30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Mançester Yunayted”in baş məşqçisi müdafiə xəttini gücləndirməyi planlaşdırır

“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Joze Mourinyu müdafiə xəttini gücləndirməyi planlaşdırır.Azərtac xəbər verir ki, portuqaliyalı baş məşqçi qış transfer dövründə üç futbolçunu - Lyuk Şou, Deyli Blind və Matteo Darmianı satışa çıxaracaq. Hər üç müdafiəçinin oyunu baş məşqçini qane etmir.Qeyd edək ki, gedəcək futbolçuların yerinə “Mançester Yunayted” uzunmüddətli perspektiv vəd edən oyunçuları cəlb etmək istəyir.xeber100.com

Noyabr 29, 2017 2:09

Cüdo üzrə XI respublika oyunlarına yekun vurulub

Tovuzda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə 6 çəki dərəcəsində qaliblər müəyyənləşib.Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə İlkin Yusifov (50 kq), Rəşad Abdullayev (55 kq), İsmayıl Zamanov (60 kq), Ərəstun Həsənov (66 kq), İlham Mollayev (73 kq) və İbrahim Kərimov (73 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Ümumilikdə 171 yeniyetmə cüdoçunun mübarizə apardığı XI respublika oyunlarının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.xeber100.com

Noyabr 29, 2017 2:04

“Neftçi” komandası “Zaqatala” klubunu qəbul edib

Futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin növbəti görüşündə “Neftçi” doğma meydanda “Zaqatala” klubunu qəbul edib.Azərtac xəbər verir ki, baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçın ilk hissəsinin əvvəlində meydan sahibləri erkən qola seviniblər. Matçın səkkizinci dəqiqəsində Daniel Seqovia hesabı açıb. Görüşün 35-ci dəqiqəsində Daniel Seqovia dubl edib – 2:0. İlk hissə bu hesabla başa çatıb.Fasilədən sonra paytaxt təmsilçiləri qonaqları üçüncü dəfə oyuna meydanın mərkəzindən başlamağa dəvət ediblər. Görüşün 50-ci dəqiqəsində Uqo Barqas 11 metrlik cərimə zərbəsindən qayıdan topu rəqibin qapısından keçirib. Oyunun 54-cü dəqiqədə Daniel Seqovia het-trikə imza atıb. Matçın 59-cu dəqiqəsində Emin Mahmudov diqqət mərkəzində olub - 5:0.Beləliklə, oyun “Neftçi”nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda dörddəbir finala yüksəlib.xeber100.com

Noyabr 29, 2017 2:00

Ağır atletika üzrə turnir keçiriləcək

Dekabrın 2-3-də ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac–a bildiriblər ki, yarışda şəhər və rayonlardan, idman klub, cəmiyyət və mərkəzlərindən, UGİM-lərdən hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet qüvvəsini sınayacaq.Azərbaycan kubokunun keçirilməsində məqsəd atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.Turnir Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.

Noyabr 29, 2017 1:58

Futbol üzrə səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan kubokunun səkkizdə bir final mərhələsinin növbəti oyunları keçiriləcək.Azərtac xəbər verir ki, “Qəbələ” – “Mil-Muğan”, “Şüvəlan” – “Səbail”, “Zirə” – “Xəzər”, “MOİK” – “Keşlə”, “Kəpəz” – “Binə” və “Sumqayıt” – “Sabah” klubları üz üzə gələcəklər.Bu görüşlərdə qalib gələn komandalar dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.xeber100.com

Noyabr 29, 2017 1:56

Dünya Taekvando Federasiyasının reytinq cədvəlində

Dekabrın 2-də Kot-Divuarın paytaxtı Abidcan şəhərində taekvando üzrə Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, iki gün davam edəcək yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət Azərbaycan milli komandasının dörd üzvü noyabrın 29-da Abidcan şəhərinə yollanıb.Dünya Taekvando Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsayev (80 kq-dan yuxarı) və Milad Beigi Herçəqani (80 kq), eləcə də reytinqdə yeddinci pillədə qərarlaşan Ayxan Tağızadə, 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi 68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaqlar.Turnirdə qalib idmançı aktivinə 80, ikinci yerin sahibi 48, üçüncü yeri tutan idmançılar isə 28,8 reytinq xalı əlavə edəcəklər.Baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə turnirə yollanan taekvandoçularımız dekabrın 5-də Vətənə qayıdacaqlar.Xatırladaq ki, Rusiyada start götürən Qran-Pri turnirinin sonrakı mərhələləri Mərakeşdə və Böyük Britaniyada keçirilib.xeber100.com

Noyabr 29, 2017 1:40

Dünya kuboku yarışları keçiriləcək

Rusiya Federasiyasının Çeboksarı şəhərində böyüklər arasında qadın güləşi üzrə dünya kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monqolustan, Ukrayna, Çin, İsveç və Yaponiya güləşçiləri iştirak edəcəklər.Dünya kuboku yarışlarına dekabrın 1-də start veriləcək və 2 gün davam edəcək.Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda isə Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaqlar.Yarışda yığma komandamızın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 7 güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıblar.Yarışın proqramına əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcəklər.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.xeber100.com

Noyabr 29, 2017 1:37

“Torpedo” futbol klubu Gürcüstan çempionatının sonuncu turunda

Kutaisinin “Torpedo” futbol klubu Gürcüstan çempionatının sonuncu turunda “Dinamo”nu (Tbilisi) səfərdə 1:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub.Azərtac xəbər verir ki, turnir cədvəlində 76 xalla birinci olan Kutaisi təmsilçisi “Dinamo”nu 1 xal qabaqlayıb. “Samtredia” isə 68 xalla çempionatın bürünc medalına sahib olub.Kutaisi klubu son 15 ildə ilk dəfədir çempionluq sevinci yaşayır. Bu, “Torpedo”nun Gürcüstan çempionatı tarixində dördüncü çempionluğudur.Qeyd edək ki, “Torpedo” dekabrın 2-də Gürcüstan kuboku yarışlarının finalında “Çixura” ilə qarşılaşacaq.xeber100.com

Noyabr 28, 2017 1:18

Futbol üzrə final mərhələsinin oyunlarına start veriləcək

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, “Qarabağ” doğma meydanda “Qaradağ Lökbatan”ı, “Neftçi” klubu isə “Zaqatala”nı qəbul edəcək.Noyabr 29-da isə “Qəbələ”–“Mil-Muğan”, “Şüvəlan”–“Səbail”, “Zirə”–“Xəzər”, MOİK–“Keşlə”, “Kəpəz”–“Binə” və “Sumqayıt”–“Sabah” klubları üz üzə gələcəklər.xeber100.com

Noyabr 28, 2017 1:16

XI respublika oyunlarının ilk gününün qalibləri müəyyənləşib

Tovuzda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarının ilk gününün qalibləri müəyyənləşib.Bu barədə Azərtac-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Qızların yarışında Züleyxa Nağıyeva (28 kq), Təranə Quliyeva (32 kq), Fidan Qasımova (36 kq), Könül Əliyeva (40 kq), Zeynəb Əhmədova (44 kq), Pərvanə Abdullayeva (48 kq) və Rita Əliyeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.Oğlanların mübarizəsində isə Murad Balacayev (34 kq), Süleyman Şükürov (38 kq), Eltac Yusifli (42 kq) və Ərəbxan Ramazanov (46 kq) çempion olublar.xeber100.com

Noyabr 28, 2017 1:14
    Page 599 of 831« First«...102030...597598599600601...610620630...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az