08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.Azərtac xəbər verir ki, üç günü əhatə edəcək turun ilk matçında “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edəcək.Turun ikinci günündə “Sumqayıt” klubu “Kəpəz”in, “Zirə” isə “Səbail” klubunun qonağı olacaq.Turun sonuncu qarşılaşmasında isə “Qəbələ” və “Keşlə” klubları qarşılaşacaqlar.Qeyd edək ki, turnir cədvəlinə 31 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ” klubu 28 xalla ikinci pillədədir. İlk üçlükdə isə 27 xalla “Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (17), “Neftçi” (16 xal), “Səbail” (13), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.xeber100.com

Dekabr 1, 2017 12:02

“Çağırış kuboku” turnirinin final mərhələsindəki oyununun vaxtı açıqlanıb

Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” komandasının “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsindəki ilk oyununun vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisinin Portuqaliyanın “Fonte Bastardo” komandası ilə görüşü dekabrın 5-də keçiriləcək.Saat 18:00-da start götürəcək oyun Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.xeber100.com

Dekabr 1, 2017 11:59

Futzal üzrə beynəlxalq turnir keçiriləcək

Futzal üzrə Azərbaycan milli komandası dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində keçiriləcək “4 Top Nations” turnirində iştirak edəcək.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, Bakıdakı məşqlərini yekunlaşdıran millinin beynəlxalq turnir üçün heyəti açıqlanıb.Heyətdə Samir Həmzəyev, Emin Kürdov (hər ikisi EKOL), Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardosa, Karvalho Vilela dos Santos, Thiaqo Teles Martins, Qabriel Bastos, İsa Atayev, Ramiz Çovdarov (hamısı “Araz”), Villiams Oliveira do Nascimento (Al Dhafra, Birləşmiş Ərəb Əmirlikləri), Renat Sultanov və Seymur Məmmədov (hər ikisi “Marafon Futsal”) yer alıblar.xeber100.com

Dekabr 1, 2017 11:55

Güllə atıcılığı idman növü üzrə Azərbaycan çempionatı keçirilib

Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə açıq Azərbaycan çempionatı keçirilib.Azərtac xəbər verir ki, kişilər arasında P-1 kateqoriyasındaKamran Zeynalov bütün rəqiblərini qabaqlayaraq birinci olub.Vladislav Kalmıkov gümüş, Rafiq Əliyev isə bürünc medal qazanıblar.Qadınlar arasında P-2 kateqoriyasında isə Lalə Mirzəzzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yelena Taranova yarışı ikinci, Aybəniz Babayeva isə üçüncü pillədə başa vurublar.xeber100.com

Dekabr 1, 2017 11:52

Almaniya Futbol İttifaqının təşkilatçılığı ilə…

Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə Frankfurtda “İnternationalen Spielanalysekongress der DFB-Akademie (AFİ Akademiyasının Beynəlxalq Oyun Analizi Konqresi)” konqresi keçirilib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, DFB-nin dəvətinə əsasən, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd və məşqçi Etibar İbrahimov konqresdə iştirak ediblər.xeber100.com

Dekabr 1, 2017 11:48

“Mançester Siti” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb

“Mançester Siti”nin yarımmüdafiəçisi David Silva klub ilə yeni müqavilə imzalayıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni müqavilənin müddəti 2020-ci ilin yayınadək nəzərdə tutulub. Silva 2010-cu ilin yayında İngiltərə klubuna transfer olunub.Futbolçunun klub ilə öncəki müqaviləsi 2018-2019-cu il mövsümündə başa çatırdı.Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirən Silva 1 qol vurub və 8 məhsuldar ötürmə edib.xeber100.com

Dekabr 1, 2017 11:36

Futbol üzrə dünya çempionatının iştirakçıları müəyyənləşib

Dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, çempionatın sonuncu iştirakçısı Cənubi Amerika kuboku turnirinin (Copa Libertadores) finalında Argentinanın “Lanus” klubuna qalib gələn “Qremio” (Braziliya) komandası olub.Beləliklə, klublararası dünya çempionatında “Real Madrid” (İspaniya), “Qremio” (Braziliya), “Urava Red Daymonds” (Yaponiya), “Vidad” (Mərakeş), “Paçuka” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), “Əl-Cəzirə” (BƏƏ) komandaları mübarizə aparacaqlar.Dekabrın 6-da start götürəcək çempionatın yarımfinal matçları dekabrın 12-13-də, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə dekabrın 16-da keçiriləcək.xeber100.com

Noyabr 30, 2017 1:52

Güləş üzrə dünya kuboku yarışları keçiriləcək

Rusiya Federasiyasının Çeboksarı şəhərində böyüklər arasında qadın güləşi üzrə dünya kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcəklər.Dünya kuboku yarışlarına dekabrın 1-də start veriləcək və 2 gün davam edəcək.Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda isə Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaqlar.Yarışda yığma komandamızın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar.Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcəklər.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.xeber100.com

Noyabr 30, 2017 12:23

Futbol üzrə final mərhələsinin növbəti oyunları keçirilib

Futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, oyunlarda aşağıdakı hesablar qeydə alınıb: “Qəbələ” – “Mil-Muğan” - 8:0, “Şüvəlan” – “Səbail” - 1:2, “Zirə” – “Xəzər” - 3:0, MOİK – “Keşlə” - 0:3, “Kəpəz” – “Binə” - 3:0 və “Sumqayıt” – “Sabah” - 3:0.Beləliklə, “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Səbail”, “Keşlə”, “Kəpəz”, “Zirə” və “Sumqayıt” komandaları Azərbaycan kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.xeber100.com  

Noyabr 30, 2017 12:18

“Mançester Yunayted”in baş məşqçisi müdafiə xəttini gücləndirməyi planlaşdırır

“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Joze Mourinyu müdafiə xəttini gücləndirməyi planlaşdırır.Azərtac xəbər verir ki, portuqaliyalı baş məşqçi qış transfer dövründə üç futbolçunu - Lyuk Şou, Deyli Blind və Matteo Darmianı satışa çıxaracaq. Hər üç müdafiəçinin oyunu baş məşqçini qane etmir.Qeyd edək ki, gedəcək futbolçuların yerinə “Mançester Yunayted” uzunmüddətli perspektiv vəd edən oyunçuları cəlb etmək istəyir.xeber100.com

Noyabr 29, 2017 2:09
    Page 598 of 831« First«...102030...596597598599600...610620630...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az