02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Liverpul” klubu niderlandlı yarımmüdafiəçini transfer edib

İngiltərənin “Liverpul” klubu niderlandlı yarımmüdafiəçi Kodi Qakponu transfer edib. Bu barədə klubun rəsmi instaqram səhifəsi məlumat yayıb. Futbolçu qış transfer pəncərəsinin açılış günündə “Liverpul”un heyətinə qoşulacaq. Tibbi müayinədən uğurla keçən PSV-nin sabiq futbolçusu 18 nömrəli formada çıxış edəcək.xeber100.com

Dekabr 29, 2022 11:13

İngiltərənin “Çelsi” klubu yeni transferini açıqlayıb

İngiltərənin “Çelsi” klubu yeni transferini açıqlayıb. Premyer Liqa təmsilçisi Norveçin “Molde” və Fil Dişi Sahili yığmasının hücumçusu David Fofan ilə müqavilə imzalayıb. İyirmi yaşlı futbolçu yanvarın 1-dən yeni komandasına qoşulacaq. Hücumçu cari mövsüm Norveç klubunun heyətində 29 matça çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Dekabr 29, 2022 11:10

Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulub

Dekabrın 25-də Azərbaycan Basketbol Liqasında (ABL) 11-ci tura yekun vurulub. Şəki Olimpiya İdman Kompleksində 11-ci turun və 2022-ci ilin sonuncu oyunu keçirilib. “Olimpik Şəki” komandası doğma azarkeşlər önündə paytaxt klubu "Neftçi"ni qəbul edib. Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları oyunun yekununda rəqib üzərində 83:67 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular "Olimpik Şəki"dən Ceyson Brauer (24 xal, 7 ribaund ), "Neftçi"dən isə Davit Lomidze (18 xal, 5 ribaund) olublar. Qeyd edək ki, 12-ci turun oyunları hələn il yanvarın 4-də və 7-8-də keçiriləcək.xeber100.com

Dekabr 26, 2022 9:57

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib. Peşəkar Futbol Liqası xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəliblər – 3:0. Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb. “Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmirin “Şirvan” komandasını qəbul edən Ağdam təmsilçisi 6:0 hesabı ilə qalib gəlib.xeber100.com

Dekabr 26, 2022 9:55

Braziliyalı hücumçu “Atletiko” klubundan ayrılıb

Braziliyalı hücumçu Mateus Kunya “Atletiko”dan ayrılıb. “Vulverhempton” 23 yaşlı futbolçunun transferini açıqlayıb. Braziliyalı hücumçu mövsümün sonunadək icarədə olacaq. Əgər mövsümün sonunda onunla müqavilə bağlansa, bu müddət 2027-ci ilə kimi hesablanacaq. Kunyanın alınmasının “Vulverhempton”a 40-50 milyon avroya başa gəldiyi bildirilir. Futbolçu bu mövsüm La Liqada 11 matçda yalnız 2 məhsuldar ötürmə edib. Qeyd edək ki, Mateus Kunyanın transferi ilə “Arsenal” da maraqlanırdı.xeber100.com

Dekabr 26, 2022 9:51

Azərbaycan Premyer Liqasının XVIII turunda

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib. “Səbail”in kapitanının yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, o, Bakı klubuna qədər şərəfini qoruduğu “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası məğlub olub - 0:3. Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003-2004-cü il mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçında (1:0) meydana çıxıb. 450 oyunda 34 qol vuran R.Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.xeber100.com

Dekabr 26, 2022 9:49

2022-ci ilin komandalar üzrə ən yaxşı baş məşqçi adına namizədləri açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün milli komandalar üzrə ən yaxşı baş məşqçi adına namizədləri açıqlayıb. Qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 20 mütəxəssis yer alıb. Qalibin adına 2023-cü ilin yanvarında səsvermə nəticəsində aydınlıq gələcək. Zlatko Daliç (Xorvatiya), Didye Deşam (Fransa), Fernandu Santuş (Portuqaliya, istefa verib), Lui van Qal (Niderland, istefa verib), Qaret Sautqeyt (İngiltərə), Çeslav Mixneviç (Polşa, istefa verib), Murat Yakın (İsveçrə), Lionel Skaloni (Argentina), Tite (Braziliya, istefa verib), Qustavo Alfaro (Ekvador), Valid Reqraqi (Mərakeş), Aliu Sisse (Seneqal), Otto Addo (Qana), Riqobert Sonq (Kamerun), Jalel Kadri (Tunis), Qreq Berhalter (ABŞ), Qraham Arnold (Avstraliya), Moriyasu Hadzime (Yaponiya), Paulu Bentu (Cənubi Koreya) və Herve Renard (Səudiyyə Ərəbistanı) namizədlər sırasında yer alıblar.xeber100.com

Dekabr 25, 2022 10:14

Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub. İlin və XVIII turun sonuncu oyununda “Zirə” klubu “Kəpəz”i qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Zirə”nin heyətində Rəhim Sadıxov və Sertan Taşkın fərqləniblər. Gəncə təmsilçisinin qollarını isə Fərid Nəbiyev və Nicat Süleymanov vurublar. Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə "Zirə"dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub. 57-ci dəqiqədə "Kəpəz"in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib. Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.xeber100.com

Dekabr 25, 2022 10:12

Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək

Gələn il Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib. On yeddi yaşadək güləşçilər arasında qitə birinciliyi iyulun 31-dən avqustun 6-dək İstanbulda təşkil olunacaq. Həmin vaxt böyüklər arasında dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçiriləcək.xeber100.com

Dekabr 25, 2022 9:57

“Sumqayıt” futbol klubu tarixi antirekordunu təkrarlayıb

"Sumqayıt" futbol klubu tarixi antirekordunu təkrarlayıb. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Sabah"a 0:6 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi ən ağır məğlubiyyətlərindən birini yaşayıb. Komandanın digər acınacaqlı nəticəsi də eyni hesabla olub. 2018/2019-cu il mövsümünə təsadüf edən matçda "Qarabağ" "Sumqayıt"a 6 cavabsız qolla qalib gəlib. Qeyd edək ki, “Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan "kimyaçılar" bu qədər qol buraxan 8-ci komandadır.xeber100.com

Dekabr 24, 2022 10:20
    Page 60 of 830« First«...102030...5859606162...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az