçı Almaniyadan olan ədalət təmsilçilərinə tapşırıb.Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək.Dekabrın 5-də keçiriləcək "Roma" - "Qarabağ" oyunu saat 23:45-də başlayacaq.xeber100.com

Dekabr 4, 2017 11:50

Güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib

Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, Şota Kveliaşvilinin xatirəsinə həsr olunmuş yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq qalib adını qazanıb.Güllə atıcımız sözügedən şəhərdə təşkil olunan açıq Gürcüstan çempionatında da bacarığını nümayiş etdirib və bu dəfə də mükafata sahib olub. Eyni silahdan eyni məsafəyə atəşaçma yarışında idmançımız gümüş medala (565 xal) layiq görülüb. Kişi-qadın cütlükləri arasında keçirilən mübarizədə isə Ruslan Lunyov 478 xalla yenidən liderliyə yüksəlib.xeber100.com

Dekabr 4, 2017 11:48

Azərbaycan millisi İran yığması ilə qarşılaşıb

İsfahanda təşkil olunan “4 Top Nations” turnirində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi İran yığması ilə qarşılaşıb.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, oyun 3:3 hesabı ilə başa çatıb.Azərbaycan milli komandasının qollarını Qabriel Bastos, Karvalho dos Santos və Telez Thiaqo vurublar.Millimiz növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 16:30-da Rusiya yığmasına qarşı keçirəcək.xeber100.com

Dekabr 4, 2017 11:31

III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Dekabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində UNICEF və “Azercell”in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz regiondan 110 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə (boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi) 19 dəst medal uğrunda mübarizə aparacaqlar.Yarışın açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram təşkil olunacaq.Qeyd edək ki, 2013-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması və sağlamlıq imkanları məhdud uşaqların idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmasıdır.xeber100.com

Dekabr 4, 2017 11:27

Boks üzrə Bakı çempionatı keçirilib

Azərbaycan Boks Mərkəzində boks üzrə Bakı çempionatı keçirilib.Azərtac xəbər verir ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri uğurla çıxış edərək 2 qızıl və 4 bürünc medal qazanıblar.Elnur Muradov (49 kq) və Surət Qarayev (81 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıblar. Ramazan Babayev (52 kq), Namiq Abbasov (60 kq), Elşad Muradov (75 kq), Zeynal Rəsulov (91 kq-dan yuxarı) isə bürünc medala sahib çıxıblar.Qeyd edək ki, çempion adını qazanan Surət Qarayev oktyabrda Türkiyədə keçirilən Avropa birinciliyində bürünc medal əldə etmişdi.xeber100.com

Dekabr 4, 2017 11:25

İngiltərə Premyer Liqasının XV turunda

“Mançester Siti” komandası futbol üzrə İngiltərə Premyer Liqasının XV turunda “Vest Hem”ə 2:1 hesabı ilə qalib gəlib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu, baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”nin cari mövsümdə 14-cü və ardıcıl 13-cü qələbəsidir. Beləliklə, “Mançester Siti” ardıcıl 13 qələbə ilə İngiltərə rekordunu yeniləyib. Əgər növbəti turda “Mançester Siti” klubu “Mançester Yunayted”ə qalib gələrsə, yeni rekorda imza atacaq.Qeyd edək ki, İngiltərə klublarından “Preston”, Sanderland” (hər ikisi 1891-1892-ci il mövsümündə), “Arsenal” (2001-2002-ci il) və “Çelsi” (2016-2017-ci il) daha öncə ardıcıl 13 oyunda qələbə qazanıblar.xeber100.com

Dekabr 4, 2017 11:22

Türkiyə Sultanlar Liqasında X tura yekun vurulub

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı voleybolçuların çıxış etdikləri klublar da növbəti oyunlarını keçiriblər.Milli komandamızın üzvü Marqarita Əzizova formasını geyindiyi “Beşiktaş” “Qaralatasaray”la üz-üzə gəlib. Görüş “sarı-qırmızılar”ın 3:2 hesablı qələbəsi ilə yekunklaşıb. Matçın 2 setində meydanda olan Əzizova cəmi 1 xal toplaya bilib.Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Çanakkale BLD.”-yə şans verməyib – 3:0. Sonuncu setdə meydana çıxan Rəhimova 9 xal yığıb.Hesabat turu “Bəylikdüzü” klubunun şərəfini qoruyan Yana Kulan üçün uğurlu olub. Milli komandamızın voleybolçusu komadasının “Nilüfər Bələdiyyəsi” ilə oyunda 3:1 hesablı qələbəsinə 18 xalla töhvə verib.Odina Bayramovanın forma geyindiyi “Seramiksan” isə “Vakıfbank”a uduzub – 0:3. Hər üç setdə meydanda olan Odinanın faydalı iş əmsalı 7 xaldan ibarət olub.Bu nəticələrdən sonra “Fənərbaxça” turnir cədvəlinin 2-ci, “Beşiktaş” 7-ci, “Seramiksan” 9-cu, “Bəylikdüzü” isə 10-cu pilləsində qərarlaşıb.xeber100.com

Dekabr 3, 2017 5:29

Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun son günündə iki qarşılaşma baş tutacaq.Liderin ən yaxın izləyicisi “Qəbələ” öz meydanında “Keşlə”ni sınağa çəkəcək. Ardıcıl 7 məğlubiyyət alan, adı qalmaqallarda hallanan paytaxt təmsilçisi səfərə sensasiya arzusu ilə çıxıb. Ramiz Məmmədovla ilk xal niyyətində olan “Keşlə” istəyinə çatmasa, sonuncu pilləyə də yuvarlana bilər.Roman Qriqorçukun yetirmələri isə 2-ci pilləni əldən verməməyə çalışacaq.Tura debütantın matçı ilə yekun vurulacaq. “Səbail” paytaxt derbisində “Zirə”dən xal almağa çalışacaq. İlk “üçlük”də qərarlaşan sonuncular mövqeyini yaxşılaşdırmaq üçün səfərdən xalla dönməlidi.Ayxan Abbasovun yetirmələri liderdən də uzaq düşməmək üçün turu itkisiz keçməlidi. “Səbail” isə dördüncülük mübarizəsindən qopmamaq üçün qalib gəlməlidi. Samir Əliyevin yetirmələri qalib gəlsə, “Sumqayıt” və “Neftçi”yə yaxınlaşmaq imkanı qazanacaq.xeber100.com

Dekabr 3, 2017 5:27

Çempionlar Liqasının qrup mərhələsindəki son matçı…

Çempionlar Liqasının qrup mərhələsindəki son matçında “Roma” ilə üz-üzə gələcək “Qarabağ” İtaliyaya yola düşüb. Apasport.az saytının məlumatına görə, ağdamlılar bu gün saat 16:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından matçın keçiriləcəyi Romaya uçublar.Komandamızı səfərə “Qarabağ” təyyarəsi aparıb.Azərbaycan çempionunun saat 16:35-də İtaliyaya paytaxtına eniş edəcəyi gözlənilir. Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.xeber100.com

Dekabr 3, 2017 5:22

“Fənərbaxça” klubu “Kasımpaşa”nı qəbul edəcək

Türkiyə Super Liqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk görüşündə “Akhisar”la “Yeni Malatyaspor” üz-üzə gəlib.Matçda hesab açılmayıb.Həftənin mərkəzi görüşü də bu gün baş tutub. Son çempion “Beşiktaş” doğma divarlar arasında hazırkı lider “Qalatasaray”ı darmadağın edib (3:0)İstanbulun bir digər böyük komandasın “Fənərbaxça” isə bazar günü “Kasımpaşa”nı qəbul edəcək.Liderlər mövqeyində qərarlaşmış “Başakşəhər” də həftəsonunu evdə keçirəcək. Komanda “Osmanlıspor”u sınağa çəkəcək. Türkiyə Super Liqası XIV tur 2 dekabr “Akhisar” – “Yeni Malatyaspor” – 0:0 “Karabükspor” – “Göztəpə” – 0:1 Qol: Yahoviç, 58 “Beşiktaş” – “Qalatasaray” - 3:0 Qollar: Cenk, 46, Tosiç, 70, Neqredo, 90+1 3 dekabr 15:00 “Gənclərbirliyi” – “Sivasspor” 15:00 “Konyaspor” – “Bursaspor” 17:30 “Başakşəhər” – “Osmanlıspor” 20:30 “Fənərbaxça” – “Kasımpaşa” 4 dekabr 21:00 “Alanyaspor” – “Kayserispor” 21:00 “Trabzonspor” – “Antalyaspor”.xeber100.com

Dekabr 3, 2017 5:12
    Page 596 of 830« First«...102030...594595596597598...610620630...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az