08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İngiltərə Premyer Liqasının XV turunda

“Mançester Siti” komandası futbol üzrə İngiltərə Premyer Liqasının XV turunda “Vest Hem”ə 2:1 hesabı ilə qalib gəlib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu, baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”nin cari mövsümdə 14-cü və ardıcıl 13-cü qələbəsidir. Beləliklə, “Mançester Siti” ardıcıl 13 qələbə ilə İngiltərə rekordunu yeniləyib. Əgər növbəti turda “Mançester Siti” klubu “Mançester Yunayted”ə qalib gələrsə, yeni rekorda imza atacaq.Qeyd edək ki, İngiltərə klublarından “Preston”, Sanderland” (hər ikisi 1891-1892-ci il mövsümündə), “Arsenal” (2001-2002-ci il) və “Çelsi” (2016-2017-ci il) daha öncə ardıcıl 13 oyunda qələbə qazanıblar.xeber100.com

Dekabr 4, 2017 11:22

Türkiyə Sultanlar Liqasında X tura yekun vurulub

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı voleybolçuların çıxış etdikləri klublar da növbəti oyunlarını keçiriblər.Milli komandamızın üzvü Marqarita Əzizova formasını geyindiyi “Beşiktaş” “Qaralatasaray”la üz-üzə gəlib. Görüş “sarı-qırmızılar”ın 3:2 hesablı qələbəsi ilə yekunklaşıb. Matçın 2 setində meydanda olan Əzizova cəmi 1 xal toplaya bilib.Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Çanakkale BLD.”-yə şans verməyib – 3:0. Sonuncu setdə meydana çıxan Rəhimova 9 xal yığıb.Hesabat turu “Bəylikdüzü” klubunun şərəfini qoruyan Yana Kulan üçün uğurlu olub. Milli komandamızın voleybolçusu komadasının “Nilüfər Bələdiyyəsi” ilə oyunda 3:1 hesablı qələbəsinə 18 xalla töhvə verib.Odina Bayramovanın forma geyindiyi “Seramiksan” isə “Vakıfbank”a uduzub – 0:3. Hər üç setdə meydanda olan Odinanın faydalı iş əmsalı 7 xaldan ibarət olub.Bu nəticələrdən sonra “Fənərbaxça” turnir cədvəlinin 2-ci, “Beşiktaş” 7-ci, “Seramiksan” 9-cu, “Bəylikdüzü” isə 10-cu pilləsində qərarlaşıb.xeber100.com

Dekabr 3, 2017 5:29

Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun son günündə iki qarşılaşma baş tutacaq.Liderin ən yaxın izləyicisi “Qəbələ” öz meydanında “Keşlə”ni sınağa çəkəcək. Ardıcıl 7 məğlubiyyət alan, adı qalmaqallarda hallanan paytaxt təmsilçisi səfərə sensasiya arzusu ilə çıxıb. Ramiz Məmmədovla ilk xal niyyətində olan “Keşlə” istəyinə çatmasa, sonuncu pilləyə də yuvarlana bilər.Roman Qriqorçukun yetirmələri isə 2-ci pilləni əldən verməməyə çalışacaq.Tura debütantın matçı ilə yekun vurulacaq. “Səbail” paytaxt derbisində “Zirə”dən xal almağa çalışacaq. İlk “üçlük”də qərarlaşan sonuncular mövqeyini yaxşılaşdırmaq üçün səfərdən xalla dönməlidi.Ayxan Abbasovun yetirmələri liderdən də uzaq düşməmək üçün turu itkisiz keçməlidi. “Səbail” isə dördüncülük mübarizəsindən qopmamaq üçün qalib gəlməlidi. Samir Əliyevin yetirmələri qalib gəlsə, “Sumqayıt” və “Neftçi”yə yaxınlaşmaq imkanı qazanacaq.xeber100.com

Dekabr 3, 2017 5:27

Çempionlar Liqasının qrup mərhələsindəki son matçı…

Çempionlar Liqasının qrup mərhələsindəki son matçında “Roma” ilə üz-üzə gələcək “Qarabağ” İtaliyaya yola düşüb. Apasport.az saytının məlumatına görə, ağdamlılar bu gün saat 16:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından matçın keçiriləcəyi Romaya uçublar.Komandamızı səfərə “Qarabağ” təyyarəsi aparıb.Azərbaycan çempionunun saat 16:35-də İtaliyaya paytaxtına eniş edəcəyi gözlənilir. Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.xeber100.com

Dekabr 3, 2017 5:22

“Fənərbaxça” klubu “Kasımpaşa”nı qəbul edəcək

Türkiyə Super Liqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk görüşündə “Akhisar”la “Yeni Malatyaspor” üz-üzə gəlib.Matçda hesab açılmayıb.Həftənin mərkəzi görüşü də bu gün baş tutub. Son çempion “Beşiktaş” doğma divarlar arasında hazırkı lider “Qalatasaray”ı darmadağın edib (3:0)İstanbulun bir digər böyük komandasın “Fənərbaxça” isə bazar günü “Kasımpaşa”nı qəbul edəcək.Liderlər mövqeyində qərarlaşmış “Başakşəhər” də həftəsonunu evdə keçirəcək. Komanda “Osmanlıspor”u sınağa çəkəcək. Türkiyə Super Liqası XIV tur 2 dekabr “Akhisar” – “Yeni Malatyaspor” – 0:0 “Karabükspor” – “Göztəpə” – 0:1 Qol: Yahoviç, 58 “Beşiktaş” – “Qalatasaray” - 3:0 Qollar: Cenk, 46, Tosiç, 70, Neqredo, 90+1 3 dekabr 15:00 “Gənclərbirliyi” – “Sivasspor” 15:00 “Konyaspor” – “Bursaspor” 17:30 “Başakşəhər” – “Osmanlıspor” 20:30 “Fənərbaxça” – “Kasımpaşa” 4 dekabr 21:00 “Alanyaspor” – “Kayserispor” 21:00 “Trabzonspor” – “Antalyaspor”.xeber100.com

Dekabr 3, 2017 5:12

Rusiyada keçiriləcək DÇ-2018-in matçında

Rusiyada keçiriləcək DÇ-2018-in açılış matçında meydan sahibi Rusiya ilə Səudiyyə Ərəbistanı yığması qarşılaşacaq.Apasport.az saytının məlumatına görə, iyunun 14-də keçiriləcək oyun mundialların tarixinə düşəcək. Belə ki, milli komandalar arasında reytinq sıralamasının tətbiq olunduğu 1993-cü ildən bəri ilk dəfə açılış oyununda çempionatda iştirak edən komandalar arasında ən aşağı reytinqli iki komanda ilk matçda üz-üzə gələcəklər.FİFA-nın son açıqlanan reytinq sıralamasında Rusiya 65, Səudiyyə Ərəbistanı isə 63-cü sırada qərarlaşıb.Reytinq sıralaması hesablanandan bəri keçirilmiş dünya çempionatlarının aşılış oyunlarında aşağıdakı komandalar qarşılaşıblar. DÇ-1994. ABŞ – İsveçrə DÇ-1998. Braziliya – Şotlandiya DÇ-2002. Fransa – Seneqal DÇ-2006. Almaniya – Kosta-Rika DÇ-2010. CAR – Meksika DÇ-2014. Braziliya – Xorvatiya.xeber100.com

Dekabr 2, 2017 4:15

Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən siyahıda Azərbaycan snayperləri də yer alıblar.Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini qoruyub. O, 25 m məsafəyə atəş açmada 8-ci, 10 m-də 28-ci pillədədi. Lunyovun aktivində müvafiq olaraq, 733 və 82 xalı var.10 m məsafəyə atəş açmada qadınların siyahısında Nigar Nəsirova isə irəliləyib. O, 54-cü pilləni 53-ə dəyişib.Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.xeber100.com

Dekabr 2, 2017 4:10

Çempionlar Liqasının sonuncu turu çərçivəsində

"Fikrimcə, bu, mövsümdə ən yaxşı oyunumuzdu. Çünki xal və qələbə hər zaman gözəldi". Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Lorenzo Pelleqrini deyib.21 yaşlı yarımmüdafiəçi A seriyasında SPAL-a 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Komandasının üçüncü qolunu vuran Pelleqrini bildirib ki, artıq Çempionlar Liqasının sonuncu turu çərçivəsində "Qarabağ"la keçiriləcəkləri matçı düşünmək olar: "Qol vurduğum üçün xoşbəxtəm. Ancaq əsas komandanın qələbəsidi. SPAL-a qarşı yaxşı oyun sərgilədik. İndi biz çərşənbə günü keçiriləcək "Qarabağ"la matçı düşünürük. Həmin görüş bizim üçün çox əhəmiyyətli olacaq. Bu səbəbdən də biz artıq həmin oyuna köklənməliyik".Qeyd edək ki, "Roma" - "Qarabağ" görüşü dekabrın 5-də olacaq.xeber100.com

Dekabr 2, 2017 4:04

Türkiyə Sultanlar Liqasına start verilib

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Çanakkale Bld” klubunu qəbul edib.Görüş “sarı-lacivərdlilər”in asan qələbəsi ilə başa çatıb – 3:0 (25:16, 25:21, 25:10). Rəhimova matçda 9 xal toplayıb.Bu qələbə sayəsində xalını 26-ya çatdıran “Fənərbaxça” müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.xeber100.com

Dekabr 2, 2017 4:01

Dünya çempionatının yeni loqotipi təqdim edilib

Formula-1 rəhbərliyi Abu-Dabidə keçirilən mövsümün sonuncu Qran-Prisindən sonra çempionatın yeni loqotipini təqdim edib. Yeni loqotip gələn mövsümdən etibarən istifadə olunacaq.Azərtac xəbər verir ki, çempionatın sonuncu mərhələsinin qalibi “Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas olub. Mövsümün yekunlarına görə çempion titulunu isə onun komanda yoldaşı, britaniyalı pilot Luis Hamilton qazanıb.xeber100.com

Dekabr 1, 2017 12:06
    Page 597 of 831« First«...102030...595596597598599...610620630...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az